09 Dekabr 2025 13:20
323
DÜNYA
A- A+
Media: Fransa qiyamın yatırılmasında Beninə kömək edib  

Media: Fransa qiyamın yatırılmasında Beninə kömək edib  


Fransa dövlət çevrilişi cəhdinin qarşısının alınmasında Benin hakimiyyətinə kömək edib. Paris vəziyyətin gedişini izləmək üçün Afrika ölkəsinə xüsusi təyinatlılar və kəşfiyyat təyyarəsi göndərib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Jeune Afrique” jurnalı mənbələrinə istinadla məlumat yayıb. Jurnalın yazdığına görə, Fransa Prezidenti Emmanuel Makron dekabrın 7-də səhər saatlarında Benində baş verən hadisələrlə bağlı məlumatlandırılıb. Həmin gün Makron Benin Prezidenti Patris Talon ilə telefon əlaqəsi saxlayıb və ona çevriliş cəhdinin başladığı Kotonouda Fransa xüsusi təyinatlılarının döyüş hazırlığı vəziyyətinə gətirildiyini bildirib. Fransız kəşfiyyat orqanları da Benin hakimiyyətinə dəstək verib. Eyni zamanda, Fransa lideri Nigeriya Prezidentindən xahiş edib ki, vəziyyəti sabitləşdirmək üçün Beninə qoşun yeritsin.

Nəşr qeyd edir ki, Fransa və Benin son vaxtlar ölkədə artan terror təhlükəsi fonunda silahlı qüvvələr arasında əlaqələri gücləndirir. Uğursuz çevriliş cəhdi günü Beninin Baş Qərargah rəisi Parisdə işgüzar səfərdə olub. Bundan əvvəl isə o, Benin qoşunlarının təlim keçdiyi Fransa hərbi təlim mərkəzlərinə baş çəkib. Bununla belə, Paris və Porto-Novo Benində “operativ olaraq yerləşdirilən” Fransa hərbi bazalarının olmadığını iddia edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yaxın Şərqdəki vəziyyətlə bağlı BƏƏ-dən azərbaycanlıların təxliyəsi davam edir

11:31
10 Mart

Yanvarda paytaxt əhalisi ödənişli xidmətlər üçün 740 milyon manat xərcləyib  

11:30
10 Mart

İran: Hücumlar başa çatanadək neft blokadası davam edəcək

11:29
10 Mart

Dünya bazarında qızıl və gümüş bahalaşıb

11:28
10 Mart

Dünya birjalarında neft ucuzlaşıb

11:14
10 Mart

Ötən ay Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi 4 faizdən çox artıb

11:13
10 Mart

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb  

11:08
10 Mart

Ötən gün 49 cinayətin açılması təmin edilib

11:07
10 Mart

Daha 200 Azərbaycan vətəndaşı Yaxın Şərqdən təxliyə edilir

10:45
10 Mart

İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək

10:44
10 Mart

Media: Şimali Kiprdə F-16-ların dislokasiyası Afina və Parisə cavabdır

10:24
10 Mart

Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi üzrə ombudsmanın ictimai sorğusu 

10:23
10 Mart

Qlobal silah ixracı artıb

10:10
10 Mart

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana humanitar yardım yola salınıb

10:03
10 Mart

Küləklə gələn yazın müjdəsi - Yel çərşənbəsi 

10:01
10 Mart

Azərbaycan neftinin qiyməti 103 dolları ötüb

09:58
10 Mart

Abbas Əraqçi: İran ABŞ ilə danışıqları davam etdirməyi düşünmür

09:41
10 Mart

CNN: Neft qiymətlərinin artması ABŞ administrasiyasında narahatlıq yaradıb

09:33
10 Mart

ABŞ Prezidenti: Biz İrandakı bütün qüvvələri tamamilə məhv etdik

09:24
10 Mart

NYT: İran ABŞ-nin gözlədiyindən daha çox hərbi əməliyyata hazırdır

09:22
10 Mart

Tramp: Putinlə çox yaxşı söhbətimiz oldu

09:21
10 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!