31 Iyul 2024 14:58
130
CƏMİYYƏT
A- A+

Multikulturalizm Mərkəzi  Qafqaz Albaniyasına həsr edilən yeni kitab nəşr edib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Arximandrit Aleksiy Nikonorovun “Moisey Kalankatlıya görə Qafqaz Albaniyası kilsəsinin tarixi” adlı kitabını ingilis dilində nəşr edib.

Bu barədə "Azərbaycan" qəzetinə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən məlumat verilib

Moisey Kalankatlının Qafqaz Albaniyasının tarixinə dair ilk və yeganə əsər olan “Albaniya ölkəsinin tarixi” kitabı bu dövlətin son antik və erkən orta əsrlər dövrünün tarixini öyrənmək üçün mühüm əhəmiyyət kəsb edir. Kilsə tarixi üzrə elmlər doktoru Arximandrit Aleksiy Nikonorovun bu monoqrafiyası Qafqaz, Fars, Suriya, Bizans və Ərəb tarixçilərinin araşdırmaları ilə müqayisədə alban mənbəyinə əsaslanaraq alban kilsə tarixini işıqlandıran ilk ciddi cəhddir. Bu kitabda Musa Kalankatlının “Albaniya ölkəsinin tarixi” əsərində yer alan və yerli xristian icmasının həyatı ilə bağlı məlumatlar təhlil edilir.
Kitab Qafqaz Albaniysının son antik və erkən orta əsrlər dövrünün tarixini öyrənmək üçün mühüm əhəmiyyət kəsb edir. Müəllif müxtəlif mənbələrdən, elmi ədəbiyyatlardan istifadə etməklə Qafqaz Albaniyasının I-IX əsrlər arasında xristian tarixinin cəlbedici mənzərəsini təqdim edir.
Nəşrin xarici ölkələrin kitabxana, dini mərkəz, universitet və diplomatik mərkəzlərinə göndərilməsi və elektron baza sistemlərində yerləşdirilməsi nəzərdə tutulur. Kitabın gələcəkdə xarici ölkələrdə təqdimatlarının keçirilməsi də planlaşdırılır.
Qeyd edək ki, Qafqaz Albaniyası kilsələrinin tarixinin öyrənilməsi və bu tarixi dövrün gerçək faktlara istinad edilərək xarici ölkələrdə təqdim olunması çox vacib istiqamətlərdəndir. Məlumdur ki, erməni tarixçiləri və ideoloqları uzun illərdən bəri bu zəngin irsi saxtalaşdırmağa cəhd etmiş və dünya ictimaiyyətinə erməni irsi kimi təqdim etməyə çalışmışdır. Bu gün də Qarabağ və Şərqi Zəngəzur ərazilərində olan Alban kilsələrini erməni kilsəsi adı altında təbliğ edilir. Bakı Beynəlxalq Multikultiralizm Mərkəzi Qafqaz Albaniyası irsinin öyrənilməsini daim diqqətdə saxlayır. Tariximizin islamaqədərki dövrü ilə bağlı ciddi faktlara əsaslanan məlumatların xarici dillərdə geniş ədəbiyyat bazasının yaradılmasına töhfə vermək Mərkəzin qarşısında duran əsas vəzifələrdəndir. 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video