29 Dekabr 2024 09:10
10394
Hüquq məsləhəti
A- A+
Mənim sualım var

Mənim sualım var


- Bakıda evim var, amma çıxarışım yoxdur. Qeydiyyata necə düşə bilərəm?


Mətanət XƏLİLOVA, 

Lənkəran rayonu


- Sualınıza cavab olaraq bildiririk ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndinə, habelə "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin 2-ci bəndinin "a" yarımbəndinə əsasən, yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün tələb olunan sənədlərə əsas etibarilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi aiddir. Yaşayış yeri üzrə qeydiyyat orqanı qismində Daxili İşlər Nazirliyi çıxış edir. Əsasnamənin 9-cu bəndində göstərilir ki, əgər şəxsin mülkiyyətdən istifadəyə hüququnu təsdiq edən sənəd yoxdursa, qeydiyyat orqanı şəxsi yaşayış yeri üzrə qeydiyyata almaqdan imtina edir.

Çıxış yolu kimi qeydiyyat orqanının (polis orqanının) olduğu yer üzrə qeydiyyata alınmaqla bağlı məhkəməyə müraciət etməyi tövsiyə edirik. Bunun üçün maraqlarına toxunulan şəxs əmlakın yerləşdiyi yer üzrə qeydiyyat orqanına (polis) həmin orqanın olduğu ünvan üzrə qeydiyyata salınmaqla bağlı müraciət etməlidir. Qeydiyyat orqanından alınacaq imtinadan İnzibati Prosessual Məcəllənin 2.2.2 və 8.1.2-ci maddələrinin tələbinə uyğun olaraq, Bakı İnzibati Məhkəməsinə inzibati orqanın üzərinə yaşayış yeri üzrə qeydiyyata alınma barədə öhdəliyin qoyulması ilə bağlı ərizə verilir. Yalnız bundan sonra məhkəmənin qərarı ilə şəxs qeydiyyat orqanının (polis orqanının) olduğu ünvan üzrə yaşayış qeydiyyatına alınır.


Bələdiyyədən torpaq sahəsi almışam. Layihəsi, icra hakimiyyətindən icazəsi var. Çıxarış almaq üçün nə etməliyəm? Deyirlər ki, dövlət reyestri xidmətinə müraciət et, xidmət imtina versin, imtinadan məhkəməyə müraicət et. Başqa hansı yol var?


Elşən ƏLİYEV,

Bakı şəhəri


- Qeyd olunmalıdır ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar və qaydalar "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq tənzimlənir. Həmin əsaslardan biri də qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlardır. Qeyd olunan sənəddən başqa, siz "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 10.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində bina, qurğu, tikililərin və digər daşınmaz əmlak (onların tərkib hissələri) yerləşirsə, onların texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə sənədi hüquqlarınızın qeydiyyatı ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə (DƏDKR-yə) ünvanlanacaq ərizəyə əlavə etməlisiniz. Qanunun 9.2-ci maddəsinə əsasən, DƏDKR ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 10 iş günü müddətində daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır və elektron qaydada dövlət reyestrindən çıxarış tərtib edir. Əgər müraciətiniz yuxarıdakı meyarlara cavab verməsinə baxmayaraq, DƏDKR-dən imtina cavabı alsanız, siz inzibati prosessual qanunvericiliyə uyğun olaraq, həmin qurumdan əmlakın yerləşdiyi yer üzrə inzibati məhkəməyə şikayət edərək, inzibati orqanın üzərinə öhdəlik qoyulması ilə bağlı tələb irəli sürə bilərsiniz. 

Məhkəmə bir qayda olaraq orqanın üzərinə qeydiyyat üçün əsas olan sənədlərin qəbul olunması və həmin şəxsin əmlak hüquqlarının tanınması barədə öhdəlik qoyur və qərar vətəndaşın xeyrinə çıxarıldığı halda bunun əsasında torpağa dair çıxarış verilir.


Sualları cavablandırdı:

Fərhad NƏCƏFOV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Korn və baş icraçı direktoru Uilyam Darofdan  

18:59
04 İyun

Azərbaycan XİN başçısı Braziliya səfiri ilə görüşüb  

18:54
04 İyun

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

18:14
04 İyun

Azamat Abdullayev: Özbəkistan kibertəhlükəsizlik şəbəkəsini gücləndirib

17:23
04 İyun

Ermənistan və ABŞ "Tramp marşrutu" üzrə saziş imzalayıblar  

17:20
04 İyun

Qazaxıstan rəsmisi: Azərbaycanla süni intellekt və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edə bilərik  

17:17
04 İyun

Azərbaycandan Ermənistana dizel yanacağı göndərilib 

17:03
04 İyun

Azərbaycanın BƏT-in daha bir Konvensiyasına qoşulmasına dair bildiriş təşkilatın Baş direktoruna təqdim olunub  

16:41
04 İyun

Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb

16:22
04 İyun

Tokayev Sülh Şurasının baş müşaviri ilə TRIPP təşəbbüsünü və Orta Dəhlizin inkişafını müzakirə edib

16:21
04 İyun

2026 FİFA Dünya Kuboku – ilk dəfə 48 komandanın yarışacağı mundial  

16:20
04 İyun

Daxili işlər naziri Qazaxda vətəndaşların müraciətlərini dinləyib, Ağstafada isə gənclərin arasından seçim edib

16:17
04 İyun

Şuşa şəhəri dayanıqlı içməli su ilə təmin edilir

16:13
04 İyun

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar  

16:12
04 İyun

Xankəndi şəhəri fasiləsiz içməli su ilə təmin edilir

16:09
04 İyun

Sahib Məmmədov: Əmək hüquqlarının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir

15:52
04 İyun

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat edib

15:49
04 İyun

XV Milli Məhkəmə Müsabiqəsinin qalibi məlum olub

15:48
04 İyun

Azərbaycan, Ukrayna və Moldova qurumları kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edəcək 

15:47
04 İyun

“Bitcoin”in qiyməti Yaxın Şərqdəki münaqişədən bəri ən aşağı səviyyəyə enib  

15:45
04 İyun

Zaur Əliyev: İnnovativ həllərin tətbiqi kənd təsərrüfatında məhsuldarlığın artırılması baxımından mühümdür  

15:38
04 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!