21 May 2024 08:45
2538
Səhiyyə
A- A+

Meyvə-tərəvəzi öz mövsümündə yemək daha faydalıdır

 

Orqanizmin normal inkişafı üçün tələb olunan vacib elementlərdən biri də vitaminlərdir. Əsasən, meyvə-tərəvəzlər tərəfindən sintez edilən vitaminlər maddələr mübadiləsinin sürətlənməsinə, immunitet sisteminin güclənməsinə və əhvali-ruhiyyənin yüksək olmasına bilavasitə təsir edir, həmçinin diabet, xərçəng və ürək-damar xəstəlikləri kimi qeyri-infeksion xəstəliklərin riskini azaldır.
Sağlam və düzgün qidalanmanın önəmli qaydalarından biri də zülal, yağ, karbohidrat, lif, mikro və makroelementlərlə zəngin olan meyvə və tərəvəzləri öz mövsümündə istehlak etməkdir. 

 

Mövsümi məhsulların ilboyu istehlakı zərərlidir

 

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən qida məsələləri üzrə mütəxəssis Ağa Salamovun sözlərinə görə, meyvə və tərəvəzlər təbiət tərəfindən fəsillərə görə kodlaşdırılıb: "Hər meyvə təsadüfi olaraq öz mövsümündə yetişmir. Həmin fəsildə insanın nəyə ehtiyacı varsa, meyvə-tərəvəz də məhz onun vitamin deposunu doldura, balanslaşdıra bilər. Qışda qış, yayda yay meyvəsini yeyən insanların immuniteti daha güclü olur. Onların orqanizmi viruslarla daha yaxşı mübarizə aparır. İsti aylarda vitaminlər tər vasitəsilə orqanizmdən ixrac edilir. Alça, gilas, albalı və ərik kimi yaz-yay meyvələri bu itkini bərpa edərək balanslaşdırır. Soyuq fəsillərdə orqanizm viruslara daha tez yoluxur. Qış meyvələri sayılan və C vitamini ilə zəngin olan heyva, mandarin və portağal məhz bu mövsüm üçün kodlaşdırılıb".
A.Salamov deyib ki, mövsümə uyğun olmayan meyvə və tərəvəzlərlə qidalanmaq arzuolunan deyil: "Belə ki, yetişmə mövsümü iyul və avqust aylarına təsadüf edən meyvə və tərəvəzlərin bütün il boyu istehlakı orqanizm üçün faydalı olmur. Məsələn, yayda (təbii mövsümdə) yetişən çiyələyin qida dəyəri qışda yetişdiriləndən daha yüksək və tamlıdır. Qarpız və ya yemişi də öz fəslindən kənar dövrlərdə yemək məsləhət deyil. Yay üçün kodlaşmış bir məhsul qışda yeyilsə, bunun genetik kodlara şübhəsiz ki, təsiri olacaq. Belə ki, mövsümündə yetişməyən məhsulları yeyərkən onun kodunu genimizdə aktivləşdirmiş oluruq".

 

Təhlükəni gözlə görmək mümkün deyil

 

Dünyada olduğu kimi, ölkəmizdə də iqlim dəyişikliklərinə şahid olduğumuzu vurğulayan mütəxəssis bildirib ki, may ayı olmasına baxmayaraq, bəzi regionlarımıza qar yağıb, dolu düşüb, sel olub: "Təbiətin şıltaqlığı nəticəsində bir çox meyvə-tərəvəzə zərər dəyir. Bu da məhsul azlığına, qida qıtlığına səbəb olur. İnsanlar məcbur olub istixanalarda yetişən məhsullara üz tuturlar. Lakin onlar orqanik qidalar qədər faydalı deyil. İstixanalarda yetişən tərəvəzlərin tərkibində bir çox kimyəvi maddələr olur. Bu meyvə-tərəvəzləri yetişdirmək üçün müxtəlif peptisid və toksik maddələrdən istifadə edilir. Bu maddələr bitkinin tərkibinə də keçə bilir. Bu da müxtəlif allergik reaksiyalara və zəhərlənmələrə səbəb olur. Qeyri-mövsümi meyvələri alarkən ziyanlı olduğunu gözlə görə bilirik. Qarpızın daxilində olan qırmızımtıl və sarımtıl rəngli sapabənzər kütlənin əmələ gəlməsi ona çoxlu miqdarda nitrit gübrələrin verilməsi nəticəsində yaranır. Bəzi qidaların orqanizmə təhlükəli olduğunu isə gözlə görmək mümkün deyil, bunun üçün xüsusi laboratoriya tədqiqatı aparmaq lazımdır".
A.Salamov qeyd edib ki, meyvə  və tərəvəzlər yaxşı yuyulmalıdır: "Lakin bir çoxunun etdiyinin əksinə olaraq, bu məhsulları sirkədə yumaq qəti qadağandır. Çünki meyvə-tərəvəzləri yabanı ot və böcəklərdən qorumaq üçün vurulan peptisidlər sirkə turşusu ilə reaksiyaya girir. Nəticədə kimyəvi zəhərlənmə qaçılmaz olur. Bunun üçün çay sodasından istifadə tövsiyə edilir". 
Mütəxəssis vurğulayıb ki, məhsul azlığının və qiymət artımının qarşısını almaq üçün ənənəvi toxumlardan istifadə edilməlidir: "Ənənəvi toxumlar az olduğu üçün digər ölkələrdən hibrid, qısırlaşdırılmış toxumlar alınır. Onları yetişdirmək üçün dərmanlar idxal edilir. Ölkəmizin mütəxəssisləri tərəfindən ənənəvi toxumların yetişdirilməsi və çoxaldılmasında,  hətta rayonlaşdırılmasında tədbirlər görülür".

Ülkər XASPOLADOVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video