21 Aprel 2026 09:20
152
CƏMİYYƏT
A- A+
Milli Qəhrəman Samid İmanovun 45 illik yubileyi qeyd olunub

Milli Qəhrəman Samid İmanovun 45 illik yubileyi qeyd olunub


Neftçalada 2016-cı ilin aprel ayında şəhid olan Milli Qəhrəman Samid Gülağa oğlu İmanovun 45 illik yubileyi və anım günü qeyd olunub. Tədbir iştirakçıları Samid İmanovun və şəhid olan digər hərbi qulluqçuların məzarlarını ziyarət ediblər, önlərinə gül dəstələri düzüblər və ruhlarını ehtiramla yad ediblər.

Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Milli Qəhrəmanın şəxsi əşyalarından və eksponatlardan ibarət sərgiyə baxış keçirilib, şərəfli ömrü və döyüş yolu ilə bağlı məlumat verilib.

RİH-in başçısı M.Seyidov çıxışında bildirib ki, 2016-cı ilin Aprel döyüşləri Azərbaycanın hərb tarixində mühüm mərhələ olmaqla yanaşı, böyük Zəfərə aparan yolun başlanğıcı olub: "Həmin döyüşlər zamanı Azərbaycan Ordusu yüksək döyüş hazırlığı, peşəkarlıq və qəhrəmanlıq nümayiş etdirərək mühüm strateji mövqeləri azad etdi. Aprel döyüşlərində Azərbaycan Ordusunun gücü və döyüş ruhu bir daha təsdiqləndi. Bu uğurun davamı olan 44 günlük Vətən müharibəsi Azərbaycanın Zəfəri ilə başa çatdı. Ölkəmizin ərazi bütövlüyü bərpa olundu və şəhidlərimizin qanı yerdə qalmadı".

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı, Milli Qəhrəman Samid İmanovun anası Xuraman İmanova, həyat yoldaşı Badam İmanova, Vətən Müharibəsi Qəhrəmanı şəhid Camal İsmayılovun anası Filarə İsmayılova və başqaları Samid İmanovun Vətənə sonsuz sədaqəti, peşəkarlığı və yüksək mənəvi keyfiyyətləri ilə hər zaman seçilən hərbçilərdən biri olmasını, xidmət etdiyi müddətdə üzərinə düşən bütün tapşırıqları layiqincə yerinə yetirdiyini, döyüş yoldaşları arasında böyük hörmət və nüfuz qazandığını bildiriblər. Qeyd edək ki, şəhid Samid Gülağa oğlu İmanov 14 oktyabr 1981-ci ildə Neftçalanın Həsənabad qəsəbəsində anadan olub. 2016-cı il aprel ayının 3-dən 4-nə keçən gecə təmas xəttində başlanan döyüşlər zamanı böyük şücaət göstərib və qəhrəmancasına şəhid olub. Aprelin 9-da Neftçala şəhər Şəhidlər xiyabanında dəfn olunub.

Mayor Samid İmanov xidməti dövründə "Hərbi xidmətdə fərqlənməyə görə" II və III dərəcəli medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" II və III dərəcəli medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı və "Qızıl Ulduz" medalları ilə təltif olunub. Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 19 aprel tarixli sərəncamı ilə ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı adı verilib.


Seyran CAVADOV,

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən gün 36 cinayətin açılması təmin olunub

10:44
21 Aprel

Dünya birjalarında neft ucuzlaşıb

10:31
21 Aprel

Dünya bazarında qızıl 24 dollar ucuzlaşıb

10:26
21 Aprel

Azərbaycan nefti 110 dollara satılıb

10:21
21 Aprel

Şimşək çaxır, yağış və qar yağır – FAKTİKİ HAVA  

10:15
21 Aprel

ASAN könüllüləri “Gənc İnnovatorlar” proqramını təqdim ediblər

10:13
21 Aprel

Pulu qazanmaq çətindir, yoxsa xərcləmək 

10:05
21 Aprel

Qəsəbəmiz yağış yağanda keçilməz olur

10:00
21 Aprel

Leysanın fəsadları qısa zamanda aradan qaldırıldı

09:55
21 Aprel

Su ötürücülərinin tikintisi mərhələlərlə həyata keçiriləcək

09:53
21 Aprel

Çiçəkləri sevməyi, yaşıllığı qorumağı öyrənməliyik 

09:50
21 Aprel

Qocalma prosesini ləngitməyin yeni yolu araşdırılır

09:45
21 Aprel

Vacib mövzularda keçirilən tədbirlər bizi maarifləndirir

09:45
21 Aprel

Lerikdə doğuldu, Bakıda ali təhsil aldı, indi sorağı Almaniyadan gəlir

09:40
21 Aprel

Yaponiyada təlim zamanı tank partlayıb, azı iki hərbçi həlak olub

09:37
21 Aprel

Keçmiş məcburi köçkün: Doğma el-obama dönüşüm mənim üçün böyük qürur mənbəyidir

09:36
21 Aprel

Ağdam sakini: Allaha şükür edirəm ki, uzun illər çəkdiyimiz yurd həsrəti sona çatdı

09:35
21 Aprel

Keçmiş məcburi köçkün: Ağdama qayıtmaq mənim üçün böyük xoşbəxtlikdir

09:35
21 Aprel

Müqəddəs Məryəm Ananın Dua Örpəyi Kilsəsi

09:35
21 Aprel

“Böyük Qayıdış” davam edir: Ağdam şəhərinə daha 92 ailə yola salınıb

09:34
21 Aprel

Nazir: Macarıstana “Drujba” kəməri ilə neft tədarükü bu gün bərpa oluna bilər

09:33
21 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!