19 Dekabr 2024 08:45
256
Mədəniyyət
A- A+
Mədəniyyətin gücü

Mədəniyyətin gücü


Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısı milli irsimizin əbədiliyini təmin edir


Hər bir xalqı tarixin hüdudsuzluğunda sarsılmaz edən ən mühüm amillərdən biri də onun mədəniyyətinin gücüdür. Ona görə də böyük dövlət xadimləri daim mədəniyyətin inkişafına xüsusi diqqət yetirir, bununla tarixi irsin əbədiliyini təmin etmiş olurlar. 

Mədəni dəyərlərimizin qorunması və inkişafı, bütün dünyada təbliği Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının ana xətti idi. Bu xətti strateji prioritet kimi davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində son onilliklərdə mədəniyyət sahəsində də geniş islahatlar aparılır. Milli-mənəvi dəyərlərimizin qorunması və təbliği, tarixi abidələrin bərpası istiqamətində layihələr həyata keçirilir. Respublika həyatında başlanan yeni dövr isə ölkəmizin əsl intibah mərhələsidir. Azərbaycan Prezidentinin imzaladığı fərman və sərəncamlar ölkəmizin mədəniyyət sferasını zənginləşdirir.   


Musiqi sənətinin inkişafı


Prezident İlham Əliyevin mədəniyyət siyasətində mühüm bir sahəni əhatə edən musiqi sənətinə diqqət və qayğısı xüsusi yer turur. Musiqi sənətimizin ayrı-ayrı növləri, o cümlədən ən qiymətli mədəniyyət incilərimizdən olan muğam inkişaf etməyə, dünya miqyasında tanınmağa başladı. Bu nailiyyətlərdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da xidmətləri misilsizdir. Şərq musiqisinin bu möhtəşəm nümunəsinin dünyada təbliği istiqamətində görülən işlər sayəsində 2003-cü ildə muğam UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edildi, daha sonra onun inkişafı və dünya səhnələrində tanıdılması istiqamətində müxtəlif beynəlxalq layihələr uğurla reallaşdırıldı. 

Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə Bakıda tikilərək istifadəyə verilən Beynəlxalq Muğam Mərkəzi milli mədəniyyət tariximizə ən qiymətli töhfələrdən oldu. Mərkəz muğamın qorunması, öyrənilməsi və təbliği məqsədilə yaradılmışdır. Burada yerli və beynəlxalq miqyaslı muğam konsertləri, festivallar, elmi-praktiki konfranslar və digər mədəni tədbirlər keçirilir. Uzun illərdir ki, Bakıda mütəmadi şəkildə beynəlxalq muğam festivalları təşkil olunur. Bu festivallarda dünyanın müxtəlif ölkələrindən gələn musiqiçilər muğam sənətini, onun müxtəlif variantlarını təqdim edirlər. Ölkəmizin müxtəlif regionlarından gənc istedadların kəşf olunduğu muğam müsabiqələri də son onilliklərdə formalaşmış, insanlarımızın rəğbətlə izlədiyi xoş bir ənənəyə çevrilmişdir. 

Bu gün dövlətimizin Qarabağdakı böyük quruculuq və bərpa işləri,  mədəniyyət paytaxtımız Şuşada həyata keçirilən "Xarıbülbül" və Üzeyir bəy Hacıbəyli musiqi festivalları və digər layihələr xalqımızın qüdrətini bütün dünyaya nümayiş etdirərək, mədəniyyət tariximizin səhifələrinə qızıl hərflərlə yazılır. Bütün bu layihələrdə Azərbaycanın mədəniyyət xadimlərinin, musiqişünasların iştirakı əlamətdarlıq təşkil edir.

Bəstəkarlarımız Qarabağ Zəfərinə, şanlı ordumuzun qəhrəmanlığına, xalqımızın rəşadətinə, bu zəfəri bizə bəxş edən Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə, qəhrəman oğullarımıza, bu yolda canını, qanını əsirgəməyən minlərlə şəhidlərimizin ruhuna, qazilərimizin şücaətinə həsr olunmuş yeni əsərlər yaradırlar. Əməkdar incəsənət xadimi Mobil Babayevin "Şanlı qələbə" simfonik əsəri əsgəri marşlar ruhundadır, ordumuzun döyüş əzmini tərənnüm edir. Əməkdar incəsənət xadimi Ceyhun Allahverdiyevin "Qələbə uvertürası" Zəfərimizin parlaq bir mənzərəsini yaradır. Əməkdar artist Vüqar Camalzadənin "Qarabağa gedən yol" kompozisiyası isə sanki bir daha insanlara bu yolun mərhələlərini xatırladır. Gənc bəstəkar, Qarabağ qazisi Vüqar Məmmədzadənin "Dəmir yumruq" əsəri müharibəni öz gözləri ilə görmüş bir əsgərin, bir vətəndaşın musiqi təfəkkürü ilə yaradılmış, Müzəffər Sərkərdənin ətrafında sıx birləşən və qələbə qazanan ordumuzun igidlik dastanıdır. Əməkdar artist Məmməd Cəfərovun "Poema"sı general Polad Həşimovun xatirəsinə yazılıb. Bu əsərlərdə müasir qəhrəman obrazı böyük qürur hissi ilə tərənnüm olunmuşdur.

Qarabağ mövzusu Azərbaycan musiqi irsində zaman-zaman səslənərək, əbədi yer tutmuşdur. Burada Qarabağa, Şuşaya həsr olunmuş nə qədər mahnılar yaranıb - "Qarabağın  maralı", "Qarabağın yollarına düşəydim", "Qarabağda  bir  dənəsən", "Şuşa  ceyranı", "Şuşanın  dağları",  "Qalalıyam, qalalı", "Qarabağ şikəstəsi" və sairə Qarabağlı xanəndələrin yaradıcılıq məhsulu olan bu musiqi nümunələri bu gün də xalqın dilinin əzbəridir, bu diyarın ruhunu özündə yaşadır və onun gözəlliyini nəsillərə çatdırır. Təsadüfi deyil ki, bu mahnılar Qarabağın musiqi rəmzinə çevrilərək, bəstəkar əsərlərinə də hopub. Vasif  Adıgözəlovun "Qarabağ  şikəstəsi", "Qəm  karvanı" oratoriyaları, "Natəvan" operası, "Şuşa  laylası" mahnısı, xor üçün "Çəkin  Qarabağdan  qara  əlləri", "Odlar  yurdu" əsərləri, Ramiz  Mustafayevin "Haqq  səninlədir,  Azərbaycan" vokal-simfonik  poeması, Sevda  İbrahimovanın "Qarabağnamə" - tar və simfonik orkestr üçün konserti, "Sənin  üçün  darıxıram  Şuşam" əsəri,  Firəngiz  Əlizadənin "İntizar" ("Qarabağnamə")  operası, Tofiq  Bakıxanovun "Qarabağ  harayı" simfoniyası və onlarla irili-xırdalı əsərlər meydana gəlib ki, bunlar bəstəkarların vətəndaşlıq mövqeyinin təzahürləridir, onların düşmənə nifrətini, qələbəyə inamını əks etdirir. 

Bu gün Prezident İlham Əliyevin Azərbaycanın musiqi sənətinə diqqət və qayğısı sayəsində Azərbaycan Milli Konservatoriyasının maddi-texniki bazası gücləndirilmiş, yeni tədris korpusları tikilmişdir. Bu, gənc musiqiçilərin müasir şəraitdə təhsil almalarına, bu günün və gələcəyin parlaq istedadları kimi yetişmələrinə imkan yaradır. Onların istedadlarını üzə çıxarıb dəstəkləməkdən ötrü davamlı olaraq müxtəlif musiqi müsabiqələri, konsertlər, festivallar təşkil edilir. Gənc ifaçıların dünya səhnələrində Azərbaycanı təmsil etmələrinə şərait yaradılır. Musiqi təhsili ilə bağlı dövlət səviyyəsində müxtəlif təqaüdlərin, mükafatların verilməsi də gənc istedadlarımızın dəstəklənməsinə xidmət edir.

Musiqi mədəniyyətimizin inkişafı üçün Azərbaycan Prezidenti mədəniyyət obyektlərinin bərpasına, yenilərinin tikilməsinə də xüsusi diqqət yetirir. Dövlət başçısının təşəbbüsü ilə milli musiqi irsimizin, bu irsi yaradan və yaşadan sənət adamlarımızın təbliği məqsədilə konsertlər, tədbirlər təşkil edilir, Bakıda və digər şəhərlərimizdə onlara abidələr ucaldılır.


Azərbaycan teatrına dəstək


Teatr sənəti Azərbaycanın mədəni irsinin vacib tərkib hissəsi kimi dövlət səviyyəsində dəstəklənir, bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirilir. Azərbaycan Prezidentinin mədəniyyət siyasətində teatrların yenidən qurulması və maddi-texniki bazalarının gücləndirilməsi əhəmiyyətli yer tutur. Son onilliklərdə Bakıda və regionlarda bir çox teatr binaları əsaslı təmir olunaraq müasir texnologiyalarla təchiz edilib. Teatr fəaliyyəti ilə məşğul olan sənət adamlarımız hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Tanınmış teatr xadimləri dövlət tərəfindən mükafatlandırılır, onlara fəxri adlar, təqaüdlər verilir. 

Bir faktı da qeyd edək ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə heç bir teatr bağlanmamış, əksinə, Pantomima, "Yuğ", İrəvan və Azərbaycan dram teatrları dövlət statusu almışlar. Prezident İlham Əliyevin fərmanı ilə 2006-cı ildə "Teatr və teatr fəaliyyəti haqqında" qanun təsdiq edilmişdir. Bu, MDB məkanında və dünyanın inkişaf etmiş ölkələrində ilk dəfə olaraq atılan addım idi. Qanun Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına böyük yaradıcılıq imkanları vermiş, hər iki teatrda çalışan insanların əməkhaqqı artırılmışdır. Həmin fərman az sonra daha beş teatra şamil edilmişdir. 

Dövlət başçısının "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" 2007-ci il 19 fevral tarixli sərəncamı milli teatr sənətinin inkişafı ilə bağlı bir çox tədbirlərə yol açmışdır. 2009-cu ilin mayında Prezidentin sərəncamı ilə "Azərbaycan teatrı 2009-2019-cu illər Dövlət Proqramı" qəbul edilmişdi. 

Bu illər ərzində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram, Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Akademik Milli Dram və digər teatrların binalarında yüksək səviyyədə təmir-bərpa və yenidənqurma işləri aparılıb. Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının 40 il ərzində problemli olan bina məsələsi köklü şəkildə öz həllini tapıb. İrəvan Dövlət Azərbaycan Dram Teatrının uzun illərdən bəri binasızlıq şəraitində davam edən qaçqınlıq həyatına son qoyulub və teatr gözəl bina ilə təmin edilib. Bu il Pantomima teatrının 30 yaşı keçirilib. Görülmüş işlər nəticəsində Azərbaycan Dövlət Musiqili Teatrının binası dünya standartlarına uyğun təmir edilərək istifadəyə verilib. Bu teatrlarda ən mürəkkəb quruluşlu tamaşalara səhnə həyatı vermək üçün lazım olan bütün texnika və mexanizmlər, işıq və səs sistemləri, tamaşaçıların rahatlığına hesablanmış havalandırma və istilik sistemi, gözəl interyer və sairə yaradılıb.

Teatr sənətinin inkişafı yalnız dövlət teatrları şəbəkəsi ilə məhdudlaşmır. Bu gün artıq ölkəmizdə özəl sektor və biznes münasibətlərindən faydalanaraq yeni prodüser mərkəzləri yaranır. Cəmiyyətdə teatra olan marağın artması isə yeni teatr fəaliyyəti formalarının meydana çıxmasına səbəb olur. Bu, həm də teatrla bağlı qəbul olunmuş qanun və digər dövlət sənədlərinin işlək mexanizminə dəlalət edir. İndi həmin formanın ən müasir nümunəsi kimi maraqlı layihələrlə çıxış edən "ÜNS" Yaradıcılıq Səhnəsinin fəaliyyətini xüsusi qeyd etmək lazımdır.

2013-cü il martın 1-də dövlət başçısı "Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illiyi haqqında" sərəncam imzaladı. Həmin ilin iyun ayında yubileylə bağlı təntənəli mərasim keçirildi. 2023-cü ilin fevralında isə Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalandı.

Dövlət başçısı ölkəmizdə teatr təhsilinin keyfiyyətinin yüksəldilməsinə də xüsusi diqqət yetirir. Bu məqsədlə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və digər teatr təhsili müəssisələrinin maddi-texniki bazası gücləndirilib, tədris proqramları yenilənib. Teatr sənətinə maraq göstərən gənclərin peşəkar səviyyədə təhsil alması və inkişaf etməsi üçün geniş imkanlar yaradılıb. 

Azərbaycanda teatr sənətinin təbliği və beynəlxalq səviyyədə tanıdılması üçün davamlı şəkildə teatr festivalları, bu yöndə başqa mədəniyyət tədbirləri həyata keçirilir. Bütün bunlar, Azərbaycan teatr sənətinin dünyada tanınmasına və ölkə daxilində teatr ənənələrinin qorunaraq daha da inkişafına xidmət edir. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanın teatr sənəti müasir texnologiyalara, innovasiyalara uyğunlaşdırılır. 

Sənətə, sənətkara diqqət və qayğısını heç zaman əsirgəməyən, milli mədəniyyətimizin inkişafı strategiyasını əzmlə həyata keçirərək ictimai şüurun inkişafına mühüm töhfələr verən dövlət rəhbərimiz İlham Əliyevin müvafiq sərəncamında da qeyd edildiyi kimi, Azərbaycan teatrı xalqımızın mədəni sərvətidir. Həmin sərvətin qorunması və inkişaf etdirilməsi Azərbaycan dövlətinin mədəniyyət siyasətinin əsas prioritetlərindən biridir. Artıq 151 yaşına çatan Azərbaycan teatrı bu qayğıkeş münasibətdən, dəstəkdən faydalanaraq yeni dövrün çağırışlarına uyğun inkişaf edir, xalqımızın mədəni tərəqqisinə, dövlətimizin hərtərəfli nailiyyətinə dəyər qatır.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovdan

17:16
20 Dekabr

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovdan

17:15
20 Dekabr

Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustindən

17:12
20 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

17:00
20 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

16:59
20 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

16:58
20 Dekabr

Ruanda ilə iqtisadiyyat, ticarət və humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib  

16:57
20 Dekabr

Ali Məhkəmə Plenumunun iclası keçirilib

16:56
20 Dekabr

Üzərində Musa peyğəmbərin göstərişləri olan lövhə satılıb

16:55
20 Dekabr

Nigeriyada məktəb yarmarkasında yaranan izdihamda 35 uşaq ölüb

15:39
20 Dekabr

Ruanda “ASAN xidmət” təcrübəsini öyrənir

15:38
20 Dekabr

Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan 41,3 milyon dollar Azərbaycana qaytarılıb

15:37
20 Dekabr

Bəhreyn qəzeti Heydər Əliyevə həsr olunmuş məqalə dərc edib

15:36
20 Dekabr

Bakıda Ombudsman Aparatı və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən birgə seminar təşkil olunub

15:35
20 Dekabr

İlk şəffaf ekranlı naqilsiz televizor satışa çıxıb

15:01
20 Dekabr

Məntiqli süni intellekt təqdim edilib

14:55
20 Dekabr

2025-ci ildə Çin tranzit daşımaları üçün Azərbaycana daha əlverişli şərait yaradacaq

14:34
20 Dekabr

Braziliya məktəblərində mobil telefondan istifadə qadağan edilib

14:15
20 Dekabr

“Kitabxana işi haqqında” və “Muzeylər haqqında” qanunlarda mühüm yeniliklər tətbiq edilir  

14:13
20 Dekabr

Baş Prokurorluğa yeni səlahiyyət verilir

14:12
20 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq - Proqnoz

13:41
20 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!