05 İyun 2025 08:00
1829
SİYASƏT
A- A+
MÜTLƏQ VƏ TAM QƏLƏBƏ

MÜTLƏQ VƏ TAM QƏLƏBƏ


Qalib gəlmək, qələbə çalmaq hər bir döyüşçünün arzusudur!

Lakin arzu başqadır, gerçəklik isə bambaşqa!

Əsl qələbə düşməni qarşında diz çökdürərək ona kapitulyasiya aktını imzalatdırmaqdır!

Təslim kağızına imza atmaq isə məğlubiyyətin acı və məcburi etirafıdır!

İstər həmin sənədə göz önündə imza at, istərsə gizlində.

Fərqi yoxdur!

Bu, rəqibindən zəif, gücsüz olduğunun acizanə etirafıdır!

Daxilən, məcburən, vadar edilən etiraf!

Məğlubiyyətin üzü çoxdur.

Başlıcası zəifliyin, acizliyin, gücsüzlüyün və tabe olmağın zorən etiraf edilməsidir.

Qələbə isə birüzlüdür!

Gücün, üstünlüyün, öz iradəni diktə və qəbul etdirməyin, zəfərin nümayişi sayılır!

* Qələbənin mənəvi və maddi tərəfləri də olur!

* Qalib tərəf fərəhli olur!

* Qürurlu olur!

* Sevincli olur!

* Özünü gümrah və güclü hiss edir!

* Təkcə uçmağa qanadın çatmır!

Son nəticədə qalib tərəf az itkiyə məruz qalır.

Məğlub tərəf isə kinli və qəzəbli olur, qalibin gözünə dik baxa bilmir, daha çox maddi-texniki itkiyə məruz qalır, nə vaxtsa qisas alacağını düşünərək özünə təsəlli verməyə çalışır.

Heyhat!

Xəstə çox şey dilər, əmma...

***

Müasir müharibələr birbaşa hərb meydanında başlamır.

Əvvəlcə siyasi müstəvidə gedir, sonra informasiya savaşında davam edir.

Belə "hazırlıq" prosesində beynəlxalq qurum və təşkilatlar da işə qarışır, mövqe və qərarları ilə kimin tərəfində olduqlarını büruzə verir, hətta hərdən yüksək fəallıq da nümayiş etdirirlər.

1988-ci ildə yenidən qızışdırılaraq meydana atılan Qarabağ probleminə ermənilər hərtərəfli hazırlıq görmüşdülər.

SSRİ-nin birinci və sonuncu prezidenti olan M.Qorbaçovu və arvadı R.Maksimovnanı qiymətli qaş-daşlarla ələ alaraq özlərinin Moskva tərəfindən müdafiələrini təmin etmişdilər.

SSRİ DTK-sının və erməni diasporunun əlbir hazırladıqları və birlikdə həyata keçirdikləri "Sumqayıt hadisələri"ndən Azərbaycana qarşı məkrlə istifadə edərək "vəhşi azərbaycanlı"lar obrazını yarada, SSRİ-nin mərkəzi KİV-ində və dünya mediasında uğurla yaya bilmişdilər.

Həmin dövrdə xarici KİV-ə çıxış yalnız SSRİ-nin (əslində, Rusiyanın) mərkəzi qəzet və informasiya agentlikləri vasitəsilə mümkün idi.

O da Rusiyada bu sahədə həlledici postları ələ keçirən ermənilər tərəfindən bloklanmışdı.

Həmin dövrdə Azərbaycana başçılıq edən maymaq və qorxaq rəhbərlər isə mərkəzə etiraz etməyə, həqiqətləri sübuta yetirməyə cürət etmir, əksinə, Kremlin "ədalətinə və obyektivliyinə" ümid edib bel bağlayırdılar. 

Nəticədə Azərbaycan mübarizənin hələ başlanğıc mərhələsində ideoloji cəbhədə haylara uduzdu.

Necə deyərlər, "adımı sənə qoyum, səni yana-yana qoyum" məsəli gerçəyə çevrildi.

***

Ulu Öndər Heydər Əliyevin qayıdışı ilə tədricən də olsa, böyük dəyişikliklər baş verdi.

Ən əvvəl, müharibədə atəşkəs elan edilərək yeni ərazilərin işğalının qarşısı alındı.

Halbuki düşmən havadarlarının dəstəyi ilə "Kür çayınadak olan əraziləri" ələ keçirmək niyyətini açıq şəkildə bildirirdi.

Sonra iki dəfə dövlət çevrilişi cəhdinin qarşısı alındı, əhalidəki qanunsuz silah-sursat toplanıldı, AXC-Müsavat cütlüyünün iqtidarı dövründəki xaos, anarxiya, özbaşınalıq və qanunsuzluqlara son qoyuldu, ölkədə möhkəm və dönməz sabitlik yaradıldı.

Ən nəhayət, pozulmuş iqtisadiyyatı bərpa etmək, karbohidrogen ehtiyatlarını müstəqil şəkildə dünya bazarına çıxararaq əldə olunan gəlirləri dövlətin inkişafına və xalqın rifahının yüksəldilməsinə, habelə yeni ordu quruculuğuna sərf etmək təmin olundu.

Vəfasız ömür bundan artığına imkan vermədi.

Ulu Öndər Heydər Əliyev sonadək başa çatdıra bilmədiyi işləri siyasi varisinə vəsiyyət edərək əbədiyyətə qovuşdu.

Prezidentliyinin ilk günlərindən "Biz bir qarış torpağımızı belə, kimsəyə güzəştə getməyəcəyik və lazım gəlsə, məsələni hərbi yolla həll edəcəyik" deyən İlham Əliyev Azərbaycanın iqtisadi gücünün artırılması ilə bərabər, torpaqların işğaldan azad edilməsi prosesini də paralel şəkildə aparırdı.

İstiqamətlər müxtəlif olsa da, hədəf eyni idi: işğala son qoymaq!

SİYASİ SAHƏDƏ:

* ATƏT-in Minsk qrupunun sülh danışıqlarını imitasiya etdiyini bilsə də, Azərbaycan sonadək münaqişənin sülh yolu ilə başa çatdırılmasına sadiq qaldı, danışıqlardan imtina etmədi.

* Beynəlxalq qurum və təşkilatlarda səmərəli iş aparıldı, Azərbaycanın haqq işini müdafiə edən dostlarının sayı artırıldı, Prezident İlham Əliyevin dörd il sədrlik etdiyi Qoşulmama Hərəkatının imkanlarından maksimum istifadə olundu.

İQTİSADİ SAHƏDƏ:

* Tarixinin ən qüdrətli Azərbaycanı yaradıldı.

* Bir sıra transmilli layihələr həyata keçirildi, "Şərq-Qərb", "Şimal-Cənub" nəqliyyat dəhlizləri işə salındı.

* Böyük uzaqgörənliklə Cənubi Qafqaz Qaz Boru Kəməri genişləndirildi.  TANAP və TAP kəmərləri çəkildi. Bu üç xətt birləşdirilərək "Cənub qaz dəhlizi"ni yaratdı. Azərbaycan səkkizi Avropa İttifaqına üzv dövlət olmaqla on Avropa ölkəsinə, bütövlükdə 12 ölkəyə qaz ixracını təmin etdi.

* Okeana çıxışı olmayan Azərbaycan beynəlxalq logistika mərkəzinə, üstəlik, Cənubi Qafqazda söz sahibinə çevrildi.

* Ən əsası, heç bir təsir və təhdid cəhdlərinə baxmayaraq, daim milli maraqlara söykənən müstəqil siyasət yeritdi.

HƏRBİ SAHƏDƏ:

* Ordu quruculuğu prosesi diqqət mərkəzində saxlanıldı, bu sahəyə daim kifayət qədər vəsait ayrıldı.

* Yeni gənc nəsil tərbiyələndirilərək onların hesabına ordu komplektləşdirildi.

* Ordu ən müasir texnologiyalara əsaslanan silah-sursatla təmin olundu.

* Hərbi əməliyyatlar zamanı ən yeni strategiya və taktika tətbiq edildi.

* Xalqın milli birliyi, orduda ruh yüksəkliyi yaradıldı.

Ən mühüm məqamlardan biri otuzillik işğala son qoyulması üçün hərbi gücün zamanında tətbiqi idi.

Müzəffər Ali Baş Komandan İlham Əliyev burada da son dərəcə müdrik və uzaqgörən gedişlər etdi.

Əvvəla, Ermənistanın baş naziri N.Paşinyanın sərxoş olaraq "Qarabağ Ermənistandır və nöqtə" deyə bəyan etməsindən sonra əvvəlcə Soçi Beynəlxalq Diskussiya Klubunda, bir qədər keçmiş Münxen Təhlükəsizlik Konfransında çıxış edərək məhz Ermənistanın sülh danışıqlarından imtina etdiyini beynəlxalq ictimaiyyətə çatdırdı.

Sonra Ermənistanın quduraraq Tovuz bölgəsində təxribatlar törətdiyini, əsas ixrac boru kəmərləri üçün real təhlükələr yaratdığını diqqətə çəkdi.

Ən nəhayət, Ermənistanın sərhəddə törətdiyi çoxsaylı təxribatlara və atəşkəsi qəsdən, sistemli şəkildə pozduğuna görə Azərbaycanın ona cavab verəcəyini açıq şəkildə bəyan etdi.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin müharibə dövründə və hərbi əməliyyatlardan sonra atdığı addımlarda qələbənin tamlığına xidmət edirdi.

O dövlətlər ki, Ermənistanı daim müdafiə edir, dəstəkləyir, aşkar və gizli şəkildə silahlandırır, maliyyə yardımları göstərir və bu yolla işğalı əbədiləşdirməyə çalışırdılar, müharibə dövründə onlar cənab İlham Əliyevə dalbadal zənglər edərək hərbi əməliyyatların dayandırılmasına can atırdılar.

Lakin Azərbaycan Prezidenti heç bir xahişə - minnətə, təsir və təhdid cəhdlərinə baxmayaraq, güzəştə getmədi, Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması qrafiki təmin edilməyənədək hərbi əməliyyatları dayandırmadı.

Hərbi-siyasi cəbhədə uduzduqlarını yaxşı başa düşənlər əsas qüvvələrini informasiya müharibəsinə yönəltdilər.

Dünyanın hər yerinə yayılmış erməni diasporlarının maliyyəsi ilə beynəlxalq KİV Azərbaycana axın etdi.

Niyyət köhnə və qərəzli idi!

Gələnlərin bir neçəsi istisna olmaqla qalanı Azərbaycanı etmədiyi işlərdə suçlamaq, ermənilərin törətdiklərini ayağımıza yazmaq istəyirdi.

Bizi beynəlxalq ictimaiyyətin gözündən salmaq, halal qələbəmizə ləkə yaxmaq məkri daşıyırdı.

Müzəffər Ali Baş Komandan İlham Əliyev informasiya müharibəsində də əsl sərkərdə kimi çarpışdı, sonadək ağılla, peşəkarlıqla, qətiyyət və əzmlə döyüşdü, düşmən niyyətlilərin tribunasından onların öz əməllərinin ifşasında, məkr, yalan və qərəzin üstünün açılmasında istifadə etdi, "prokurorluq etmək" istəyən jurnalistləri günahkara və müttəhimə çevirdi, informasiya müharibəsinin də baş qəhrəmanı oldu.

Əgər cənab İlham Əliyev diplomatiya və informasiya müharibəsində də şəksiz qələbə qazanmasaydı, Zəfərimiz mütləq və tam olmazdı!

***

Dəfələrlə Ermənistanın müdafiəçiləri və dəstəkçiləri tərəfindən Azərbaycana təzyiqlər və təhdidlər göstərildi.

Lakin Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev belə təpkilər qarşısında geri çəkilmədilər, heç bir ərazi güzəştinə razılıq vermədilər.

Məqsəd işğal altında olan beş rayonu qaytarıb ikisini Ermənistana "bağışlamağa" razılıq almaq idi...

O rayonlar ki ərazicə böyük, təbiətən füsunkar, təbii sərvət sarıdan zəngindir.

Üstəlik, Laçın və Kəlbəcərin güzəştə gedilməsi coğrafi cəhətdən də Ermənistan üçün əlverişli idi.

Sadəcə, sərhəd xəttini irəli çəkməklə məsələ həll oluna bilərdi.

Artıq ermənilər bu xəyallarını gerçəkləşdirmək yolunda zəruri addım da atmışdılar.

Ermənistandan Kəlbəcərə birbaşa rahat yol çəkilmişdi.

Həm də bu danışıqları aparanlar, belə ssenarinin müəllifləri Qarabağın dağlıq hissəsini artıq özlərininki hesab edirdilər.

Adını "artsax respublikası" qoyaraq oyuncaq "prezidentlik institutu", "parlament" yaratmışdılar.

Kimsə tərəfindən, hətta Ermənistanın özü tərəfindən tanınmasa da belə, həyasızcasına seçkilər keçirir, olmayan respublikaya "prezident"lər, qondarma "parlament"ə isə "spikerlər" və "deputat"lar seçirdilər.

Yəqin ki, bu oyunbazlıqlar sonsuza qədər davam edəcəkdi...

Həm də ermənilərə söz verənlər onları arxayın etmişdilər ki: "İşinizdə olun, biz sizi saxlayacaq, hər sarıdan təmin edəcəyik. Azərbaycanın isə hərbi yolla bu reallığı dəyişməyə nə cürəti çatar, nə də gücü".

Sonda Müzəffər Ali Baş Komandan İlham Əliyevin "dəmir yumruğ"u bu "gerçəkliklər"i 44 gündə dəyişdi!

Mütləq şəkildə qələbə çaldıq!

Tam şəkildə isə özümüzünkü olanlara sahib çıxdıq!

 Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu məqamla bağlı söylədiklərini xatırladırıq:

"Biz "öldü var, döndü yoxdur" şüarı ilə yaşayırdıq və 44 günlük Vətən müharibəsi həm peşəkarlıq, həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir. Bu, bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi. Onu göstərdi ki, Azərbaycan xalqı mütləq və tam qələbə qazanmaq üçün öz canından keçməyə hazırdır".

Artıq təkcə ermənilər yox, onların müdafiəçiləri də Azərbaycanın yaratdığı yeni reallığı qəbul etmək zorundadırlar!

***

Dostlarının və müdafiəçilərinin dəstəyindən, telefon zənglərindən bir nəticə hasil olmadığını görən düşmənin təslim olmaqdan başqa çarəsi qalmadı.

"Dəmir yumruq" "məğlubedilməz ordu"nu miskin günə salmış, 12 min "qəhrəman döyüşçü" silahını ataraq fərarilik etmiş, zirehli texnika və hücum silahları dəmir qırıntılarına çevrilmişdi.

Kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanata imza atsa da, Ermənistan onun bütün bəndlərini könüllü yerinə yetirmək istəmirdi.

* Hərbi birləşmələr ərazilərimizdən çıxarılmır;

* Terrorçu qruplaşmalar tərk-silah edilmir;

* Şər yoluna çevrilən Laçın dəhlizi vasitəsilə ölkəmizə minalar daşınaraq ərazilərimizdə basdırılır;

* Rusiya sülhməramlı qüvvələri əsl vəzifələrini "unudaraq" erməni hərbi birləşmələrinə himayədarlıq edirdilər.

Torpaqların mühüm hissəsi işğalçılardan təmizlənsə də, bu, hələ tam qələbə sayıla bilməzdi.

Nəyi nə vaxt və necə etməyi hamıdan yaxşı bilən Müzəffər Ali Baş Komandan İlham Əliyev zamana və məqama uyğun qətiyyətli və uzaqgörən addımlar atdı.

* 2023-cü ilin 23 aprelində Həkəri çayı üzərindəki körpüdə unikal və cəsarətli əməliyyat keçirilərək burada nəzarət-buraxılış məntəqəsi quruldu, Laçın dəhlizi düşmənin üzünə bağlanaraq ərazi bütövlüyümüz təmin edildi.

* Həmin ilin 19-20 sentyabrında 23 saatlıq antiterror əməliyyatında isə Ermənistana məxsus hərbi birləşmələrin və terrorçu qrupların tör-töküntüləri ağ bayraq qaldıraraq təslim oldular.

Azərbaycan Ordusu tərk-silah olunmuş dəstələri, habelə Azərbaycan qanunlarını və Konstitusiyasını qəbul edərək ölkəmizdə yaşamaq istəməyən hayların dinc şəraitdə ərazilərimizdən çıxmalarına şərait yaratdı.

Beləliklə, ölkəmizin dövlət suverenliyi və Konstitusiya əsasları da bərqərar oldu!

Lakin ərazimizdə hələ də Rusiyaya məxsus sülhməramlı kontingent qalmaqda idi.

Faktiki onların görəcəyi bir iş də qalmamışdı...

İki ölkə rəhbərliyi arasında aparılan danışıqlar nəticəsində Rusiya sülhməramlıları da dinc şəraitdə, çalıb oxuya-oxuya ərazilərimizdən çıxdılar!

Bununla da mütləq qələbəmiz tamamlanmış oldu!

***

Qələbənin tamlığı və mütləqliyi mövqelərimizi möhkəm və sarsılmaz edib:

* Avropa İttifaqı əleyhimizə qərəzli qərarlar qəbul edir;

* AŞ PA səsimizi dondurur;

* Fransa sərhədlərimizə Avropa İttifaqının casuslarını göndərir;

* Hindistan Ermənistana silah satır.

Vecimizə deyil!

* Əvvəla, Qarabağ problemini həll etmişik, daha heç bir dişsiz qurumun dəstəyinə ehtiyac duymuruq!

* İkincisi, Avropa İttifaqının və AŞ PA-nın qərəzli və ədalətsiz qərarları bizim üçün adi kağız parçasından başqa bir şey deyil!

* Üçüncüsü, AŞ PA-nın ermənipərəst qərarından əvvəl biz özümüz bəyanat verərək qurumdakı fəaliyyətimizi dayandırdıq.

* Dördüncüsü, Avropa İttifaqının fransız casuslarının durbinlə bizə boylanmaqdan başqa əllərindən bir şey gəlmir.

* Beşincisi, Hindistanın silahları fərli olsaydı, özü Pakistan qarşısında ağ bayraq qaldırmazdı.

* Ən nəhayət, özümüzə də arxayınıq, gücümüzə də!

"Dəmir yumruq" hazır vəziyyətdə gözləyir!

Qələbəmiz mütləq və tam olduğundan çəkinəcək yerimiz qalmayıb!

Ermənistan isə olub-qalan dövlətçiliyini qorumaq istəyirsə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediklərini etməli, şərtlərini yerinə yetirməlidir!

Azərbaycan 27 illik məğlubiyyət acısından sonra Zəfərin şirin dadını doyunca duydu!

27 illik işğala mütləq və tam qələbə ilə son qoydu!

Özü də təkcə Ermənistana yox, onun dostlarına, müdafiəçilərinə, dəstəkçilərinə, maliyyə və silah yardımı göstərənlərə də qalib gəldik!

Bütün bunları Azərbaycan Ordusu etdi!

Şəhid qanı tökərək Şuşanı, Şərqi Zəngəzuru, Qarabağı işğaldan azad etdik!

Bütün hədələrə, təhdidlərə, təzyiqlərə sinə gərdik, qorxmadan bizi qorxudanların üzərinə getdik və onları geri durmağa vadar etdik!

Mütləq qələbə halal qələbəmiz oldu!

Tam qələbəni Müzəffər Ali Baş Komandanın ətrafında "dəmir yumruq" kimi birləşərək qazandıq!

Mütləq və tam qələbə isə öz Sərkərdəsini sevərək, ətrafında milli birliyə nail olan, "ya qələbə, ya ölüm" deyə hayqıraraq birinci müharibəni uduzan xalqın Vətən müharibəsindəki möhtəşəm Zəfərinə çevrildi!

Bu zəfərin dəyərini cənab İlham Əliyev daha dəqiq ifadə etmişdir: 

"Nə bizdən qabaqkı onilliklər ərzində, nə bizdən sonrakı dörd il yarım ərzində heç kim mütləq və tam Qələbə qazanmamışdır və elə görünür ki, qazanmayacaq".

* Şəriksiz qələbədir mütləq və tam qələbəmiz!

* Əbədi qələbədir mütləq və tam qələbəmiz!

* Xalqımızın, dövlətimizin şərəfli qələbəsidir mütləq və tam qələbəmiz!

Müzəffər Ali Baş Komandan İlham Əliyevin "Qarabağ Azərbaycandır!" çağırışını əbədi gerçəyə çevirən qələbədir mütləq və tam qələbəmiz! 

Hamımızın qələbəsidir bu qələbə!



Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Şimali Makedoniya ikitərəfli münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib

19:47
17 İyun

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

19:27
17 İyun

İqtisadi fəal əhalinin sayı açıqlanıb

19:07
17 İyun

Energetika naziri Pərviz Şahbazov vətəndaşlarla görüşüb

18:48
17 İyun

İrandakı səfirliyimizə və baş konsulluğumuza 500 nəfərə yaxın Azərbaycan vətəndaşının müraciəti daxil olub

18:37
17 İyun

COP30-un icraçı direktoru: Hazırda biz Azərbaycandan öyrənərək Belemə hazırlıq görürük

18:25
17 İyun

BDU nümayəndə heyəti Qlobal Dayanıqlı İnkişaf Konqresinin açılış mərasimində iştirak edib

18:05
17 İyun

Türkiyənin naziri İran qazının tədarükü ilə əlaqədar fasilələrin olmadığını bildirib

17:55
17 İyun

Daha bir şirkət beyin implantı hazırlayıb

17:20
17 İyun

Bolqarıstan Milli Assambleyasının sədri Fəxri xiyabanı ziyarət edib

17:19
17 İyun

Xankəndi şəhərində Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib 

17:18
17 İyun

Bu il sənaye məhsulu istehsalının həcmi açıqlanıb

16:59
17 İyun

Bolqarıstan Milli Assambleyasının sədri Bakıda Zəfər parkını ziyarət edib

16:54
17 İyun

“BilBacar” müsabiqəsinin qalibləri mükafatlandırılıb

16:52
17 İyun

Politoloqlar: Gürcüstana qaçqın axını olmayacaq

16:50
17 İyun

Komitə: Əhalinin gəlirləri artıb

16:49
17 İyun

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

16:48
17 İyun

Kreditlərin 94 faizi banklar tərəfindən verilib

16:47
17 İyun

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

16:46
17 İyun

Azərbaycan və Şimali Makedoniya arasında parlamentlərarası əlaqələr, habelə regional məsələlər müzakirə edilib  

16:45
17 İyun

Tramp: İran ABŞ-la danışıqlar aparmaq istəyirsə, bunun üçün heç bir maneə yoxdur

16:45
17 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!