28 Iyun 2024 13:45
221
SİYASƏT
A- A+

“Mənəvi-əxlaqi deqradasiyanın neqativ nəticələrindən qorunmalıyıq”

 

“Dünyada müşahidə olunan mənəvi-əxlaqi deqradasiyanın neqativ nəticələrindən özümüzü qorumalıyıq. Bu gün insanlığa qarşı müxtəlif təhlükələrdən danışılır, lakin gözəgörünməz bir qatil də var. Bu isə mənəvi-əxlaqi aşınmadır”.

Bu fikirləri “Azərbaycan” qəzetinə Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib. Deputat bildirib ki, Azərbaycanda cəmiyyətin mənəvi sağlamlığı məsələsi hər zaman diqqət mərkəzində olub. Ulu Öndər Heydər Əliyev hər zaman qeyd edirdi ki, var-dövlət, zənginlik ola bilər, lakin mənəviyyat olmadan heç bir şey ola bilməz. 44 günlük Vətən müharibəsi də Azərbaycan gəncinin necə yüksək mənəvi-əxlaqi dəyərlərə, patriotizm hissinə malik olduğunu göstərdi. “Bu, bizim formalaşdırdığımız çox böyük bir resursdur. Bunu dünyada cərəyan edən mənəvi-əxlaqi aşınmanın neqativ nəticələrindən qorumalıyıq. Bir sıra ölkələrdə dünya səviyyəsində müşahidə olunan mənəvi və əxlaqi aşınmanın neqativ nəticələrindən qorunmaq üçün qanunvericilik səviyyəsində tədbirlərin görülməsi də sözügedən sahədə təhlükənin reallığından xəbər verir”, - deyə deputat bildirib.

İnternet əsrində yaşadığımızı vurğulayan E.Mirbəşiroğlu qeyd edib ki, informasiya-kommunikasiya texnologiyaları öz inkişafının ən yüksək səviyyəsinə çatıb. Ona görə də informasiya kontentinə nəzarət etmək çətindir. Buna baxmayaraq, sosial şəbəkələrdə bizim mənəvi-əxlaqi dəyərlərimizə zidd olan kontentin qarşısının alınması üçün ciddi əlavə tədbirlərin görülməsi çox vacibdir.

 

Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video