05 Sentyabr 2024 08:35
242
SİYASƏT
A- A+

Makronun impiçmentinə start verildi

 

Fransa prezidentinə qarşı petisiya internetdə sürətlə dəstək qazanır

 

Fransanın solçu "Yenilməz Fransa" (LFI) Partiyası hazırkı prezident Emmanuel Makrona qarşı impiçment proseduruna başlamaqla siyasi mübarizədə ciddi addım atıb. Bu, partiyanın parlament fraksiyasının rəhbəri Matilda Panonun "X" sosial şəbəkəsindəki səhifəsində dərc olunmuş bəyanatından məlum olub.
M.Pano aydınlaşdırıb ki, impiçment prosedurunun başlanmasına dair qətnamə layihəsi birgə imzalanması üçün parlament üzvlərinə göndərilib. 
Konstitusiyanın 68-ci maddəsinə uyğun olaraq respublika prezidentinə qarşı impiçment işinin başlanması haqqında qərar layihəsi Milli Assambleya üzvlərinə təqdim olunub.
Fransa Konstitusiyasının göstərilən maddəsi prezidentin səlahiyyətlərini yerinə yetirmədiyi təqdirdə hakimiyyətdən uzaqlaşdırılmasına icazə verir. 
Bu müddəa "Yenilməz Fransa"nın hərəkətə keçməsi üçün hüquqi imkanlar açır, lakin təşəbbüsün həyata keçirilməsi yolu bir qədər çətindir. İmpiçment qanun layihəsinin qüvvəyə minməsi üçün bir neçə instansiyadan, o cümlədən solların çoxluğa malik olmadığı və partiyanın özünün təmsil olunmadığı parlamentin yuxarı palatası - Senatdan keçməlidir.
"Yenilməz Fransa" Partiyası həmçinin bildirib ki, Makron tərəfindən bir müddət əvvəl hökumət başcısı postuna namizədliyi rədd edilmiş Lüsi Kaste ölkənin baş naziri olmalıdır. Bəyanatda solçu siyasətçilər arasında ölkənin hazırkı rəhbərliyindən narazılığın artdığı vurğulanır. Bundan əlavə, partiya sentyabrın 7-də nümayiş elan edib və həmin mitinqdə, partiya nümayəndələrinin iddia etdiyi kimi, Makronun "hakimiyyəti ələ keçirməsinə" etiraz etmək planlaşdırılır. Gözlənilir ki, bu aksiya ölkənin siyasi həyatında mühüm hadisəyə çevrilməklə hazırkı prezidentin tərəfdarlarının və əleyhdarlarının diqqətini cəlb edəcək.
Beləliklə, "Yenilməz Fransa" təşəbbüsü hakimiyyətin legitimliyi və prezidentin xalq qarşısında məsuliyyəti ilə bağlı aktual suallar doğurur ki, bu da şübhəsiz, həm parlamentdə, həm də Fransa şəhərlərinin küçələrində müzakirə obyektinə çevriləcək.
Bu arada Fransa parlamenti sədrinin LFI-nı təmsil edən müavini Klemans Gette bildirib ki, Milli Assambleyada yerlərin əksəriyyətini qazanan solçu alyansdan baş nazir təyin etməkdən imtina etdiyi üçün Makrona qarşı petisiya internetdə sürətlə dəstək qazanır.
Onun dediyinə əsasən, Fransa prezidenti seçkilərin nəticələrinə baxmayaraq, köhnə hökumətin işinin davam etməsinə icazə verdiyi və müxtəlif hökumət proqramlarının həyata keçirilməsinə mane olduğu üçün tənqid edilir.
Makron seçkilərdə əksər mandatları qazanan solçu alyansın namizədini baş nazir təyin etməkdən imtina edib və hökumət qurmaq üçün danışıqlar aparır. Bu isə Fransada yenidən siyasi xaosa səbəb olub.  Sorğular göstərir ki, fransızların əksəriyyəti Makronun impiçmentini dəstəkləyir. Hələlik isə o, Yelisey sarayında müxtəlif siyasi xadimlərlə yeni hökumətin formalaşdırılması danışıqlarını davam etdirir.
 Makron, hökumət başçısını təyin etmək üçün konstitusiya səlahiyyətinə malikdir, lakin ölkədə bərqərar olmuş siyasi ənənə ən çox səs toplayan partiyadan baş nazir seçilməsini tələb edir.

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video