O, tanınmış, istedadlı gənc rəssamlarımızdan biridir. Bu günədək bir neçə dəfə əsərlərindən ibarət fərdi sərgiləri təşkil olunub. Onun əsərləri beynəlxalq və respublika əhəmiyyətli sərgilərdə nümayiş olunub, mükafatlara layiq görülüb. O, Azərbaycanın və Naxçıvan MR-in Əməkdar rəssamı fəxri adlarına layiq görülüb. Hazırda Naxçıvan Rəssamlar Birliyinin sədri, Milli Məclisin deputatıdır. Söhbət bu günlərdə Muzey Mərkəzində fərdi sərgisi təşkil olunmuş istedadlı rəssam Ülviyyə Həmzəyevadan gedir. Ülviyyə Tapdıq qızı Həmzəyeva Naxçıvan MR Babək rayon Şəkərabad kəndində anadan olub. Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində bakalavr və magistr pillələri üzrə rəssamlıq təhsili alıb. Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dissertantıdır.
Naxçıvan Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olur. Rəssamın yaradıcılıq manerası və ərsəyə gətirmiş olduğu əsərlərin texnikası çoxşaxəlidir. O, əsasən, rəngkarlıq və qarfika sahəsində bir-birindən maraqlı, diqqəti cəlb edən sənət nümunələri yaradıb.
Ü.Həmzəyevanın Naxçıvan Dövlət Milli Musiqili Dram Teatrında səhnələşdirilmiş tamaşalara yaratmış olduğu teatr dekorasiya işləri ayrıca qeyd olunmalıdır. O, peşəkar rəssam olmaqla yanaşı, həm də bacarıqlı yaradıcı təşkilatçıdır. Naxçıvan Rəssamlar Birliyinin sədri kimi onun təşəbbüsü ilə Naxçıvanda təsviri sənət istiqaməti üzrə bir çox uğurlu layihələr həyata keçirilib. 2012-ci ildən etibarən hər iki ildən bir təşkil olunan "Naxçıvan - bəşəriyyətin beşiyi" adlı Beynəlxalq Rəsm Festivalı uğurlu layihələrdən biridir.
Ü.Həmzəyevanın yaradıcılıq dünyası, təxəyyülü və rəssamlıq dünyagörüşü minilliklərdən süzülüb gələn, milli ənənələrimizin özəyini təşkil edən mifoloji və folklor təfəkkürünə, ulu Qobustan, Gəmiqaya dünyasına, zəngin miniatür sənətinə tapınır. Rəssamın tablolarında qədim Avesta süjetləri, zəngin rəmzi təsvir elementləri qarşılıqlı vəhdətdə - dialoq şəklində təzahür olunub. Rəssamın sərgisinin adı uğurla tapılıb - "Əcdadların izi ilə". Bu sərgidə nümayiş olunan tabloların fəlsəfi mahiyyəti - ruhu ilə səsləşir. Onun məna və məzmun dolu yaradıcılıq nümunələrinə tamaşa edəndə rəssamın ulu əcdadlarımızın mənəvi irsinin izinə düşdüyünü və tamaşaçını da özü ilə bu sirli dünyaya səyahətə apardığını hiss edirsən. Rəssamın rəngkarlıq əsərlərindən "Həyat həqiqəti", "Yuxuya bənzər sevgi", "Həyat ağacı", "Şuşada öpüş", "Bəşəriyyətin beşiyi", "Paralel həyat", "Narahat ruhlar", "Sikkə", "Ailə sirli qapı", "Arzular qayığı" və başqalarını qeyd etmək olar.
Düşünürəm ki, bu fərdi sərgi rəssamın sənət ictimaiyyəti qarşısında möhtəşəm yaradıcılıq hesabatıdır. Burada nümayiş olunan təsviri sənət nümunələri Ü.Həmzəyevanın on illiklər ərzində aparmış olduğu gərgin yaradıcılıq axtarışları, sənət eksperimentləri sayəsində gəlmiş olduğu yaradıcı rəssam qənaətləridir. Sərgilənən tablolarla baş-başa qalanda, rəssamın nə qədər zəngin yaradıcı təxəyyülə, incə görüm-duyum qabiliyyətinə, özünəməxsus yaradıcılıq dəst-xətinə malik olduğuna bir daha əmin olursan.
Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasəti və müzəffər ordumuzun şücaəti nəticəsində 44 günlük qələbədən sonra rəssamın palitrasında Qarabağ, Şuşa, Xarıbülbül, Xan qızı Natəvan, şəhidlərimizin obrazları özünəməxsus yaradıcı təxəyyüllə öz bədii təzahürünü tapıb. Ü.Həmzəyeva möhtəşəm qələbədən sonra bir neçə dəfə işğaldan azad olunmuş bölgələrimizə səfər edib, diqqəti cəlb edən, bədii-estetik təsir qüvvəsinə malik sənət nümunələri ərsəyə gətirib.
Rəssamın qrafika əsərlərindən "Çirkin ördək", "Bürclər", "Avesta", "Mistik Misir", "Fəsillər", "Bəşəriyyət" və digərlərini nümunə göstərmək olar. Ü.Həmzəyevanın obrazlar dünyasına səyahət edəndə adamı bir sual düşündürür: Rəssamda bu enerji, bu zəngin yaradıcılıq dünyası, əski mənəvi dünyamıza bu dərəcədə bağlılıq haradan qaynaqlanır?! Bunun cavabı məncə, onun dünyaya ilk dəfə göz açdığı, böyüyüb, boya-başa çatdığı qədim, zəngin və misilsiz tarixə, memarlıq abidələrinə, ecazkar iqlimə, təbiətə, dağlara malik Naxçıvan diyarıdır. O diyar ki, qoynunda Nuh məqbərəsi, Əshabi-Kəhf mağarası, Kültəpə mədəniyyəti, Gəmiqaya rəsmləri, Xarabagilan qalıqları, Mömünə Xatun türbəsi, Qarabağ abidələri və saymaqla bitməyən milli-mənəvi xəzinəmizi yaşadır. Təbiidir ki, rəssamın məxsusi yaradıcılıq dünyasının, dəst-xətinin formalaşmasında bu amil əsas rol oynayıb. Rəssamın yaratmış olduğu çoxsaylı obrazlar qalereyasına tamaşa etdikdə bu və ya digər şəkildə sadaladığımız bədii təsvir elementləri asanlıqla müşahidə olunur. Bu da rəssamın milli-mənəvi xəzinəmizə, ulu keçmişimizə onun sədaqəti, vətəndaşlıq mövqeyidir.
Ü.Həmzəyeva portretlər qalereyasını ərsəyə gətirib. Rəssamın bu sırada "Ulu Öndər Heydər Əliyev", "Prezident İlham Əliyev", "Vitse-prezident Mehriban xanım Əliyeva", "Ali Məclisin sədri Vasif Talıbov", "Hüseyn Cavid", "Mirzə Cəlil", "M.Ə.Sabir", "Bəhruz Kəngərli", "S.Bəhlulzadə", "Məmməd Araz", "Akademik İsa Həbibbəyli" və başqalarını qeyd etmək olar. Sadalanan hər bir portret əsərində rəssam yaratdığı bədii obrazın yaradıcılıq dünyasına baş vurub, onun daxili dünyagörüşünün zənginliyini zahiri dünyasında təzahür etməyə müvəffəq olub. Bax elə budur rəssamın peşəkarlığı, dərin bədii yaradıcılıq müşahidələrinə malik ola bilməsi. Ü.Həmzəyevanın yaratmış olduğu portretlərin hər biri ayrı-ayrılıqda bədii təhlil və təsvir xüsusiyyətlərinə malikdir. Rəssamı onun özündən daha yaxşı təsvir etmək məncə, çətindir. Bu mənada onun avtoportret əsərləri ən yaxşı vasitədir. O, özünün bir neçə avtoportretini yaradıb. Bu cəhət də maraqlıdır ki, rəssam bir obraz kimi balaca qızı - İlknurun surətindən bir çox əsərlərində istifadə edib. Bu istiqamət məşhur əfsanəvi fırça ustası Toğrul Nərimanbəyovun da yaradıcılığında müşahidə olunur. Bu yerdə Ü.Həmzəyevanın tablolarında yaratmış olduğu obrazlar bolluğunu da T.Nərimanbəyov yaradıcılığı ilə müqayisə etmək olar.
Möhtəşəm sərgi salonlarını gəzdikcə, rəssamın zəngin və çoxşaxəli yaradıcılıq dünyasını əks etdirən sənət nümunələrini seyr etdikcə, Ülviyyə Həmzəyevanın necə bir istedadlı rəssam və geniş yaradıcılıq dünyasına malik insan olduğunu düşünürsən. Doğurdan da, rəssamın təşkil olunan bu fərdi sərgisi onun sənət ictimaiyyəti qarşısında sınaqdan uğurla çıxdığının əyani sübutudur.
Əsəd QULİYEV,
sənətşünas, Rəssamlar İttifaqının üzvü
Milli Məclisdə İranın parlament nümayəndə heyəti ilə görüş olub
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident işləri naziri Şeyx Mansur bin Zayed Al Nəhyandan
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumdan
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyandan
AHİK yeni sosial layihəyə başlayır
Moskvada Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin cari vəziyyəti nəzərdən keçirilib
Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti mediası Prezident İlham Əliyevin ADA Universitetindəki çıxışını geniş işıqlandırıb
Leyla Əliyeva və Arzu Əliyeva Qəbələdə “Gənc arıçı” layihəsinin iştirakçıları ilə görüşüblər
Azərbaycan taekvondoçuları Gimnaziadada daha 10 medal qazanıb
Azərbaycan və İran nümayəndə heyətləri Bakı Beynəlxalq Dəniz Ticarət Limanına baxış keçiriblər
Azərbaycan-İtaliya hərbi pilotları arasında ekspert görüşü keçirilib
Mədəniyyət naziri Bakıda növbəti dəfə bir qrup vətəndaşın müraciətini dinləyib
DOST Agentliyi ilə Dünya Bankı arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
Aİ Ukraynaya daha 1 milyard avro ayırıb
Bakıda boks üzrə Böyük İpək Yolu beynəlxalq turniri keçiriləcək
Çin ABŞ mallarının idxalına olan rüsumları 84 faizə qaldırıb
SPECA nazirlər görüşündə Azərbaycanın biznes və investisiya mühiti barədə məlumat verilib
Professor Rik Faun: Qarabağın bərpası və regional perspektivlər forumda geniş müzakirə olundu
Laçında keçirilən əmək yarmarkasında 210-dan çox vakansiya təqdim edilib
Nazir: Azərbaycan irihəcmli fövqəladə hallarla mübarizə üçün beynəlxalq qəza-xilasetmə əməliyyatlarında fəal iştiraka daim hazırdır
Avstriyanın Çindəki sabiq səfiri: Qlobal miqyasda Azərbaycanın rolunu anlamaq olduqca zəruridir
Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayır04 Aprel 2025
SÜLHSEVƏR DÜNYANIN FİKİR ÜNVANI03 Aprel 2025
Yenidən qurulan Ağdamda Böyük qayıdış təntənəsi02 Aprel 2025
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik28 Mart 2025
Son 5 ilin Novruzu20 Mart 2025
Mediasiyanın effektivliyinin artırılması məqsədilə bir sıra normalar təkmilləşdirilir19 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!