28 Iyun 2024 17:54
217
CƏMİYYƏT
A- A+

Monteneqro-Azərbaycan biznes forumu keçirilib

 

Monteneqronun paytaxtı Podqoritsa şəhərində Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 3-cü iclası çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Monteneqro İqtisadiyyat Palatası və Monteneqro İnvestisiya Agentliyinin birgə təşkilatçılığı ilə Monteneqro-Azərbaycan biznes forumu keçirilib.

AZPROMO–dan AZƏRTAC-a bildirilib ki, tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, turizm, tikinti, sənaye, kosmetika, qida, içki, logistika, İT sahələrini təmsil edən şirkət nümayəndələri iştirak ediblər.

Forumda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkələrimiz arasında əlaqələrin dostluq və əməkdaşlıq ruhunda daim inkişaf etməkdə olduğunu, yüksək səviyyəli qarşılıqlı səfərlərin, davamlı siyasi dialoqun əlaqələrimizin gələcək inkişafı üçün mühüm önəmini qeyd edib. Azərbaycanın Monteneqroda əsas investorlardan biri olduğunu bildirən nazir, ölkələrimizin enerji və nəqliyyat sektorlarında, eləcə də ticarət sahəsində istifadə olunmamış böyük əməkdaşlıq potensialının mövcudluğunu vurğulayıb.

Tədbirdə Monteneqro Hökumətinin iqtisadi siyasət üzrə Baş nazirinin müavini, iqtisadi inkişaf naziri Nik Celoşay ölkələr arasında ticarət dövriyyəsinin artırılmasının əsas məqsədlərdən olduğunu diqqətə çatdırıb. Bu prosesdə təşkil olunan biznes forumların rolu qeyd edilib. Baş nazirin müavini turizm, nəqliyyat-logistika və kənd təsərrüfatı sahələrində birgə layihələrin həyata keçirilməsi perspektivlərini yüksək qiymətləndirib.

Biznes forumda AZPROMO, Monteneqro İqtisadiyyat Palatası və Monteneqro İnvestisiya Agentliyinin nümayəndələri tərəfindən hər iki ölkənin investisiya mühitinə, o cümlədən reallaşdırılan perspektivli layihələrə dair təqdimatlar keçirilib.

Forum B2B formatda görüşlərlə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video