08 Avqust 2026 01:11
2619
Fərmanlar
A- A+
"Media Reyestrinin aparılması Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli 1846 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə  

"Media Reyestrinin aparılması Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli 1846 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə  


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

"Media Reyestrinin aparılması Qaydaları"nın təsdiq edilməsi haqqında"  Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli 1846 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1035 (Cild I); 2024, № 6 (I kitab), maddə 654, № 8, maddə 937) aşağıdakı dəyişikliklər edilsin:

1. 4-cü hissədə "Medianın İnkişafı Agentliyi" sözləri "Media və Yayım Şurasına tövsiyə edilsin ki" sözləri ilə əvəz edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş "Media Reyestrinin aparılması Qaydaları" üzrə:

2.1. 2.1-ci bənd üzrə:

2.1.1. 2.1.1-ci yarımbənddə "Medianın İnkişafı Agentliyi (bundan sonra - Agentlik) tərəfindən idarə olunan" sözləri "Media və Yayım Şurası (bundan sonra - Şura) tərəfindən aparılan" sözləri ilə əvəz edilsin;

2.1.2. 2.1.4-cü yarımbənddə "Agentlik" sözü "Şura" sözü ilə əvəz edilsin;

2.1.3. 2.1.7-ci yarımbənddən ", ödənişlər həyata keçirməsinə" sözləri çıxarılsın;

2.2. 4-cü hissə üzrə:

2.2.1. 4.1.8-ci yarımbəndin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz olunsun və 4.1.9-cu yarımbənd ləğv edilsin;

2.2.2. 4.2-ci bənd üzrə:

2.2.2.1. 4.2.1-ci yarımbənddən "ödənişlər barədə məlumatın olması," sözləri çıxarılsın;

2.2.2.2. 4.2.8-ci yarımbəndin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz olunsun və 4.2.9-cu yarımbənd ləğv edilsin;

2.3.6-cı hissə üzrə: 

2.3.1.6.1-ci bənddən "və Azərbaycan Respublikasının Audiovizual Şurası" sözləri çıxarılsın və həmin bənddə "edilməsi" sözü "olunması, lisenziya verilmiş audiovizual media subyektləri barədə məlumatların daxil edilməsi," sözləri ilə əvəz edilsin;

2.3.2. 6.4-cü və 6.7-ci bəndlərin birinci cümlələrində "Agentlik" sözü "Şura" sözü ilə əvəz edilsin;

2.3.3. 6.5-ci bənd üzrə:

2.3.3.1. 6.5.1-ci yarımbəndə "olmadıqda" sözündən sonra "(Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəliklərinə münasibətdə Qanunun yalnız 26.5-ci maddəsinin tələbləri tətbiq olunur)" sözləri əlavə edilsin; 

2.3.3.2. aşağıdakı məzmunda 6.5.5-1-ci yarımbənd əlavə edilsin:

"6.5.5-1. Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəlikləri olduqda dövlət qeydiyyatına alınmış olmadıqda;";

2.3.3.3. 6.5.6-cı yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 6.5.7 - 6.5.9-cu yarımbəndlər əlavə edilsin:

"6.5.7. Qanunun 62.6-cı maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 

6.5.8. informasiya agentliklərinin azı 20 (iyirmi) media subyekti ilə informasiya verilməsi (əldə edilməsi) haqqında müqaviləsi, həmçinin azı 5 (beş) xarici ölkədə akkreditasiya olunmuş jurnalistləri olmadıqda;

6.5.9. onlayn media subyektləri özlərinin veb-saytlarında Qanunun 60.2-ci, çap mediası subyektləri isə özlərinin çap mediası məhsullarında Qanunun 63.1-ci maddəsindəki məlumatları düzgün göstərmədikdə."; 

2.3.4.6.6.10-cu yarımbənddə "iş" sözü "əmək" sözü ilə əvəz edilsin; 

2.3.5. 6.8-ci və 6.14 - 6.16-cı bəndlərdə "Agentliyə" sözü "Şuraya" sözü ilə əvəz edilsin;

2.3.6.6.17-ci bənd üzrə:

2.3.6.1. 6.17.5-ci yarımbəndə "alınmaqla" sözündən sonra "və Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəlikləri istisna olmaqla" sözləri əlavə edilsin; 

2.3.6.2. 6.17.6-cı yarımbənddə "tələbləri pozulduqda" sözləri "tələblərinin pozulmasına görə Şura tərəfindən il ərzində 2 (iki) dəfə xəbərdarlıq edildikdən sonra həmin pozuntular təkrar törədildikdə" sözləri ilə əvəz edilsin; 

2.3.6.3. aşağıdakı məzmunda 6.17.6-1 - 6.17.6-7-ci yarımbəndlər əlavə edilsin: 

"6.17.6-1. media subyektləri (audiovizual media subyektləri istisna olmaqla) tərəfindən Qanunun 13.1-ci, 13.2-ci və 14.1-ci maddələrinin tələblərinin pozulmasına görə Şura tərəfindən il ərzində 2 (iki) dəfə xəbərdarlıq edildikdən sonra həmin pozuntular təkrar törədildikdə; 

6.17.6-2. media subyektinin (audiovizual media subyektləri istisna olmaqla) fəaliyyətinin onun təsisçisi (iştirakçısı) olmayan xarici ölkələrin fiziki və ya hüquqi şəxsləri, onların filial və nümayəndəlikləri, həmin şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri hüquqi şəxslər, habelə xarici ölkələrin dövlət qurumları tərəfindən maliyyələşdirilməsi (Qanunun 69.2-ci maddəsi nəzərə alınmaqla) aşkar edildikdə;

6.17.6-3. onlayn media subyektlərinin özlərinin veb-saytlarında Qanunun 60.2-ci maddəsindəki məlumatları göstərmədiyi və ya yanlış göstərdiyi, çap mediası subyektlərinin isə Qanunun 63.2-ci maddəsindəki pozuntuları törətdiyi aşkarlandıqda;                  

6.17.6-4. media subyektinin (audiovizual media subyektləri istisna olmaqla) təsisçisi (iştirakçısı) və ya idarəetmə orqanının rəhbəri ağır və xüsusilə ağır cinayətlərə görə məsuliyyətə cəlb edildikdə; 

6.17.6-5. Qanunun 15.1.5-ci maddəsinin tələblərinin pozulmasına görə Şura tərəfindən il ərzində 3 (üç) dəfə xəbərdarlıq edildikdən sonra həmin pozuntular təkrar törədildikdə; 

6.17.6-6. informasiya agentliklərinə Qanunun 61.2-ci maddəsinin tələblərinin pozulmasına görə Şura tərəfindən il ərzində 2 (iki) dəfə xəbərdarlıq edildikdən sonra həmin pozuntular təkrar törədildikdə; 

6.17.6-7. Azərbaycan Respublikasında filial və ya nümayəndəlik yaratmış xarici media subyekti tərəfindən Qanunun 14.1-ci maddəsinin tələbləri pozulduqda;"; 

2.3.6.4. 6.17.7-ci yarımbənd aşağıdakı redaksiyada verilsin: 

"6.17.7. Reyestrə daxil edilmiş media subyektinin (audiovizual media subyektləri istisna olmaqla) reyestr məlumatlarında dəyişiklik edildikdə, dəyişiklik baş verdiyi tarixdən 14 (on dörd) iş günü müddətində bu məlumatlar müvafiq təsdiqedici sənədlərlə birlikdə Şuraya təqdim edilmədikdə və bu barədə Şura tərəfindən xəbərdarlıq edildikdən sonra həmin pozuntu 1 (bir) ay ərzində aradan qaldırılmadıqda;";

2.3.7. 6.18-ci bənd aşağıdakı redaksiyada verilsin:

"6.18. Şura tərəfindən lisenziyanın ləğvi barədə qərar qəbul edildiyi gündən 3 (üç) iş günü müddətində həmin qərar əsasında audiovizual media subyekti Reyestrdən çıxarılır.";

2.3.8. 6.20-ci bənddə "Agentlik" sözü "Şura" sözü ilə əvəz edilsin;

2.4. 7.1-ci bənd üzrə:

2.4.1. 7.1.4-cü yarımbəndə aşağıdakı məzmunda 2-1-ci abzas əlavə edilsin: 

"2-1. xarici ölkələrdə akkreditasiya olunmuş jurnalistlər barədə məlumatlar;"; 

2.4.2. aşağıdakı məzmunda 7.1.4-1-ci yarımbənd əlavə edilsin:

 "7.1.4-1. Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəliklərinin və (və ya) onların redaksiyasının (redaksiyalarının) aşağıdakı məlumatları: 

1. bu Qaydaların 7.1.1-ci yarımbəndinin 2-ci, 4-cü (ali təhsili və məhkumluğunun olub-olmaması haqqında məlumat istisna olmaqla), 5-ci və 6-cı abzaslarında nəzərdə tutulmuş məlumatlar; 

2. bu Qaydaların 7.1.3-cü yarımbəndinin 2-ci və 3-cü abzaslarında nəzərdə tutulmuş məlumatlar;";

2.5. 12-ci hissə üzrə:

2.5.1. 12.4-cü bənddə "siyahısı" sözü "Reyestrdə olub-olmadığına dair məlumat" sözləri ilə əvəz edilsin;

2.5.2. 12.6-cı bənddən ", ödənişlər" sözü çıxarılsın;

2.5.3. 12.7-ci bənd ləğv edilsin.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 7 avqust 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azamat Tleujanov: Qazaxıstan ilə Azərbaycan ŞƏT və Orta Dəhliz vasitəsilə iqtisadi əlaqələri gücləndirə bilər  

20:27
05 Sentyabr

Şəkidə “Kəndə gəl” yay düşərgəsində folklorla bağlı təqdimat olub

16:35
05 Sentyabr

Cıdır mövsümünün növbəti yarışlarının qalibləri məlum olub  

16:30
05 Sentyabr

“Yay Fest 2026” iki mindən çox gənci bir araya gətirib

16:25
05 Sentyabr

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

16:23
05 Sentyabr

Şimali Kipr sahillərində gəmi qəzasının 15 qurbanının axtarışı davam edir

15:40
05 Sentyabr

Bakıda “IRONMAN 70.3” yarışı ilə bağlı nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb

15:35
05 Sentyabr

Ekspert: ŞƏT yeni ticarət yollarının yaradılması üçün mühüm platformaya çevrilib  

15:32
05 Sentyabr

“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

13:33
05 Sentyabr

Azərbaycandan Ermənistana növbəti neft məhsulları və tranzit yüklər göndərilib  

12:45
05 Sentyabr

Bakı və Abşeronda su sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının icrası davam edir

12:43
05 Sentyabr

Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib

12:40
05 Sentyabr

DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb  

12:37
05 Sentyabr

Çempionlar Liqası: "Sabah"ın ev oyunlarını keçirəcəyi stadion dəqiqləşib  

12:35
05 Sentyabr

BDYPİ: Skuter oyuncaq deyil, qaydalara ciddi əməl edilməlidir  

12:33
05 Sentyabr

Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək  

12:30
05 Sentyabr

Azərbaycan “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə təmsil olunub  

12:24
05 Sentyabr

Yuxunu izləyən radar sistemi

11:25
05 Sentyabr

"Acer"dən yeni noutbuk

11:20
05 Sentyabr

Smartfonlar üçün kamera ovçusu

11:15
05 Sentyabr

Süni profillərə yeni məhdudiyyət

11:10
05 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!