10 İyul 2024 15:23
650
CƏMİYYƏT
A- A+
Multikulturalizm Mərkəzinin rəhbəri İCESCO-nun seminarında məruzə edib

Multikulturalizm Mərkəzinin rəhbəri İCESCO-nun seminarında məruzə edib


İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) tolerantlığı, birgəyaşayışı və sivilizasiyalararası dialoqu təşviq etmək məqsədi ilə Qurani-Kərimə qarşı mövcud müasir münasibəti düzgün işıqlandırmaq və perspektivə çevirmək üçün bir sıra seminarlar və simpoziumlar təşkil edir. Bununla da kollektiv harmoniyanın möhkəmləndirilməsi üçün dinlərə və etiqadlara qarşı nifrətlə mübarizədə maarifləndirmə təşəbbüsünün effektiv vasitə olduğunu bir daha nümayiş etdirir. 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən verilən məlumata görə, İyulun 9-da Mərakeş Krallığının paytaxtı Rabatda “Qərb və “Quran”: Gələcəyə doğru rasional yanaşma” adlı ilk beynəlxalq seminar keçirilib. Seminar Almaniya Dialoq və Anlaşma İnstitutu ilə birgə təşkil edilib. ICESCO-nun Baş Qərargahında keçirilən tədbirdə yüksək səviyyəli beynəlxalq ictimai-siyasi xadimlər, Mərakeş Krallığında akkreditə olunmuş səfirlər, islamşünaslıq və dinlərarası dialoq üzrə ekspertlər iştirak ediblər. Seminar “Qurani-Kərim”dən ayələrin oxunması ilə açılıb. Sonra ICESCO-nun Sivilizasiyalararası Dialoq Mərkəzinin rəhbəri, səfir Xalid Fətəhəlrəhman, ICESCO-nun Baş direktoru Salim Əl-Malik çıxış edərək, seminarın mövzusunun bəşəriyyətin rifahını təşviq etmək və təhlükəsizliyi, sülhü, birgəyaşayışı gücləndirmək kontekstində seçildiyini vurğulayıblar.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov  seminarda məruzə ilə çıxış edib. Quranla Qərb ölkələri arasındakı əlaqənin dini, mədəni, akademik və ictimai-siyasi aspektlərindən bəhs edən R.Həsənov Quranın təhqiri Qərbin mənəvi tənəzzülü kimi, Qərbin dünyəvi cəmiyyətləri ilə İslam cəmiyyətləri arasındakı mədəni fərqlər, İslamofobiya, Qərb mediasında Quran və İslam mövzularının işıqlandırılması məsələlərinə toxunub, Azərbaycanın bu sahədəki mövqeyini və təcrübələrini bölüşüb. “Müasir Qərbdə Quran: çətinliklər və imkanlar” adlı məruzədə vurğulanıb ki, İslam daha ədalətli və dinc bir dünyanın qurulmasına müsbət töhfə vermək potensialına malikdir. Mədəni kimliyi qoruyarkən iman və müasirliyi tarazlaşdırmaq çox vacibdir. Qərb və İslam fəlsəfələrinin qarşılıqlı təsirlərini öyrənilməsi daha açıq və əhatəli cəmiyyətə yaxınlaşmağa kömək edə bilər. Rəvan Həsənov qeyd edib ki, Quranın başa düşülməsini təşviq etməklə, İslamın zəngin mənəvi irsinin müasir Qərbdə qiymətləndirildiyi daha əhatəli və harmonik cəmiyyətə töhfə vermək olar. O çıxışında ib: “Gəlin dinlərarası dialoqu və təhsili inkişaf etdirməyə, İslam və Qərb arasında anlaşma körpüləri qurmağa sadiq olaq.”
Tədbir geniş müzakirələrlə yekunlaşıb.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!