20 İyul 2025 21:09
570
SİYASƏT
A- A+
Litvalı jurnalist: Bu gün Ağdamı tamamilə başqa cür görürəm

Litvalı jurnalist: Bu gün Ağdamı tamamilə başqa cür görürəm


Mən Ağdama gələrkən əvvəlcə tanımadım. Sonra Ağdamın işğal zamanı necə göründüyünü xatırladım. Ermənilərin burada etdiklərini düşünmək qorxuncdur.

Bunu Ağdamda AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Litvadan olan hərbi jurnalist Ricardas Lapaitis deyib.

Litvalı jurnalist Ağdama şəhər işğal olunmamışdan əvvəl də, işğaldan azad olunandan sonra da gəldiyini bildirib: “1993-cü il iyulun 20-də mən bu şəhərdə olmuşam. Ağdamı tərk edən sonuncu hərbi jurnalistlərdən biri idim. Digər azərbaycanlı hərbi jurnalist İlqar Cəfərov da mənimlə idi. Gecəni burada keçirdik. Ağdamdan yola düşməmişdən öncə Allahverdi Bağırovun məzarına getdik. 1993-cü ildə Ağdam yarıdağıdılmış görünürdü, amma bu, şəhər idi, böyük qəbiristanlıq var idi, orada 200 Xocalı sakini dəfn olunub, ağaclar, güllər var idi. Allahverdi Bağırovun məzarı başında dua etdim, amma hələ işğal olunacağını düşünmürdüm... Ermənilər özlərini dünyanın ən qədim, ən mədəni insanları kimi təqdim edirlər. Stenddəki fotoşəkillərə baxın, onlar necə yaşayıblar, ermənilər burada hər şeyi necə məhv ediblər və baxıb müqayisə edə bilərsiniz ki, Azərbaycanın bu torpağa münasibəti necədir. Torpaq tökülən qanı bağışlamaz. Torpaq təhqirləri bağışlamaz. Bu gün Ağdamı tamamilə başqa cür görürəm. Görün, necə gözəldir. Mən hərbi jurnalistəm və Ağdamı işğaldan azad olunandan sonra tanımadım, çünki bura dəhşətli idi. İndi mən Ağdamı siz onu bərpa edəndən sonra, Ağdam əfsanəvi Feniks quşu kimi yenidən doğulandan sonra da tanımıram və buna görə qürur və ədalət hissi keçirirəm”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağlıq ərazilərə qar yağıb, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA  

10:31
16 Dekabr

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

10:07
16 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:07
16 Dekabr

Azərbaycan nefti ucuzlaşıb  

10:01
16 Dekabr

Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq edib  

10:00
16 Dekabr

Xocavənd sakini: Torpaqlarımıza qayıtmaq bizə yeni ümid verir  

09:56
16 Dekabr

Keçmiş məcburi köçkün: Övladlarım mənim yaşaya bilmədiyim günləri yaşayacaqlar

09:47
16 Dekabr

Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb  

09:40
16 Dekabr

İsti ürəklərin qış nağılı

08:55
16 Dekabr

Suverenliyin zəfər yolu: reallaşmış ideyalar

08:50
16 Dekabr

Sənət yolunda fədakarlıq

08:45
16 Dekabr

Dənizdən güclü...

08:40
16 Dekabr

Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb

08:35
16 Dekabr

Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları

08:30
16 Dekabr

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!