14 Avqust 2025 22:35
5479
COP29
A- A+
Muxtar Babayev: COP29 beynəlxalq əməkdaşlığın gücünü sübut edib

Muxtar Babayev: COP29 beynəlxalq əməkdaşlığın gücünü sübut edib

İqlim dəyişikliyinin yaratdığı mürəkkəb çağırışlarla mübarizə aparmaq üçün beynəlxalq əməkdaşlıq bu gün hər zamankından daha vacibdir. Azərbaycanın COP29-a sədrliyi dövlətlərin birgə fəaliyyət yolu ilə tarixi razılaşmalara nail ola biləcəyinin praktiki nümunəsinə çevrilib.

AZƏRTAC xəbər verir ki, bunu COP29-un Prezidenti, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Səudiyyə Ərəbistanı Krallığının Londonda nəşr olunan nüfuzlu “əş-Şarq əl-Avsət” qəzetinə müsahibəsində deyib. “COP29 göstərdi ki, çoxtərəfli proseslər konkret nəticələr verə bilər və ölkələr razılığa gələ bilirlər. Yeni maliyyə hədəfi iqlim fəaliyyəti üçün trilyonlarla dollar təmin edəcək, həmçinin yüksək şəffaflığa malik karbon bazarları üçün qaydalar müəyyənləşdirilib. Bu uğurlar sübut edir ki, beynəlxalq tərəfdaşlıq iqlim böhranı ilə mübarizənin ən səmərəli yoludur”, – deyə Muxtar Babayev vurğulayıb.

Eyni zamanda, yazıda qeyd olunub ki, bu il COP29-un tarixi nəticələrinə əsaslanaraq qlobal arenada fəal rol davam etdiriləcək. Beynəlxalq OPEC Seminarı enerji keçidi üzrə əsas məsələlərdə, o cümlədən enerji şəbəkələri, saxlama sistemləri, dəhlizlər və hidrogen sahəsində əməkdaşlıq üçün mühüm platforma olub.

Müsahibədə vurğulanıb ki, son illərdə dövlətlər enerji təhlükəsizliyi ilə iqlim məqsədləri arasında tarazlığın vacibliyini daha aydın şəkildə dərk edirlər: “2022-ci ilin enerji böhranı göstərdi ki, enerji dayanıqlı, etibarlı və əlçatan qiymətə olmalıdır. Əks halda, sosial-iqtisadi inkişaf və iqlim tədbirlərinə ictimai dəstək zəifləyəcək”.

Qəzetdə diqqətə çatdırılıb ki, Azərbaycan COP29-da bütün tərəflərin mövqelərinin dinlənildiyi inklüziv mühit yaratmağa çalışıb.

Prezident İlham Əliyevin mesajına toxunan Muxtar Babayev qeyd edib ki, təbii sərvətlərlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə ön sırada olmalıdır. Bu gün milli iqlim planlarında gələcəyin enerji sistemlərinin layihələndirilməsi üçün əlverişli fürsətlər mövcuddur.

Müsahibədə Yaxın Şərq və Asiyanın neft istehsalçısı olan ölkələrin iqlim diplomatiyasındakı rolu yüksək qiymətləndirilib. Misirin COP27-yə sədrliyinin itkilər və zərərlər fondu yaradılmasına yol açdığı, Səudiyyə Ərəbistanının onilliklər boyu danışıqlarda “qiymətsiz” rol oynadığı və Birləşmiş Ərəb Əmirliklərinin COP28-də Paris Sazişinin ilk qlobal qiymətləndirilməsində tarixi konsensus əldə etdiyi xatırlanıb. Azərbaycanın COP29-a sədrliyi isə tarixdə ən böyük maliyyə hədəfinə nail olub. Muxtar Babayev bildirib ki, region ölkələri həm iqlim təsirlərinə birbaşa məruz qalmaları, həm də resurs, kapital və təcrübəyə malik olmaları sayəsində qlobal enerji keçidində aparıcı rol oynayacaq.

Muxtar Babayev ənənəvi enerji mənbələrinə tənqidlərin azalmasını enerji keçidinin “ədalətli, mərhələli və balanslı” şəkildə aparılmalı olmasına dair anlayışın güclənməsi ilə izah edib. O deyib ki, COP prosesi nəticəsində iqlim dəyişikliyinin qarşısını almaq istiqamətində real irəliləyişə nail olunub. Paris Sazişindən əvvəl 4 dərəcədən çox olan proqnozlaşdırılan temperatur artımı bu gün 3 dərəcədən aşağı enib.

COP30-a hazırlıqdan danışan Muxtar Babayev deyib ki, hazırda əsas diqqət “Bakı Bəyannaməsi”ndəki öhdəliklərin icrasına yönəlib. Bu öhdəliklərə 2035-ci ilə qədər 300 milyard Amerika Birləşmiş Ştatları dolları həcmində vəsaitin səfərbər olunması, iqlim maliyyəsinin ikiqat artırılması, adaptasiya tədbirlərinə dəstək və yeni nəsil iqlim fəaliyyət planlarının hazırlanmasına kömək daxildir.

Muxtar Babayev diqqətə çatdırıb ki, Azərbaycan 2026-cı ildə Dünya Şəhər Forumuna ev sahibliyi edəcək və iqlim məsələlərini sülh gündəliyi ilə əlaqələndirməyə davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Daxili İşlər Nazirliyində ötən ilin yekunları müzakirə edilib  

15:31
23 Yanvar

İspaniya Deputatlar Konqresinin sədri Ulu Öndərin məzarını ziyarət edib  

15:16
23 Yanvar

İspaniya Konqresinin sədri: Azərbaycan-Ermənistan normallaşma prosesi sülh sazişi ilə nəticələnəcək

15:15
23 Yanvar

Avropanın maye qaz idxalının daha da artacağı gözlənilir  

15:12
23 Yanvar

Beynəlxalq Təmiz Enerji Günü münasibətilə dəyirmi masa keçirilib 

15:07
23 Yanvar

Efiopiyada WUF13-lə bağlı görüşlər keçirilib  

15:02
23 Yanvar

Milli Məclisin sədri: İspaniya ilə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanlar var  

14:44
23 Yanvar

Azərbaycan və İran arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub  

14:42
23 Yanvar

Tarixin əzəmət nişanələrindən biri-Qalata qülləsi  

14:36
23 Yanvar

“Etik və psixoloji bacarıqlara güclü idmançı” layihəsinə həsr olunmuş təltifetmə mərasimi keçirilib

14:28
23 Yanvar

Azərbaycanın Sülh Şurasına qoşulması regionda sabitlik və əməkdaşlıq üçün yeni imkanlar yaradır 

14:25
23 Yanvar

ADSEA-nın sədri Ucarda vətəndaşlarla görüşüb

13:48
23 Yanvar

Sabah hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə arabir duman olacaq  

13:00
23 Yanvar

Ötən il qəsdən törədilən hücumlarda BMT-nin 21 əməkdaşı həlak olub  

12:53
23 Yanvar

Fransina Armenqol Sosias Bakıda Zəfər abidəsini və Zəfər muzeyini ziyarət edib YENİLƏNİB

12:41
23 Yanvar

Dövlət maliyyəsinin səmərəli idarəsinin təşkili ilə bağlı qanunlarda dəyişiklik müzakirə olunur

12:33
23 Yanvar

Fərid Qayıbov Qubadlı rayon və Sumqayıt şəhər sakinləri ilə görüşüb  

12:22
23 Yanvar

UNESCO: Son iki ildə 50-dən çox ölkədə internetin kəsilməsi halları olub  

11:41
23 Yanvar

Cey Di Vens: ABŞ Yaxın Şərqdə əhəmiyyətli qüvvələr cəmləyib  

11:32
23 Yanvar

Davos İqtisadi Forumu Azərbaycanın qlobal iqtisadi arenada lider olduğunu bir daha göstərdi  

11:24
23 Yanvar

Aqrar İnnovasiya Mərkəzi və Dövlət Məşğulluq Agentliyi arasında əməkdaşlıq imkanları müzakirə edilib  

11:18
23 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!