10 Sentyabr 2025 18:59
1705
PARLAMENT
A- A+
Milli Məclisin Beynəlxalq münasibətlər komitəsi 2025-ci ilin payız sessiyasının iş planını təsdiqləyib

Milli Məclisin Beynəlxalq münasibətlər komitəsi 2025-ci ilin payız sessiyasının iş planını təsdiqləyib


Sentyabrın 10-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Səməd Seyidov iclasın gündəliyinə 9 məsələnin – yaz və növbədənkənar sessiyalarının hesabatının, payız sessiyasının iş planının layihəsinin və bir sıra qanun layihələrinin daxil edildiyini diqqətə çatdırıb.

S.Seyidov gündəlikdə duran məsələlərin müzakirəsinə keçməzdən əvvəl Milli Məclisin sentyabrın 9-da keçirilmiş növbədənkənar sessiyasının “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusunda xüsusi iclası barədə fikirlərini səsləndirib. O bildirib ki, Vaşinqton razılaşmaları ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı mühüm tarixi nailiyyətlərdən biridir. Azərbaycan və ABŞ arasında imzalanmış bir sıra mühüm sənədlər dövlətlərarası əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə xidmət edir. Xüsusən “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin tətbiqinin dayandırılması ikitərəfli münasibətlərdə yeni səhifənin açılmasının simvolu oldu. Eyni zamanda, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsinin paraflanması bölgədə davamlı sülhün və əmin-amanlığın bərqərar olunması, beynəlxalq və regional əməkdaşlığın inkişafı istiqamətində geniş perspektivlər vəd edir.

Sonra komitə sədri gündəliyin birinci məsələsi – Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2025-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində fəaliyyəti barədə hesabatı təqdim edib. Bildirilib ki, ötən sessiya dövründə komitənin 10 iclası keçirilib, ümumilikdə 18 məsələyə baxılıb və 15 qanun layihəsi müzakirə olunub. Ötən sessiya ərzində komitəyə vətəndaşlardan, idarə və təşkilatlardan ümumilikdə 2750 ərizə, məktub və şikayət daxil olub. Müraciətlərlə bağlı müvafiq tədbirlər görülüb, onlardan 1989-u aidiyyəti dövlət qurumlarına göndərilib.

Qeyd olunub ki, hesabat dövründə komitə üzvləri seçicilərlə çoxsaylı görüşlər keçiriblər, vətəndaş qəbulları təşkil edərək onların ərizə və şikayətlərinin həlli istiqamətində tədbirlər görüblər. Bununla yanaşı, yaz sessiyası dövründə komitədə dinləmələr keçirilib, habelə deputatların xarici ölkələrə səfərləri, beynəlxalq tədbirlərdə iştirakı və xarici nümayəndə heyətləri ilə çoxsaylı görüşləri baş tutub.

Gündəliyin ikinci məsələsi - Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2025-ci ilin payız sessiyası üçün iş planının layihəsini təqdim edən komitə sədri qeyd edib ki, qarşıdakı sessiyada qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihələrinin müzakirəsi, komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq ictimai dinləmələrin təşkili və digər məsələlər nəzərdə tutulub.

Gündəliyin üçüncü məsələsi olan “Ozon qatını dağıdan maddələr haqqında” Monreal Protokoluna 2016-cı il 15 oktyabr tarixli Kiqali Düzəlişinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinin əhəmiyyəti barədə danışan komitə sədri qeyd edib ki, COP29 kimi mötəbər tədbirə ev sahibliyi etmiş ölkə olaraq Azərbaycan ekoloji məsələlərə xüsusi diqqət ayırır.

Gündəliyin növbəti məsələsini - “Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama şəhərində) səfirliyinin təsis edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsini təqdim edən komitə sədri Azərbaycan-Bəhreyn münasibətlərinin tarixi və perspektivləri barədə fikirlərini səsləndirib, qanun layihəsinin qəbulunun dövlətlərarası əlaqələrin inkişafına xidmət edəcəyini bildirib.

Daha sonra gündəlikdə duran növbəti məsələlər – “Dabaq Xəstəliyinə Nəzarət üzrə Avropa Komissiyasının Nizamnaməsinə qoşulmaq haqqında”, “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ictimai səhiyyə sahəsində sanitariya-epidemioloji xarakterli fövqəladə vəziyyətlərin qarşısının alınması və cavab tədbirləri üzrə əməkdaşlığı haqqında Saziş”in təsdiq edilməsi barədə, “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (ÜTİK-25) keçirilməsi, təşkili və maliyyələşdirilməsi ilə bağlı Saziş”in təsdiq edilməsi haqqında, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə İslam İnkişaf Bankı Qrupu arasında Azərbaycan Respublikası Hökuməti (ev sahibi ölkə) tərəfindən İİB Qrupunun 2026-cı ildə keçiriləcək İllik Toplantıları üçün təminatlara dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında və “Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası”na qoşulmaq barədə Azərbaycan Respublikası qanunlarının layihələri barədə danışan komitə sədri Səməd Seyidov bildirib ki, sənədlərin qəbulu beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xidmət etməklə yanaşı, ölkəmizin beynəlxalq öhdəliklərinin yerinə yetirilməsini və eyni zamanda, qeyd olunan sahələrdə mühüm məsələlərin həllini təmin edəcək.

Müzakirələr zamanı komitənin üzvləri Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 7-8-də ABŞ-a səfərinin nəticələrini yüksək dəyərləndiriblər və gündəlikdəki məsələlərlə bağlı qeydlərini, təkliflərini səsləndiriblər.

İclasda komitənin 2025-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə hesabatı qənaətbəxş hesab olunub, 2025-ci ilin payız sessiyası üçün iş planının layihəsi təsdiqlənib və qanun layihələrinin hamısı Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rəqəmsal keçid: yeni çağırışlar, prioritetlər və hədəflər

08:15
11 Aprel

Əmək bazarında gender bərabərliyinin təminatlarının hüquqi bazası təkmilləşdirilir

08:10
11 Aprel

Azərbaycan nümunəsi

08:05
11 Aprel

Bütöv və qüdrətli Azərbaycan missiyası

08:00
11 Aprel

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

00:29
11 Aprel

“İstilik təchizatı şəbəkəsinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər”in təsdiq edilməsi haqqında

00:26
11 Aprel

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti öz gəmilərinə müxtəlif rezinlər, paranitlər, qayışlar və kipləşdirici kəndirlərin satın alınması məqsədilə açıq tender elan edir

00:25
11 Aprel

İordaniya mediası: Azərbaycanla bağlı iddialar həqiqəti əks etdirmir

23:28
10 Aprel

Yanacaq çatışmazlığı Avropada turizm mövsümünə ciddi təsir göstərə bilər  

21:24
10 Aprel

Yaxın Şərqdə vəziyyət: İslamabad danışıqları ərəfəsində tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edirlər

20:07
10 Aprel

Litva ali təhsil müəssisələri ilə Xəzər Universiteti arasında əməkdaşlıq genişləndiriləcək  

20:02
10 Aprel

Ukrayna Müdafiə Qüvvələri Xəzərdə Rusiyaya məxsus qazma platformalarını vurub

20:01
10 Aprel

Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masa işini davam etdirib 

20:00
10 Aprel

Ukraynanın Vinnitsa şəhərində soydaşlarımız üçün səyyar konsulluq xidməti göstərilib  

19:58
10 Aprel

Azərbaycan və Almaniya XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib  

19:57
10 Aprel

Parlamentin iclasında 11 məsələ müzakirə olunub - YENİLƏNİB

19:57
10 Aprel

Qlobal bazarlardakı artım Azərbaycan kənd təsərrüfatına təsir göstərəcək

19:56
10 Aprel

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb  

19:54
10 Aprel

Qiymətləndirmə sistemləri: etimad, şəffaflıq və innovasiya - beynəlxalq elmi-praktik konfrans

19:50
10 Aprel

Qaradağda aşkarlanan 42 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb 

19:50
10 Aprel

Azərbaycan və Çin arasında hərbi əməkdaşlıq inkişaf etdirilir  

19:49
10 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!