15 Aprel 2025 08:35
411
DÜNYA
A- A+
Makrona daha bir zərbə İsraildən gəldi

Makrona daha bir zərbə İsraildən gəldi


"Fransanın Qərbi Afrikada yürütdüyü neoimperializm siyasətinin qarşısı alınmalıdır"


Fransalı siyasətçi, "Vətənpərvərlər" Partiyasının lideri Florian Filippo ölkə prezidenti Emmanuel Makronun Rusiyanı atəşi dayandırmağa məcbur etmək zərurəti ilə bağlı sözlərindən təəccüblənib. O, bu barədə "X" sosial şəbəkəsində yazıb.

 Fransa prezidenti öz postunda, Ukrayna müharibəsində atəşkəs əldə etmək üçün Rusiyaya qarşı qəti addımlar atmağa çağırıb. Eyni zamanda Makronun sözlərinə görə, Fransa müttəfiqləri ilə birlikdə bunun üzərində yorulmadan işləyir.

Buna cavabında Filippo hiddətlə yazır: "Bu nə deməkdir?! "Ukraynaya daha çox silah, pul və hətta fransız əsgərləri göndərməklə atəşkəs "tətbiq edin?" 

Siyasətçi həmçinin Fransa liderini öz hərəkətləri ilə barışıqda deyil, üçüncü dünya müharibəsini yaxınlaşdırmaqda ittiham edib.

Daha əvvəl Parisdəki Siyasi Araşdırmalar üzrə "Sciences Po" Mərkəzinin analitiki Brüno Kotre demişdi ki, hazırda hər dörd fransızdan yalnız biri Makrona güvənir. Ekspertin fikrincə, seçicilər Fransa liderinin Ukrayna münaqişəsi ilə bağlı qəti addımlar ata biləcəyinə inanmırlar.

Bu arada, Makron daha bir zərbəni İsraildən alıb. Belə ki, İsrailin Baş nazirinin oğlu Yair Netanyahu yazılarında Fransa ərazilərinin müstəqilliyinə çağırıb və Makronun siyasətini Fransanın nasistlərlə tarixi əməkdaşlığı ilə müqayisə edib: "Yeni Kaledoniyanın müstəqilliyinə  - HƏ!  Fransız Polineziyasının müstəqilliyinə - HƏ! Korsikanın müstəqilliyinə - HƏ! Basklar ölkəsinin müstəqilliyinə - HƏ! Fransız Qvineyasının müstəqilliyinə - HƏ!"

Fransanın Fələstin dövlətini tanımaq planlarına cavab verən Y. Netanyahu Makrona sərt şəkildə "Rədd ol!" deyib. 

O həmçinin vurğulayıb ki, Fransanın Qərbi Afrikada yürütdüyü neoimperializm siyasətinin qarşısı alınmalıdır.

İsrailin Baş naziri Benyamin Netanyahu da "X"də buna münasibət bildirib: "Mən ölkənin gələcəyindən narahatlıq keçirən və əsl sionist olan oğlum Yairi sevirəm. Hər bir vətəndaş kimi onun da öz şəxsi fikrini söyləmək hüququ var, baxmayaraq ki, prezident Makronun Fələstin dövlətinin yaradılmasına çağıran tvitlərinə cavab tərzi mənim üçün qəbuledilməzdir".

Baş nazir deyib ki, Makron dəhşətli səhvə yol verir.


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qeyri-sabit hava şəraiti səbəbindən Aqrar Sığorta Fonduna müraciətlər artıb

15:12
10 Mart

Hakan Fidan: Türkiyənin hava məkanının pozulması qəbuledilməzdir

15:02
10 Mart

Azərbaycana təxliyə olunan vətəndaş: Dövlətimiz bizi darda qoymadı

15:01
10 Mart

Bəhreyndə yaşayış binasına İran raketi düşüb, 1 ölü, 8 yaralı var  

14:53
10 Mart

Niderlandın İrandakı səfiri və səfirlik əməkdaşları təxliyə olunublar

14:52
10 Mart

Dubaydan təxliyə olunan vətəndaş Prezidentə və aidiyyəti qurumlara təşəkkür etdi

14:51
10 Mart

Pakistan və Hindistanda enerji böhranı fonunda bir sıra tədbirlər görülür

14:49
10 Mart

Bernama Azərbaycanın İrana humanitar yardımından yazır

14:31
10 Mart

Daha bir qrup Azərbaycan vətəndaşının münaqişə bölgəsindən təxliyəsi başa çatıb  

14:25
10 Mart

Sabah respublika üzrə pensiyalar qrafikdən əvvəl tam ödəniləcək

14:14
10 Mart

Yüksək dağlıq ərazilərdə qarölçmə işlərinə başlanılıb

14:12
10 Mart

Azərbaycanın İrana göndərdiyi humanitar yardımı daşıyan yük maşınları sərhəddən keçib 

13:59
10 Mart

Daha bir qrup Azərbaycan vətəndaşının münaqişə bölgəsindən təxliyəsi başa çatıb

13:58
10 Mart

Dünya bazarında qazın qiyməti artır

13:57
10 Mart

Nazir Məcnun Məmmədov Xızı və Abşeronda quşçuluq müəssisələrinin fəaliyyəti ilə tanış olub  

13:55
10 Mart

Azərbaycan Avropaya enerji tədarükündə strateji rolunu gücləndirir  

13:51
10 Mart

Böyük Britaniyada uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulmasını nəzərdə tutan təklif qəbul olunmayıb  

13:44
10 Mart

WSJ: Tramp 2028-ci il üçün xələfini müəyyənləşdirir

13:32
10 Mart

Kardinal: Romadakı iftar mərasimi daha məqbul dünya qurmaq istəyən insanları bir araya gətirib 

13:18
10 Mart

Dövlət büdcəsinin ötən iki ay üzrə icrasında profisit qeydə alınıb

13:12
10 Mart

Romada üç monoteist dinin nümayəndələrinin iştirakı ilə iftar süfrəsi açılıb 

13:08
10 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!