01 Sentyabr 2024 19:39
94
SİYASƏT
A- A+

Mətbuat Şurası: Seçki ilə bağlı jurnalistlərdən “qaynar xətt”ə müraciət daxil olmayıb

 

Mətbuat Şurasının (MŞ) Milli Məclisə növbədənkənar seçkilərlə bağlı “qaynar xətt”i fəaliyyətini başa vurub.

AZƏRTAC xəbər verir ki, bu barədə Mətbuat Şurasından bildirilib. Vurğulanıb ki, gün ərzində səsvermə prosesini işıqlandıran media subyektlərinin təmsilçilərindən MŞ-in bu rejimdə işləmiş (012) 441 35 96 şəhər, (050) 242 09 91 və (055) 789 85 03 mobil nömrələrinə heç bir zəng daxil olmayıb. Qeyd edək ki, “qaynar xətt” rejimi səsvermənin başlandığı saat 08:00-dan, başa çatdığı 19:00-dək jurnalistlərin ixtiyarında olub.

Mətbuat Şurasının İdarə Heyətinin jurnalist və müşahidəçi kimi qeydiyyatdan keçmiş üzvləri də paytaxtdakı və bölgələrdəki seçki məntəqələrində jurnalistlərə prosesi işıqlandırmaları üçün yaradılmış şəraiti müşahidə ediblər.

MŞ sədri Rəşad Məcid 35 saylı Xətai üçüncü seçki dairəsinin 5-ci, 6-cı, 7-ci məntəqələrində, MŞ sədrinin müavinləri Səadət Məmmədova 118 saylı Ağdam - Xocalı seçki dairəsinin 32 saylı seçki məntəqəsində, Vüqar Zifəroğlu 17 saylı Yasamal 3-cü seçki dairəsinin 18 saylı məntəqəsində, İH üzvləri - Əflatun Amaşov 21 saylı Birinci Nəsimi seçki dairəsinin 17 saylı məntəqəsində, Ceyhun Musaoğlu Abşeron rayonu 50 saylı üçüncü seçki dairəsinin 4 saylı məntəqəsində, Yadigar Məmmədli 7 saylı Səbail Seçki Dairəsinin 11, 12, 13, 14 və 15 saylı məntəqələrində, Müşfiq Ələsgərli həmin dairənin 23 saylı məntəqəsində, Hacıbəy Heydərli 8 saylı Binəqədi Birinci Seçki Dairəsinin 16 saylı məntəqəsində, Aqil Ələsgər 70 saylı Neftçala seçki dairəsinin müxtəlif məntəqələrində prosesi izləyiblər. Onlar hansısa pozuntu faktı aşkarlamayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video