14 Aprel 2026 08:50
206
İQTİSADİYYAT
A- A+
Mülki aviasiyamız üçün yeni təlim mərkəzi, "PAŞAHoldinq" ilə DİF arasında memorandum və bahalaşmaqda davam edən neft

Mülki aviasiyamız üçün yeni təlim mərkəzi, "PAŞAHoldinq" ilə DİF arasında memorandum və bahalaşmaqda davam edən neft


Ötən həftə də sürətlə keçdi, amma ardında maraqlı və diqqətçəkən hadisələr buraxdı. İqtisadiyyatdan mədəniyyətə, gündəlik həyatdan beynəlxalq arenaya qədər bir çox mövzu gündəmi zənginləşdirdi. Bu icmalda isə sizə həftənin ən vacib xəbərlərini və tendensiyalarını  qısa şəkildə təqdim edirik. Gəlin birlikdə  nəzər salaq.

Həftə Prezident İlham Əliyevin Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışı ilə başladı. Aprelin 8-də baş tutan açılış mərasimində ölkənin aviasiya sahəsindəki yeni imkanları, təhsil və peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində atılan addımlar diqqət çəkdi. Prezidentin çıxışı zamanı vurğulanan yeniliklər və gələcək planlar ölkəmizin aviasiya sahəsindəki inkişaf perspektivlərini ortaya qoydu. Bildirildi ki, Beynəlxalq Təlim Mərkəzi "Azərbaycan Hava Yolları" QSC-nin təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının ərazisində yaradılıb və əsas məqsədi uçuş heyətinin fövqəladə vəziyyətlər üzrə hazırlanması, eləcə də hava hərəkətini idarəetmə dispetçerlərinin nəzəri və praktiki təlimi üçün imkan yaratmaqdır.

Yeni kompleksdə Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) və Avropa İttifaqı Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) tələblərinə uyğun olaraq "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin dispetçerləri hazırlanacaq. Bunun üçün Alman Aeronaviqasiya Akademiyasının (DFS) proqramı əsasında Aeronaviqasiya Təlim Mərkəzi fəaliyyət göstərəcək. Mərkəzdə Heydər Əliyev Beynəlxalq Hava Limanının 360 dərəcə panoramasını əks etdirən TWR qüllə simulyatoru, hava məkanının idarə edilməsi üzrə radar simulyator kompleksi, həmçinin hava limanlarında real iş şəraitinə uyğun təlim trenajorları quraşdırılıb. Bu imkanlar dispetçerlərin və hava gəmisi heyətinin real əməliyyat şəraitində hazırlanmasını təmin edir.

Yeni təlim mərkəzi regionda aviasiya sahəsində kadr hazırlığını gücləndirəcək, beynəlxalq standartlara uyğun tədris imkanlarını genişləndirəcək və rəqabətqabiliyyətli milli kadr potensialının formalaşmasına  töhfə verəcək. Müasir texnologiyalar və son model uçuş simulyatorları sayəsində aviasiya mütəxəssisləri həm nəzəri biliklər, həm də praktiki bacarıqlarını real şəraitdə inkişaf etdirə biləcəklər ki, bu da uçuşların təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayır.

***

Ötən həftə ölkəmizdə iqtisadi sahədə  diqqətçəkən  daha bir hadisə baş verdi.  "PAŞA Holdinq" ilə Dünya İqtisadi Forumu arasında əməkdaşlıq memorandumunun imzalanması Azərbaycanın qlobal iqtisadi əməkdaşlıqlarının güclənməsinə yönəlmiş mühüm addım kimi qiymətləndirildi. Yeni tərəfdaşlıq dayanıqlı iqtisadi inkişaf, innovasiya, rəqəmsal transformasiya və iqtisadi artım sahələrində geniş imkanlar yaradacaq. Dünya İqtisadi Forumunun qlobal platformasında təmsil olunmaqla "PAŞA Holdinq" qabaqcıl təşəbbüslərdə iştirak etmək, beynəlxalq təcrübədən faydalanmaq və  qlobal çağırışlara cavab verən təsirli layihələri dəstəkləmək imkanına malik olacaq. Bu əməkdaşlıq həm yerli, həm də beynəlxalq  iqtisadi mühitdə strateji addım kimi dəyərləndirilir.

***

Ölkəmizdə enerji səmərəliliyi sahəsində mühüm əməkdaşlıq anlaşması da ötən həftə reallaşıb. Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və "Kapital Bank" ASC arasında müvəkkil kredit təşkilatı vasitəsilə Enerji Effektivliyi Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov və "Kapital Bank" ASC-nin İdarə Heyətinin sədr müavini Fərid Hidayətzadə imzalayıblar. Tərəflər fondun vəsaiti hesabına enerji effektivliyi tədbirlərinin təşviqi, güzəştli kreditin verilməsi, şərtləri, istifadəsinin monitorinqi və geri qaytarılması, eləcə də müvəkkil kredit təşkilatının agentlik qarşısında hesabatlılığı barədə razılığa gəliblər.

Qeyd edək ki, Enerji effektivliyi fondu Prezident İlham Əliyevin 1 mart 2024-cü il tarixli fərmanı ilə yaradılıb və fondun vəsaitlərinin idarə olunmasını EMTA həyata keçirir. EMTA isə 2017-ci ildən Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu ilə fəaliyyət göstərir.

***

Arxada qoyduğumuz  həftə ölkəmizdə beynəlxalq əməkdaşlıq və enerji sahəsində mühüm hadisələrin baş verməsi ilə diqqət çəkdi.  Bu  kontekstdə "2026-2030-cu illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi"nə dair Birgə İstiqamətləndirici Komitənin iclası keçirilib və tərəflər gələcək əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.

Həmin  beynəlxalq tədbir fonunda  ölkəmizin  enerji təşəbbüsləri də diqqət mərkəzində olub. Belə ki, Azərbaycan tərəfindən irəli sürülən və Cənubi Qafqazdan Avropaya bərpaolunan enerjinin ötürülməsini nəzərdə tutan "Yaşıl Enerji Dəhlizi" layihəsi Avropada strateji enerji təşəbbüslərindən biri kimi qiymətləndirilib. Energetika sahəsi üzrə ekspert Florin Stançunun Rumıniya mətbuatında dərc olunan yazısında  bu layihənin Avropada enerji təhlükəsizliyi və dayanıqlı inkişaf baxımından əhəmiyyəti vurğulanıb.

***

Ötən həftə qlobal enerji bazarlarında neftin qiymətində artım tendensiyası qeydə alınıb. Londonun ICE ("InterContinental Exchange Futures") birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 6,54 dollar artaraq 101,74 dollar olub. Nyu Yorkun  NYMEX ("New York Mercantile Exchange") birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 7,44 dollar artaraq 104,01 dollar təşkil edib.

Azərbaycanın qiymətli metallar bazarında da dəyişkənlik (volatillik) qeydə alınıb. Qızılın qiyməti 1 unsiya üçün 2862,7575 manata enərək ucuzlaşma nümayiş etdirib. Bununla yanaşı, gümüş bazarında əks dinamika müşahidə olunub və unsiya üzrə qiymət 4,7 faiz artaraq yüksəliş tendensiyası göstərib.


Z.NADİRQIZI, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya bazarında qızıl 16 dollar bahalaşıb

10:49
14 Aprel

Dünya birjalarında neft ucuzlaşıb

10:39
14 Aprel

Bahar Muradova: Qadın sahibkarların regional inkişaf proseslərində iştirakı əhəmiyyətlidir  

10:31
14 Aprel

Akademik Zərifə Əliyeva həyatını elmə və xeyirxahlığa həsr etmişdi

10:25
14 Aprel

Azərbaycan nefti 125 dollardan baha satılır

10:06
14 Aprel

Bakıda AQEM məkanında qadınların rolunun gücləndirilməsinə həsr olunmuş beynəlxalq konfrans keçirilir  

10:05
14 Aprel

Süni intellekt 800-ə yaxın peşəni təhdid edir

09:50
14 Aprel

Vens: İranda məqsədlərimizə çatdığımız bir mərhələdəyik

09:46
14 Aprel

Aktyorluq üçün doğulmuşdu

09:45
14 Aprel

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un yeni “Cicada” ştamını izləyir

09:44
14 Aprel

Ən nəzakətli ölkələrin reytinqi açıqlanıb: Yaponiya liderdir  

09:42
14 Aprel

Kiçik səhnədən böyük sənətə

09:40
14 Aprel

Müəllimlər müəllimi

09:35
14 Aprel

Xəzərdə baş verən zəlzələ təhlükəli deyil

09:30
14 Aprel

Yeni həyat bəxş edənlər

09:25
14 Aprel

Masallıda daha 350 zeytun ağacı əkilib

09:23
14 Aprel

ABŞ və İran danışıqların ikinci mərhələsini apara bilər

09:22
14 Aprel

İran beş ərəb ölkəsindən dəymiş ziyana görə kompensasiya tələb edir

09:21
14 Aprel

Neftçala daha təmiz olur

09:20
14 Aprel

Biləsuvarda qanvermə aksiyası keçirilib

09:15
14 Aprel

Sumqayıtda təşkil olunan tədbirdə uşaq hüquqlarından söhbət açılıb

09:13
14 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!