05 Noyabr 2026 11:43
337
İQTİSADİYYAT
A- A+
Milli Məclisin komitə sədri: Gələn il bir sıra sosial müavinətlər artırılacaq

Milli Məclisin komitə sədri: Gələn il bir sıra sosial müavinətlər artırılacaq


2027-ci il dövlət büdcəsində xidmət xərcləri ümumilikdə 94,7 milyon manat məbləğində proqnozlaşdırılır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası sosial sahədə 164 xidmətin bir pəncərədən operativ, şəffaf, innovativ əsasda təqdim olunmasına imkan yaradıb. Hazırda ölkə üzrə 8 DOST mərkəzi, o cümlədən Şuşa filialı və Ağalı "Smart DOST" xidmət məntəqəsi fəaliyyət göstərir.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, bu mərkəzlərə cari ildə 888 mindən çox vətəndaşımız müraciət edib və məmnunluq indeksi 98,9 faiz təşkil edib. Bir sıra ölkələr, o cümlədən Avropa ölkələri DOST təcrübəsini öyrənərək tətbiq etməyə başlayıblar: “2027-ci ildə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə, uşağın anadan olmasına görə, 3 yaşınadək uşaqlara qulluğa görə və dəfn üçün müavinətlərin maliyyələşdirilməsinə 281 milyon manat vəsait nəzərdə tutulub ki, bu da cari ilin təsdiqlənmiş proqnozuna nisbətən 38 faiz, yaxud 77 milyon manat çoxdur. Büdcənin bu bəndindəki 77 milyon manatlıq artım gələn ildə uşağın anadan olmasına görə müavinətin məbləğinin 600 manatdan artırılaraq 1500 manata, sığorta olunanlar üçün dəfn xərclərinin mövcud 590 manatdan 700 manata, pensiyaçılar üçün dəfn müavinətlərinin məbləğinin 936 manatdan 1200 manata, 3 yaşınadək uşağa qulluğa görə müavinətin məbləğinin 37 manatdan 100 manata çatdırılmasını proqnozlaşdırmağa imkan verir”.

Deputat qeyd edib ki, sığorta olunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdiriləcək xərclər 25 milyon manat nəzərdə tutulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

KTMT sammitində Ermənistanın səsvermə hüququndan məhrum edilməsi barədə qərar qəbul olunub  

20:03
11 Noyabr

Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub  

19:58
11 Noyabr

Azərbaycanda əczaçılıq istehsalında 60 faizlik artım: yerli istehsal genişlənir

19:57
11 Noyabr

Azərbaycan Hökuməti adından Krakovdakı faciə ilə əlaqədar Polşaya başsağlığı verilib

19:31
11 Noyabr

Prezident İlham Əliyevin sosial media hesablarında COP31-in Liderlər Sammiti ilə bağlı videoçarx paylaşılıb VİDEO  

19:02
11 Noyabr

Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinə baxılıb  

18:38
11 Noyabr

 Orqanizmin qocalmasını ləngidən pəhrizlər məlum olub

18:24
11 Noyabr

Daha iki məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib

18:09
11 Noyabr

Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

17:58
11 Noyabr

Azərbaycan cüdoçusu Bakıda Avropa çempionu olub

17:57
11 Noyabr

İldırım çaxmaları niyə artır?

17:51
11 Noyabr

Konqoda Ebolaya yoluxanların sayı 11 mini ötüb

17:42
11 Noyabr

Səfir: Azərbaycan-Ukrayna dostluq münasibətləri bu gün yeni məzmun kəsb edir

17:41
11 Noyabr

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB-2 

17:31
11 Noyabr

COP31-də Qarabağ Dirçəliş Fondunun sifarişi ilə çəkilən “Ölümcül miras” sənədli filmi nümayiş olunub  

17:23
11 Noyabr

SpaceX Starship-in 15-ci uçuş sınağının tarixini açıqladı

17:23
11 Noyabr

Azərbaycan və Qana kənd təsərrüfatı sahəsində qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsini nəzərdən keçirib  

17:17
11 Noyabr

3500-dən çox robot 112 milyon qızılbalığın sağlamlığını qoruyur  

17:17
11 Noyabr

NASA astronavt axtarışındadır  

17:14
11 Noyabr

Azərbaycan və Gürcüstanın regionları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub  

17:09
11 Noyabr

Zelda oyunu dörd günə 5,2 milyon nüsxə sataraq rekord qırdı  

17:06
11 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!