24 Iyun 2024 16:22
409
PARLAMENT
A- A+

Milli Məclisdə bələdiyyələrin statusu və onların fəaliyyətinə inzibati nəzarət haqqında qanunlarda dəyişikliklər müzakirə olunub

 

İyunun 24-də Milli Məclisin Regional məsələlər komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iclası açan komitə sədri Siyavuş Novruzov gündəliyə birinci oxunuşda bir qanun layihəsinin - “Bələdiyyələrin statusu haqqında” və Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin daxil edildiyini deyib. Qanun layihəsi barədə məlumat verən Siyavuş Novruzov diqqətə çatdırıb ki, təklif olunan dəyişikliklər bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edən bir sıra mühüm məsələlərin həllini nəzərdə tutur.

Qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Səbinə Xasayeva layihənin Prezident tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olduğunu bildirib. Qanun layihəsi barədə ətraflı məlumat verən komitə üzvü deyib ki, təklif olunan dəyişikliklər bələdiyyələrin fəaliyyəti sahəsində yaranan münasibətlərin tənzimlənməsi üçün hüquqi əsasların yaradılmasını nəzərdə tutur. Həmçinin diqqətə çatdırılıb ki, qanunlara təklif olunan bir qrup düzəlişlər isə bələdiyyələrin işinin təşkili ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi üçün zəmin yaradacaq.

Müzakirələrdə komitənin üzvləri Məzahir Əfəndiyev, Kamran Bayramov çıxış edərək qanun layihəsinin aktuallığını vurğulayıb, təklif olunan düzəlişlərlə bağlı fikirlərini bildiriblər.

Sonda qanun layihəsi birinci oxunuşda baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video