05 İyul 2025 08:50
5077
Səhiyyə
A- A+
Möhkəm sümüklər sağlamlığın təməlidir

Möhkəm sümüklər sağlamlığın təməlidir


İnsan bədəninin dayağını təşkil edən sümük sistemi həyat keyfiyyətinə birbaşa təsir edən amillərdəndir. Gündəlik həyatda yeriməkdən tutmuş, əşyaları qaldırmağa qədər bir çox hərəkət bu sistemin sağlamlığı ilə mümkündür. Lakin bir çox insan sümük sağlamlığını yalnız yaş artdıqda düşünür. Halbuki güclü və sağlam sümüklər üçün düzgün qidalanma, aktiv həyat tərzi və profilaktik tədbirlər hələ gənc yaşlardan başlamalıdır. Amma sağlam vərdişlərə yiyələnmək heç bir zaman gec deyil.

Yaş artdıqca sümüklərə daha çox qayğı göstərilməlidir. Sümük toxuması canlı və daim yenilənən bir toxumadır. Bu toxuma uşaqlıq və gənclik dövründə sürətlə böyüyür və adətən, 30 yaşa qədər maksimum sıxlığa çatır. Bu dövrdən sonra sümük kütləsi tədricən azalmağa başlayır. Azalmanın sürəti genetik faktor, qidalanma, vitamin çatışmazlığı, fiziki aktivliyin azlığı, siqaret çəkmək, alkoqol istifadəsi, hormon balanssızlığı, bəzi dərmanların uzun müddət istifadəsi və digər amillərdən asılıdır.

Yaşlılıq sümük sağlamlığını itirmək deyil, ona daha çox dəyər vermək dövrüdür. İllər keçdikcə bədənin bir çox funksiyaları kimi sümüklər də zəifləməyə başlayır. Xüsusilə 50 yaşdan sonra sümük toxuması tədricən sıxlığını itirir. Bu, yaşlı insanlarda daha çox sınıq və zədələnmə riski yaradır. Prosesin qarşısını almaq mümkün olmasa da, onu yavaşlatmaq və sümük sağlamlığını qorumaq olar. Hərəkətli həyat, balanslı qidalanma və müntəzəm tibbi nəzarət daha sağlam və müstəqil yaşamağa kömək edir.

Gəzinti, qaçış, rəqs, yoqa və sair məşqləri sümük sıxlığını artırır və osteoporozun (sümük əriməsi) qarşısını alır. Osteoporoz sümüklərin kövrəkləşməsi və sıxlığını itirməsi ilə xarakterizə olunan bir xəstəlikdir. Xəstəliyin ən təhlükəsi onun uzun müddət heç bir simptom verməməsidir. Çox zaman adi bir yıxılma nəticəsində sümük sınığı ilə aşkarlanır. Buna görə də 50 yaşdan sonra sümük sıxlığının müntəzəm yoxlanması tövsiyə olunur.

Sümüklərin sağlam formalaşmasına nail olmaq üçün qazlı içkilərdən, turşuluq əmələ gətirən və duzlu qidalardan imtina etmək, kalsium, kalium, maqnezium və C, K, D vitaminləri ilə zəngin olan qidalara üstünlük vermək lazımdır. Mütəxəssislər kalsium, D və K2 vitaminlərini birlikdə qəbul etmədən sümüklərin güclənməsinin mümkün olmadığını bildirirlər. Qeyri-kafi və ya həddindən artıq dozalar isə əks təsir göstərə bilər. Yalnız kalsium qəbul edilsə, D vitamini əksik olsa, sümüklər yerinə kalsium damarlara yerləşəcək.

Kalsium sümüklərin əsas tikinti materialıdır. O olmadan sümük kütləsi zəifləyir və kövrəkləşir. Kalsium bədənə daxil olarkən birbaşa sümüyə getmir düzgün oriyentasiya və udma üçün onun "köməkçi"lərə ehtiyacı var. Yetkin bir insanın gündəlik kalsiuma ehtiyacı 50 yaşa qədər 1000 mq, 70 yaşdan yuxarı isə 1200 mq-dır. Gündə 1-2 stəkan süd, 1 kasa qatıq və 1 dilim pendir bu ehtiyacı ödəməyə kömək edə bilər. Ancaq təkcə qida deyil, həm də mədə turşusunun səviyyəsi, D vitamininin vəziyyəti və maqneziumun varlığı udulmanı müəyyənləşdirir.

D vitamini kalsiumun bağırsaqlardan sorulmasını təmin edir. Əks halda kalsiumun sorulması 30 faizə qədər azalır, orqanizm ehtiyac duyduğu kalsiumu sümüklərdən alır. Bu da sümük sıxlığının səssiz azalmasına səbəb olur. D vitamini çatışmazlığı olan insanlarda, kifayət qədər kalsium qəbul edilsə belə, sümük zəifliyi baş verə bilər. Siqaret və alkoqol istifadəsi sümük sıxlığını azaldır. Eyni zamanda qazlı içkilərin tərkibindəki fosfat kalsiumun sorulmasını azalda bilər. 50 yaşdan yuxarı insanların təxminən 70 faizində D vitamininin səviyyəsi qeyri-kafidir. D vitamin çatışmazlığı zamanı gündəlik tövsiyə olunan doza 2,000-4,000 IU-dur.

Mütəxəssislər K2 vitaminini gözdən qaçan qoruyucu olduğunu düşünürlər. O, kalsiumun sümüyə və damarlardan uzaqlaşmasına kömək edən kritik bir vitamindir. K2 kalsiumun damar divarlarında yığılmasının qarşısını alır və onu sümüklərə yönləndirir. Bu, ateroskleroz (damar sərtliyi) və ürək-damar xəstəlikləri riskini azaldır. K2 olmasa, kalsium sümüklərdə sabitləşə bilməz, yumşaq toxumalarda və ya orqanlarda toplanar. Tövsiyə olunan gündəlik 90-180 mikroqram olan K2 dozası qatıq, kefir, duzlu kələm kimi fermentləşdirilmiş məhsullarda, bəzi pendirlərdə və yumurta sarısında olur. 

Maqnezium da kalsium kimi mühüm sümük mineralıdır. Gündəlik maqnezium ehtiyacı kişilərdə 400-420 mq, qadınlarda 310-320 mq-dır. Çatışmazlıq halında əzələ spazmları, yorğunluq, ürək ritminin pozulması müşahidə edilir. Balqabaq tumları, badam, ispanaq, bütün növ taxıllar və qara şokolad maqnezium mənbəyidir.

Sitrus meyvələrində, pomidor, bibər və digər meyvə-tərəvəzlərdə olan C vitamini kollagenin qəbul edilməsində, mineralların birləşdirici toxumaya yapışmasında mühüm rol oynayır. Sümüklərin möhkəmlənməsi üçün bu qidalar gündəlik rasiona əlavə edilməlidir.

Mütəxəssislərin tövsiyələrinə əməl etməklə, düzgün qidalanma, müntəzəm fiziki aktivlik və günəş şüasından kifayət qədər faydalanmaqla sümüklərimizi möhkəm və sağlam saxlaya bilərik. Bunun üçün həm də illik sümük sıxlığı müayinələrindən keçmək vacibdir.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hakan Fidan: İran ətrafındakı müharibə bütün regiona yayılmaqdadır

10:38
15 Mart

Media: İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib  

22:01
14 Mart

Azərbaycan güləşçisi Avropa ikincisi olub

21:49
14 Mart

Misli Premyer Liqası: “Sabah”dan darmadağın, “Qarabağ”dan inamlı qələbə

21:19
14 Mart

Mədəniyyət naziri Hacıqabul rayonunda vətəndaşların müraciətini dinləyib  

20:47
14 Mart

BMT Baş katibi İsrail və Hizbullahı müharibəni dayandırmağa çağırıb  

20:18
14 Mart

BƏƏ-nin İraqdakı Baş Konsulluğu bir həftə ərzində ikinci dəfə vurulub  

19:39
14 Mart

Tramp: Tezliklə Hörmüz boğazını açıq, təhlükəsiz və azad edəcəyik

19:01
14 Mart

Bugünkü iməcilikdə Bakının 537 küçəsi yuyulub

18:52
14 Mart

“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb 

18:50
14 Mart

Vircil Popesku: Rumıniya Azərbaycan kimi etibarlı tərəfdaşla əməkdaşlığı gücləndirməlidir  

18:25
14 Mart

Peşəkar Çövkən Liqasında yeni mövsümə başlanılıb

18:24
14 Mart

WUF13-ün tematik prioritetləri, regional əhəmiyyəti və iştirak imkanları barədə məlumat təqdim olunub  

18:21
14 Mart

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

18:11
14 Mart

Azərbaycan Su İdmanı Növləri Federasiyasına yeni sədr seçilib

16:39
14 Mart

“YouTube”un bu funksiyası geri qayıdıb

16:20
14 Mart

Yalçın Rəfiyev: Azərbaycan COP31-in uğurla keçirilməsi üçün Türkiyəni dəstəkləyəcək  

16:18
14 Mart

Mərkəzi Komandanlıq: ABŞ İranın Xark adasında 90-dan çox hərbi hədəfə uğurla zərbə endirib  

16:03
14 Mart

Bu gün İrandan 6 ölkənin 60 vətəndaşı Azərbaycana təxliyə olunub

15:41
14 Mart

Komandanlıq: Bəhreyn indiyədək İrana məxsus 124 raketi və 203 PUA-nı zərərsizləşdirib  

15:31
14 Mart

Pakistanın İrandakı səfirliyinin əməkdaşı Astara sərhədindən təxliyə olunub VİDEO  

15:12
14 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!