Məqsəd Türk Dövlətləri Təşkilatını dünyanın iqtisadi güc mərkəzlərindən birinə çevirməkdir
Bütün zamanlarda dövlətlər arasındakı siyasi, iqtisadi, mədəni əlaqələr ölkələrin inkişaf səviyyəsinə təsir edib. Əlaqələr gücləndikcə dövlətlərarası birliklər yaranıb, ittifaqlar qurulub.
Bu baxımdan Azərbaycan da dünyanın bir çox birliklərinin üzvüdür və təmsil olunduğu həmin birliklərdə müəyyən söz sahibidir. Elə birlik də var ki, Azərbaycan məhz həmin qurumu yaradanlardandır. Bu, türk dünyası birliyi, daha doğrusu, Türk Dövlətləri Təşkilatıdır.
Qurum Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstanın təşəbbüsü ilə 2009-cu il oktyabrın 3-də Türk Şurası adı ilə yaradılıb. Həmin gün həm də Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü elan edilib və bu tarix Türk Şurasının yaradılmasının ildönümü hesab olunur. 2021-ci ildə İstanbulda keçirilən Türk Şurası Liderlərinin VIII Zirvə toplantısında Türk Şurasının rəsmi adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı (TDT) adlandırılıb. Bu gün TDT tarixi keçmişi, dil və mədəniyyət eyniliyi olan və əhalisinin ümumu sayı təxminən 250 milyon nəfərə çatan türk xalqlarının birliyi kimi tarix səhnəsində yer alıb. Prezident İlham Əliyevin Şuşada keçirilən "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda dördüncü beynəlxalq konfransda çıxışı zamanı qeyd etdiyi kimi, Azərbaycan həmişə TDT çərçivəsində mühüm və əhəmiyyətli ölkələrdən biri olub: "Biz təşkilatı daha vacib beynəlxalq oyunçuya çevirə bilsək, hər kəs bundan faydalanar. Bizim geniş coğrafiyamız, bəzi ölkələrdə böyük təbii sərvətlər, o cümlədən enerji ehtiyatları, bəzi ölkələrin güclü hərbi imkanları var. Beləliklə, biz bütün bu səyləri birləşdirsək, əlbəttə ki, qlobal səviyyədə ciddi oyunçu görə bilərik. Hesab edirəm ki, təşkilat qlobal güc mərkəzlərindən biri ola bilər və olmalıdır".
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Türkmənistanın üzv, Macarıstanın isə müşahidəçi olduğu TDT-nin yaradılmasında məqsəd türkdilli dövlətlər arasında dostluğu, qardaşlıq münasibətlərini möhkəmləndirmək, əməkdaşlığı dərinləşdirmək, regional sülh və sabitliyə töhfə verməkdir. Öncədən razılaşdırılıb ki, təşkilata daxil olan dövlətlər xarici siyasət məsələlərində vahid mövqedən çıxış etsin, terrorizm və cinayətkarlığa qarşı mübarizədə birgə fəaliyyət göstərsin, ticarət və investisiyalar üçün əlverişli mühit yaratsın, hərtərəfli iqtisadi inkişafı təmin etsin və elmi-texniki innovasiyalarda əməkdaşlığı genişləndirsinlər. Bu gün sadalanan öhdəliklər hesabına TDT-yə üzv ölkələr arasında siyasi, iqtisadi, mədəni və hərbi sahələr üzrə əlaqələr genişlənir, möhkəmlənir. Bütün bunlar həmçinin təşkilatın beynəlxalq nüfuzunun artmasına səbəb olur.
Xəbər verildiyi kimi, bu yaxınlarda TDT-nin Qazaxıstanın paytaxtı Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə Astana Aktı və Astana Bəyannaməsi imzalanmışdır. "Türk Əsri" çağırışı altında keçirilən həmin toplantıda dövlət başçıları iqtisadi-siyasi, ticarət, nəqliyyat və gömrük kimi sahələrdə çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə etmişlər. Amma TDT-nin fəaliyyəti dövlət başçıları səviyyəsində görülən ortaq işlərlə məhdudlaşmır. Təşkilat fəaliyyətinin bütün istiqamətlərində ortaq işlərə imza atır, ortaq qurumlarını yaradır. Yenə də bu ilin iyun ayında Şuşadan öncə "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilən Qazaxıstanın indiki Türküstan (keçmiş Çimkənd) şəhərində Türk Dövlətləri Qiymətləndiricilər Birliyi (TDQB) təsis olunmuşdur. Birliyi yaratmaqda məqsəd peşəkar qiymətləndiricilərin yetişməsi, tədris və sertifikasiya fəaliyyəti, vahid məlumat bazasının yaradılması istiqamətində ortaq fəaliyyət göstərmək idi. Ötən bir neçə ay ərzində Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin strukturu demək olar ki, formalaşdırılmışdır.
Bir neçə gün əvvəl isə Türkiyənin paytaxtı Ankarada TDQB İdarə Heyətinin növbəti toplantısı keçirilmişdir. Birliyin prezidenti Askar Omerbekov görülən işlərlə bağlı çıxışında bildirmişdir ki, birlik qiymətləndiricilər arasında faydalı və qarşılıqlı münasibətlərin genişləndirilməsi istiqamətində xeyli işlər görmüşdür. Müzakirələr zamanı İstanbul Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin mərkəzi şəhəri elan edilmiş və qərara alınmışdır ki, mərkəzi qərargah İstanbulda yerləşsin və birliyin beynəlxalq təşkilat kimi qeydiyyatdan keçməsi Türkiyə Qiymətləndirmə Mütəxəssisləri Birliyinə həvalə edilsin. Birliyin icraçı katibi Marat Baytokov tərəfindən 2024-2025-ci illər üçün fəaliyyət planı İdarə Heyəti tərəfindən təsdiq olunmuşdur. Sənəddə quruma üzv dövlətlərin təklifləri nəzərə alınmış, aprelin 28-də Bakıda keçirilən Zirvə Görüşünün birliyin təsis olunmasında xüsusi rolu vurğulanmışdır. Eyni zamanda qərara alınmışdır ki, TDQB-nin 3-cü toplantısı gələn il mayın 31-i - iyunun 2-də Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin evsahibliyi ilə Azərbaycanda keçirilsin. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin vitse-prezidenti Vüqar Oruc isə ölkəmizdə qiymətləndirmə sektorunun mövcud vəziyyəti, inkişaf dinamikası, görülən işlər barədə toplantı iştirakçılarını ətraflı məlumatlandırmışdır. Qeyd etmişdir ki, rəhbəri olduğu qurum 60 peşəkar qiymətləndirmə şirkətini və yüzlərlə qiymətləndiricini birləşdirir.
Göründüyü kimi, kifayət qədər imkanlara malk olan TDT müasir dövrün çağırışlarını dəqiq qiymətləndirməklə Cənubi Qafqaz və Mərkəzi Asiyada iqtisadi baxımdan da güc mərkəzinə çevrilməkdə israrlıdır. O üzdən bu gün regional birlik kimi fəaliyyət göstərən Türk Dövlətləri Təşkilatının sabah beynəlxalq səviyyədə əhəmiyyətli təşkilata çevriləcəyi şübhəsizdir.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Mətbuat Şurasının AZƏRTAC-ın əməkdaşının jurnalist fəaliyyətinin məhdudlaşdırılması ilə b...
05 Dekabr
Ten Kristian: Fransanın Yeni Kaledoniyada hərbi baza yerləşdirməsinə razı deyilik
05 Dekabr
Milli Məclisin plenar iclasında 22 məsələ müzakirə edilib
05 Dekabr
Alessandro Biançi: Mədəni irsə qarşı vandallıq aktları yolverilməzdir
05 Dekabr
Penitensiar Xidmətdə qazilərlə görüş olub
05 Dekabr
Qərbi Azərbaycan xalçalarının Milli Xalça Muzeyində sərgisi açılıb
05 Dekabr
UNESCO: Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 18-ci sessiyasında Azərbay...
05 Dekabr
Moskvada Azərbaycan və İran xarici işlər nazirlərinin görüşü keçirilir
05 Dekabr
Parlamentdə hərbi qanunvericilikdə nəzərdə tutulan dəyişikliklərlə bağlı mətbuat konfransı keçirilib...
05 Dekabr
Bakıda və Abşeron yarımadasında küləyin sürəti 26-32 metr/saniyəyədək güclənib
05 Dekabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!