15 Yanvar 2022 00:36
1295
Elm və texnika
A- A+
Musiqi alətlərinin əvəzedilməzi

Musiqi alətlərinin əvəzedilməzi

 

Bütün musiqi alətlərinin şahı olan piano musiqinin döyünən ürəyidir. Pianonun zəngin səsli notları həm ifaçıya, həm də onun dinləyicilərinə misilsiz həzz bəxş edir. Görkəmli caz bəstəkarı, pianoçu Deyv Brubekin sözləri ilə desək, piano bütöv bir orkestrə bərabərdir.

Piano tellərə çəkiclə vurulduqda səs çıxaran akustik alətdir. Pianonun dillərinə toxunulduqda çəkiclər işə düşür. Təzyiq nə qədər sərt olsa, səs də bir o qədər yüksək çıxır. Bu əfsanəvi alətin yaranma tarixi 1700-cü illəri əhatə edir. İlk pianonun ixtiraçısı İtaliyanın Padua şəhərindən olan Bartolomeo Kristoforidir. Onun hazırladığı pianonun tarixini dəqiq qeyd etmək mümkün deyil, lakin bu alətə  1700-cü ilə qədər Mediçi ailəsi sahib olub. O, bunu hazırlayarkən qərara gəlib ki, tellər çəkiclə vurularsa, dinamikada daha çox müxtəliflik yaranar. Beləliklə, meydana çıxan musiqi aləti “pianoforte” adlandırılıb. “Piano” sözü yalnız 1732-ci ildə pianofortenin qısaldılması ilə daha geniş yayılıb. İtalyancadan tərcümədə “forte” möhkəm, “piano” isə səssiz mənasını verir.

Kristoforidən sonra onun dizaynı əsasında Qotfrid Silbermann 1730-cu illərdə özünün yaratmaq istədiyi pianoların üzərində işləməyə başlamışdı. İohann Sebastian Bax onun ərsəyə gətirdiyi erkən modeli çox ağır toxunuşa və zəif zilə malik olduğu üçün məqsədəuyğun hesab etməmişdi. Lakin onun ilkin təcrübələri Kristoforinin alətlərindən daha uğurlu olmuşdu. Hətta bir neçə piano Prussiya kralı II Frederik tərəfindən alınmışdı. Bax da bu hadisədən sonra Silbermannın pianolarını istifadə etməyə başlamışdı.

XVIII əsrin sonlarında piano istehsalı bütün Avropaya yayılmağa başladı. Hər bir ölkə özünəməxsus dizaynla pianolar istehsal edirdi. İngiltərədən gələn pianolar daha ağır mexanizmə və yüksək səsə, Avstriyadan olanlar isə daha yüngül mexanizmə və yumşaq səsə malik idi.

Pianonun klavişlərinə gəldikdə hər bir alətdə eyni sayda düymə olmur. Ən çox yayılmış say 88-dir; yəni 52 ağ, 36 qara düymə olur. Köhnə pianolar müasirlərindən bir qədər kiçik olduğu üçün onlar adətən 85 düymədən ibarət olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Paris ətrafında minlərlə sakin irqi ayrı-seçkiliyə qarşı etiraz aksiyasına çıxıb  

13:03
06 Aprel

Peşəkar Çövkən Liqasında III tura yekun vurulub

12:40
06 Aprel

ABŞ və İran sülh təklifini nəzərdən keçirir

12:40
06 Aprel

Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır 

12:34
06 Aprel

Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə təkbətək görüşü olub YENİLƏNİB

12:27
06 Aprel

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb  

12:09
06 Aprel

NASA astronavtları Yer kürəsindən 406 min 773 kilometr uzağa uçacaqlar

12:08
06 Aprel

Yaxın Şərqdəki müharibə nəticəsində Avropada yaranan böhran getdikcə dərinləşir  

12:04
06 Aprel

Qazaxıstanda rekord: orta ömür uzunluğu 76 yaşa yaxınlaşır  

11:56
06 Aprel

Fövqəladə hallar naziri Keşlədə görülən təhlükəsizlik tədbirləri ilə yerində tanış olub  

11:54
06 Aprel

Bakıda intensiv yağışlar fəsadlar törədib: qurumlar gücləndirilmiş rejimdə işləyir  

11:48
06 Aprel

“Axios”: İranın enerji infrastrukturuna genişmiqyaslı zərbə planı hazırlanıb

11:33
06 Aprel

Son iki gündə 74 cinayətin açılması təmin edilib

11:32
06 Aprel

Prezident İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub YENİLƏNİB

11:25
06 Aprel

Media: Aİ-yə üzv ölkələrə büdcə böhranı təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

11:21
06 Aprel

Türkiyənin üzən elektrostansiyası Kubada enerji böhranı ilə mübarizəyə kömək edəcək  

11:17
06 Aprel

Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 99 nəfərə çatıb

11:08
06 Aprel

Prezident İlham Əliyev Tbilisidə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib  

10:59
06 Aprel

Odessanın yaşayış məntəqələrinə hücumlar insan tələfatı ilə nəticələnib 

10:57
06 Aprel

Dünya bazarında qızıl bahalaşıb, gümüş ucuzlaşıb

10:54
06 Aprel

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib 

10:48
06 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!