15 Noyabr 2024 08:10
106
CƏMİYYƏT
A- A+
Maliyyə, investisiya və ticarət günü

Maliyyə, investisiya və ticarət günü


COP29-un dördüncü günü "mavi zona"da əsas mövzu iqlim maliyyələşməsinə həsr olundu


BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının əsas müzakirə mövzusu olan iqlim maliyyələşməsi ilə bağlı noyabrın 14-də müxtəlif panel müzakirələr və sessiyalar baş tutdu. 

Konfransın dördüncü - Maliyyə, investisiya və ticarət günündə bir sıra yüksəksəviyyəli tədbirlər keçirildi. "ASAN xidmət" tərəfindən Yaşıl idarəetmə üzrə Nazirlər Forumu, Hesablama Palatası tərəfindən Hökumətlərin iqlim fəaliyyətləri nə yerdədir? - "ClimateScanner" qiymətləndirməsinin ilk nəticələri, bundan başqa, dayanıqlı maliyyə, iqlim maliyyəsi, iqlim dəyişikliyi ilə mübarizədə regional və transsərhəd əməkdaşlığın maliyyələşdirilməsi, COP29 sədrliyi və Almaniyanın birgə təşkilatçılığı ilə özəl sektora güvənin təmin edilməsi mövzularında "mavi zona"da yerləşən Azərbaycan pavilyonunda müzakirələr keçirildi.


Qlobal iqlimlə mübarizə üçün hər il 8 trilyon dollara ehtiyac var


Braziliya Ali Audit Orqanı tərəfindən təqdim edilən İqlim Skanerinin ilkin nəticələrinə əsasən, maliyyə sahəsi, həmçinin daxili, beynəlxalq və özəl iqlim maliyyəsi üzrə mövcud mexanizmlərin və həyata keçirilən fəaliyyətlərin gücləndirilməsinə zərurət yüksəkdir. Nəticələrə əsasən, qlobal iqlimlə mübarizə üçün hər il təxminən 8 trilyon ABŞ dolları lazımdır. Hazırda izlənilən məbləğ 1,3 trilyon dollar təşkil edir ki, bunun da 49 faizi özəl mənbələr üzrədir. Maliyyəyə ehtiyacı olan əksər ölkələr üzrə qiymətləndirmə mexanizmləri və ya mümkün maliyyə mənbələrinin xəritəsi mövcud deyil. Ölkələrin 73 faizi iqlim xərclərini işarələmir və ya yalnız daxili iqlim maliyyəsini izləmək üçün mexanizmlərə malikdir. Bu isə hökumətin birbaşa və dolayı iqlim xərclərinin izlənməsini zəiflədir. Eyni zamanda iqlim fəaliyyətinə cəlb olunan özəl sektorun investisiyaları üzrə də çatışmazlıqlar mövcuddur. Bir çox ölkədə bu istiqamətdə şəffaflıq yetərli deyil. Belə ki, 41 faiz ölkədə bu istiqamətdə hesabatlara rast gəlinmir.

"Mavi zona"da özündə əsasən maliyyə məsələlərini ehtiva edən yüksəksəviyyəli plenar iclaslar da keçirildi. Ümumilikdə, əksər müzakirələr iqlim maliyyəsinə asan çıxış yollarının təmin edilməsi, iqlimlə bağlı layihələrə investisiyaların yatırılmasına təşəbbüslərin artırılması istiqamətində idi.

Bununla yanaşı, gün ərzində rəsmi tədbirlər zonasında 2030-a doğru Maliyyə Fəaliyyəti - Biznes, İnvestisiya və Xeyriyyəçilik İqlim Platforması, İqlim Maliyyə İnvestisiyaları və Ticarət Dialoqu üzrə Bakı Təşəbbüsü çərçivəsində nazirlərin görüşü, maliyyələşdirmə vasitəsilə "yaşıl inkişaf"ın irəlilədilməsi, TDT-nin İqlim, İnnovasiya, Yaşıl İqtisadiyyat və Ticarət Tərəfdaşlığı üzrə nazirlər toplantısı, İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının nazirlər toplantısı, İqlim maliyyəsi estafet yarışı, İqlim Fəaliyyətinin İnkişaf Maliyyəsinə inteqrasiyası, Uyğunlaşma Fondunun Yüksək Səviyyəli Töhfə Dialoqu 2024 və digər mövzularda xüsusi toplantı və müzakirələrin şahidi olduq. 

Əvvəlcədən də qeyd olunduğu kimi, COP29-da prioritet olan maliyyə məsələləri ilə bağlı noyabrın 14-də keçirilən tədbirlərin əksəriyyətinin bu mövzuya həsr olunması bu baxımdan təsadüfi deyildi.


Həmrəylik, sülh, birgə fəaliyyət


Ötən gün həmçinin Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin ekologiya nazirlərinin bəyannaməsi imzalandı. Bu məqsədlə "mavi zona"da yerləşən Özbəkistan pavilyonunda təşkilata üzv dövlətlərin ekologiya və ətraf mühit nazirlərinin görüşü baş tutdu.

Nazirlər və TDT-nin Baş katibi BMT-nin hazırkı iqlim gündəliyinə tam dəstəyini ifadə edərək, COP29-un ilk günlərində qeyd olunan məqsədlərə əməl olunmasına dair öhdəliklərini təsdiqlədilər.

 Ümumilikdə, Bakıda keçirilən forum dünya ölkələrini bu istiqamətdə həmrəyliyə, səyləri birləşdirməyə səsləyir. İqlim maliyyəsinin müəyyənləşməsi isə COP29 çərçivəsində əsas hədəfdir. Bu baxımdan BMT-nin Baş katibi Antonio Quterreş hələ Liderlər Sammitinin açılışında COP29-un iqlim maliyyəsi sahəsində sədləri aşmalı olduğunu vurğulamışdı. O, həmçinin inkişaf etməkdə olan ölkələri Bakıdan əliboş getməməyə çağırmışdı.

Planetin iqlim dəyişikliyi ilə mübarizə sahəsindəki tələbatını ödəyə biləcək 5 əsas element müəyyən olunub. Birincisi, ekoloji cəhətdən təmiz elektrik enerjisinin istehsalına dövlət maliyyəsinin güzəştli şərtlərlə cəlb olunması, ikincisi, ayrı-ayrı dövlətlərin inkişaf etməkdə olan ölkələrə ayrılmalı olan trilyonlarla dolların təminatına hazır olması, üçüncü element innovativ maliyyə mənbələrindən istifadənin təminatı, yəni gəmiçilik, aviasiya və faydalı qazıntı hasilatından əlavə pul vəsaitinin alınması, dördüncüsü, iqlim maliyyəsi sahəsində hesabatlılığın təmin olunması ilə pulların mənimsənilmədiyinə əminlik yaratmaq, beşinci element isə böyük, çoxtərəfli bankların kredit imkanlarının artırılmasıdır. Bütün bunlar isə kifayət qədər kapital tələb edir ki, buna da Azərbaycanın evsahibliyi etdiyi Tərəflər Konfransının 29-cu sessiyasında nail olunması üçün iştirakçı dövlətlər həmrəy olmalıdır. 

Ümumilikdə, iqlim dəyişikliklərinin yaratdığı fəsadlardan hər bir ölkənin əziyyət çəkdiyini nəzərə alsaq, bu ümumbəşəri məsələdə bütün tərəflərin birgə fəaliyyəti ən vacib faktordur. Xüsusilə atmosferə istixana qazlarının buraxılmasında xüsusi seçilən ölkələr iqlim maliyyələşməsində daha fəal olaraq, ekologiyaya vurduqları zərəri müəyyən qədər kompensasiya etməyə çalışmalı, ümumilikdə "yaşıl iqtisadiyyat"a keçidi daha yüksək səviyyədə dəstəkləməlidirlər.

Beləliklə, dünyanın həm iştirakçı sayına, həm də statusuna görə ən böyük və mötəbər tədbirlərindən sayılan COP-un 29-cu sessiyasının dörd  günü artıq geridə qaldı. Dünyanın diqqətinin ölkəmizdə olduğu bir vaxtda paytaxtımızda müzakirə olunan vacib məsələlərin həllini tapacağına ümid böyükdür. Çünki Bakının təşəbbüsləri həmrəylik, sülh və birgə fəaliyyətdir. 


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DSMF-nin xərcləri artaraq 5 milyard 726 milyon manat olub  

11:13
15 Noyabr

Xarici jurnalist: COP29 Azərbaycanın iqlimlə bağlı ambisiyalarına kömək edəcək  

11:12
15 Noyabr

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa  

11:11
15 Noyabr

Ceyhun Bayramov: Sülh Azərbaycanın əsas prioritetidir  

11:09
15 Noyabr

Dünya birjalarında neftin ucuzlaşması davam edir  

11:09
15 Noyabr

COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib  

11:08
15 Noyabr

Aleksandra Bilak Azərbaycanda qaçqınlarla bağlı həyata keçirilən dövlət siyasəti barədə məlumatlandırılıb  

11:06
15 Noyabr

Azərbaycan nefti ucuzlaşıb  

11:05
15 Noyabr

UEFA Millətlər Liqası: Bu gün daha 9 oyun keçiriləcək  

11:04
15 Noyabr

WWF-Türkiye: COP29 yeni MSMT prioritetlərinin aydın şəkildə müəyyənləşdirilməsi yolunda sonuncu böyük şansdır  

11:02
15 Noyabr

COP29 çərçivəsində “İqlim və Sülh: heç kimi arxada qoymamaq naminə birgə fəaliyyət” adlı yüksəksəviyyəli panel iclası keçirilir  

11:01
15 Noyabr

Baş nazir Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb  

10:19
15 Noyabr

Heydər Əliyev Mərkəzində MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsi və “Öz töhfəni ver!” sərgisi açılıb 

10:12
15 Noyabr

Pərviz Şahbazov: Yaşıl enerji dəhlizləri təkcə enerjinin ötürülməsini deyil, həm də sabit və davamlı gələcəyin yol xəritəsini müəyyənləşdirir  

10:11
15 Noyabr

Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya məcburi eniş edib  

10:11
15 Noyabr

Dehlidə hava çirkliliyinə görə ibtidai məktəblər bağlanıb  

10:09
15 Noyabr

Millətlər Liqası: İtaliya qalib gəlib, Fransa xal itirib  

10:07
15 Noyabr

Britaniyalı nazirlər COP29-dakı pavilyonları ilə tanış olublar  

10:05
15 Noyabr

Afrikalı nümayəndə: Bərpaolunan enerji mənbələrinə yönəlmiş addımlar əsas hədəflərimiz arasında yer alır  

10:03
15 Noyabr

"İqlim dəyişikliyi ilə mübarizədə regional və transsərhəd əməkdaşlığın maliyyələşdirilməsi" mövzusunda konfrans keçirilib  

09:36
15 Noyabr

Mingəçevirin 76 yaşı yeni yaşıllıqlar salınması ilə qeyd edilib

09:25
15 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!