06 Avqust 2026 10:20
195
Mədəniyyət
A- A+
Mədəni irsimizin əvəzsiz tədqiqatçısı

Mədəni irsimizin əvəzsiz tədqiqatçısı


Akademik Əbdülvahab Salamzadə Azərbaycan sənətşünaslıq məktəbinin tanınmış simalarından biri, memarlıq tariximizin görkəmli tədqiqatçısı kimi adını incəsənət tariximizə əbədi həkk etmişdir. 

Qədim Şamaxı şəhərində dünyaya göz açan Ə.Salamzadə hələ 2 yaşı olanda ailəsi ilə birlikdə Bakıya köçmüşdür. Orta təhsilini bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun Memarlıq-inşaat fakültəsinə qəbul olmuşdur. Ali təhsilini başa vurduqdan sonra "Azərdövlətlayihə"də memar, Xalq Kommunal Təsərrüfatı Komissarlığında və Azərbaycan Sənaye Şurasında baş mühəndis vəzifələrində çalışmışdır. 1944-cü ildən AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda aspirant olan Ə.Salamzadə ömrünün sonuna kimi orada kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri və direktor müavini vəzifələrində fəaliyyət göstərmişdir.

Akademik Ə.Salamzadə ömrünü Azərbaycanın memarlıq sənətinə həsr etmişdir. O, memarlıq sənətimizin tədqiqi və tarixinə, qədim memarlıq abidələrimizin bərpası və rekonstruksiyasına dair fundamental elmi əhəmiyyətə malik monoqrafiya və kitabların müəllifi olmuşdur. Sənətşünas alim "Azərbaycanın günbəzli məqbərələrinin memarlığı" mövzusunda namizədlik, "XVI-XIX əsrlər Azərbaycan memarlığı" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1967-ci ildə professor elmi dərəcəsi alan alim sonralar AMEA-nın müxbir üzvü (1968) və həqiqi üzvü (1983) seçilmişdir. O, həmçinin Azərbaycan Sovet Ensiklopediyasının elmi redaksiya şurasının üzvü olmuşdur.  

Ə.Salamzadə həmçinin səmərəli pedaqoji fəaliyyət göstərmiş, Azərbaycanda sənətşünaslıq elminin formalaşması və inkişafına, peşəkar sənətşünas kadırların yetişməsinə əmək sərf etmişdir. Alim bu barədə deyirdi: "Mən çox sevinirəm ki, 1940-cı illərdə Azərbaycan Dövlət Universitetində dərs dediyim bir sıra sənətşünaslar indi respublikamızda sənətşünaslığımızın özəyini təşkil edirlər. Ölkəmizin elm və tədris  ocaqlarında müvəffəqiyyətlə elmi-tədqiqat işləri ilə məşğuldurlar. Bunlardan sənətşünaslıq üzrə Kərim Kərimovu, Nəsir Rzayevi, Cəmilə Novruzovanı, Rəfiqə Kərimovanı, Nadir Zamanovu, memarlıq tarixi sahəsində Vidadi Muradovu, Elturan Avalovu, Nərgiz Əsgərovanı, Roza Salayevanı və başqalarını göstərmək olar".

Tanınmış sənətşünas alim, memar və sənət adamları Ə.Salamzadənin həyat və yaradıcılığı haqqında yüksək fikirlər söyləyib, yazılar dərc ediblər. Ə.Salamzadənin nəşr olunmuş monoqrafiya və kitabları barədə çoxsaylı resenziyalar dərc olunub. Akademik Mikayıl Hüseynov "Görkəmli alim" adlı məqaləsində yazırdı ki, Ə.Salamzadənin elmi-tədqiqat əsərləri bir qayda olaraq faktiki materialın zənginliyi, abidələrə və incəsənət əsərlərinə verilən qiymətin obyektivliyi, bədii təhlilin və elmi ümumiləşdirmələrin dərinliyi ilə fərqlənir. "Ə.Salamzadə çoxcildli "Azərbaycan incəsənəti tarixi"nin birinci cildini imzalayıb nəşriyyata göndərəndə bir uşaq sevinci ilə gülümsəyib bildirdi ki, qalan cildlər də yazılıb tamamlanmışdır, nəşrə hazırlanır". Bu fikirləri akademik Məmməd Cəfər "Unudulmaz sənətşünas" adlı xatirə yazısında qeyd etmişdir.   

AMEA-nın müxbir üzvü K.Kərimov yazırdı: "Ə.Salamzadə Azərbaycan sənətşünaslığında yeni istiqamət, yeni cığır açmışdır. Azərbaycan memarlığı tarixində ilk olaraq Aran memarlıq məktəbinin mövcudluğunu əsaslandırmaqdan daha böyük kəşf olarmı?" 

"Ə.Salamzadə Azərbaycan xalqının çoxəsrlik bədii irsinə yaxşı  bələddir. Heç də təsadüfi deyil ki, onun elmi əsərlərində təsviri və dekorativ divar rəsmləri və klassik miniatür sənətimizin tarixi, görkəmli sənətkarlarımızın yaradıcılıq fəaliyyəti öz əksini tapmışdlr. Alimin ardıcıl axtarışları nəticəsində keçən əsrlərdə yaşayıb-yaratmış onlarca memarın, nəqqaşın, xəttatın adı aşkara çıxarılmışdır". Bu fikirləri isə sənətşünaslıq doktoru Mürsəl Nəcəfov və memarlıq doktoru Nəriman Əliyev söyləmişlər. Sənətşünas alim haqqında qeyd olunan bu fikirlər bir daha sübut edir ki, Ə.Salamzadə Azərbaycan təsviri sənət tarixində unudulmaz fəaliyyəti ilə özündən sonra zəngin irs qoyub. 

Alimin çoxşaxəli elmi, bədii və  ictimai fəaliyyəti yüksək qiymətləndirilib. O, Əməkdar inşaatçı (1960), Əməkdar elm xadimi (1982) və Dövlət mükafatı (1984) laureatıdır.

Akademik Ə.Salamzadənin çoxşaxəli elmi və bədii yaradıcılıq irsi incəsənət tariximizdə özünə əbədi yer qazanıb. Alimin memarlıq tarixi, bərpa və rekonstruksiya istiqaməti üzrə dəyərli elmi əsərləri, həmçinin müəllifi olduğu memarlıq abidələri var olduqca o da daim xatırlanacaq. Ə.Salamzadənin E.Kanukovla birgə memarı olduqları Vaqifin Şuşa şəhərindəki möhtəşəm məqbərəsi (1982) artıq bərpa olunaraq özünün əvvəlki əzəmətinə qovuşmuşdur. Bu, bir daha sübut edir ki, sənətkar öz işıqlı əməlləri ilə ölməzdir. 

Yazımızı akademik Ə.Salamzadənin yarım əsr bundan əvvəl ürək yanğısı ilə söylədiyi  fikirlərlə tamamlamaq istərdik: "Memarlıq nəzəriyyəçiləri surət və stil məsələsini ağına-bozuna baxmadan aradan çıxarmışdılar. Bunun arxasında memarlığın ideya-bədii əhəmiyyətini rədd edənlər özlərinə yer tapmışdılar. Memarlıqda da dəb (moda) var. Öz yaradıcılıq mövqeləri olmayanlar gəlmə, qondarma dəblərə tez uyurlar. Hər dəb yenilik demək deyil... Xalq memarlığını öyrənmək memar qarşısında duran daimi vəzifələrdəndir. Deyərdim ki, burada da sənətkardan çox şey asılıdır".


Əsəd QULİYEV,

sənətşünas, AMEA-nın dissertantı, Azərbaycan Rəssamlar İttifaqının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İNANC YERLƏRİNƏ HÖRMƏTLƏ YANAŞILMALIDIR

11:30
06 Avqust

SUBABA TÜRBƏSİ

11:20
06 Avqust

Günəş, dəniz, qum...

11:10
06 Avqust

YAŞADIĞIMIZ KÜÇƏYƏ YENİ ASFALT ÖRTÜYÜ SALINDI

11:00
06 Avqust

FİDAN SUMQAYIT TƏHSİLİNİN FƏXRİDİR

10:50
06 Avqust

ŞƏHİD AİLƏLƏRİNİN PROBLEMLƏRİ HƏLL OLUNDU

10:40
06 Avqust

Dünya sükuta dalıb Müşfiqin şeirini dinləyirdi 

10:30
06 Avqust

Mədəni irsimizin əvəzsiz tədqiqatçısı

10:20
06 Avqust

Qəbələ festivalı bu il də musiqi bayramına çevrildi

10:10
06 Avqust

Bakı Təşəbbüs Qrupu ilə əməkdaşlıq edən şəxs Hindistan kəşfiyyatının hədəfində: BMT qanlı sui-qəsd planını ifşa etdi

10:00
06 Avqust

Nikol Paşinyan yeni hökuməti regional reallıqlara uyğunlaşdırmağa çalışır

09:50
06 Avqust

Etibarlı tərəfdaş və strateji mərkəz 

09:40
06 Avqust

Azərbaycanda söz və fikir azadlığı tam təmin olunub

09:30
06 Avqust

"Qərbi Azərbaycana qayıdış zamanın və ədalətin tələbidir"

09:20
06 Avqust

Bakı ilə Roma arasında qarşılıqlı güvən artır

09:10
06 Avqust

Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: sülh sazişi regionun gələcəyini necə dəyişəcək

09:00
06 Avqust

Çolpon-Ata Bəyannaməsi Azərbaycan-Mərkəzi Asiya münasibətlərinin institusional əsaslarını gücləndirəcək

08:50
06 Avqust

Azərbaycanın şərti dəyişmir:

08:40
06 Avqust

Alparslan BAYRAKTAR: "Türkiyə Azərbaycandakı enerji layihələrində iştirak etməkdə maraqlıdır"

08:30
06 Avqust

Azərbaycan önə keçir

08:20
06 Avqust

Möhkəmlənən strateji tərəfdaşlıq, dərinləşən iqtisadi inteqrasiya 

08:10
06 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!