01 Sentyabr 2024 20:27
104
SİYASƏT
A- A+

"Oracle Advısory Group": Seçici fəallığı 81-84 faizdən yuxarıdır

 

Azərbaycanda 7-ci dəfədir ki, seçki prosesində iştirak edirik. Ümumilikdə 63 min seçicinin fikirlərini öyrəndik. Ölkə üzrə 875 seçki dairəsində 1950 təmsilçimiz yerlərdə çalışırdı. Seçici fəallığı 81-84 faizdən çoxdur.

AZƏRTAC xəbər verir ki, bu sözləri növbədənkənar parlament seçkilərinin ilkin yekunları ilə bağlı mətbuat konfransında və Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilə birgə “exit-poll” keçirən ABŞ-ın "Oracle Advısory Group" şirkətinin nümayəndəsi Vlada Qalan deyib.

O bildirib ki, indiyədək ümumilikdə 63 min nəfərin rəyi soruşulub. “80 sahə nəzarətçimiz fəaliyyət göstərirdi və 20 məlumat üzrə 20 nəzarətçi çalışırdı. Bütün nəticələr 20 data operatoru tərəfindən diqqətli şəkildə qeydiyyata alınıb. Gün ərzində 3 dəfə hesabatlılıq aparmışıq”, - deyə o qeyd edib.

Qeyd edək ki, parlament seçkiləri 125 seçki dairəsi üzrə 6478 məntəqədə keçirilib. Parlament seçkilərində 990 deputatlığa namizəd mübarizə aparır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video