01 Sentyabr 2024 21:01
85
SİYASƏT
A- A+

Moldovalı parlamentari: Seçki prosesi axıcı şəkildə keçdi

 

Mən Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində iştirak etdim. Bu, mənim artıq ikinci təcrübəmdir. Seçkilər zamanı bütün nüanslara diqqət yetirməyə çalışdım.

AZƏRTAC xəbər verir ki, bu sözləri Moldova parlamentinin deputatı Vitali Jakot parlament seçkilərinin ilkin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, seçki məntəqələrinin sədrləri və üzvlərinin şəffaf fəaliyyət göstəriblər. “Azərbaycan Moldova üçün strateji tərəfdaşdır. Mən həm Bakı, həm də Bakıətrafı qəsəbələrdə seçkiləri müşahidə etdim. Seçki prosesi axıcı şəkildə davam etdi. Vətəndaşlar çox rahat şəkildə bizimlə ünsiyyətdə oldular. Onlar səs verəcəkləri yerlər haqqında məlumatlı idilər. Mənimlə ünsiyyətdə olan hər kəs prosesin rəqəmsallaşdırılmasının arzuedilən olduğunu bildirdilər. Bu da maarifləndirici oldu. Ümumi vəziyyət çox sakit idi. Hər şey yüksək səviyyədə planlaşdırılmışdı”,- deyə deputat əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video