01 Sentyabr 2024 21:11
81
SİYASƏT
A- A+

Sergey Markov: Seçkilər azad, düzgün, qanuni və ədalətli idi

 

“Seçkilər Azərbaycan qanunvericiliyinə və Konstitusiyasına tam uyğun olaraq keçirilib və bu, Azərbaycan xalqının iradəsini tam əks etdirir”.

AZƏRTAC xəbər verir ki, bu barədə “Vətəndaş dialoqu” missiyasının rəhbəri, Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Milli Məclisə növbədənkənar seçkilərin yekunlarına dair yerli jurnalistlərə bildirib. Onun sözlərinə görə, missiya ümumi qiymətləndirməni sabah səhər təqdim edəcək.

Onun sözlərinə görə, “Vətəndaş dialoqu” beynəlxalq missiyası son iyirmi ildə seçkilərin müşahidə edilməsi və müxtəlif ölkələrin vətəndaş cəmiyyətləri arasında dialoqun təşkili ilə məşğuldur. Missiya dünyanın 10-dan çox ölkəsində - ümumilikdə 30-a yaxın müxtəlif seçkilərdə müşahidə missiyalarında iştirak edib.

“Dost Rusiyanın vətəndaşları olaraq, dost Azərbaycan xalqını tarixi seçkilər münasibətilə təbrik edirik. Parlament seçkiləri ilk dəfə olaraq bütün ölkə ərazisində keçirildi”, - deyə missiya rəhbəri vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video