08 Dekabr 2023 11:20
52008
Oxucu məktubları
A- A+

Küçə ticarəti bizi narahat edir

 

Yasamal rayonu A.Şərifzadə küçəsi sanki bazarı xatırladır. Bu, bir tərəfdən yaxşıdır. İstədiyimiz vaxt istənilən məhsulu bazara getmədən yaşadığımız evin yaxınlığından rahat  ala bilirik. Çeşid çoxdur, qiymətlər münasib. 
Amma bu, küçə ticarətinin görünən tərəfidir. Görünməyən tərəfi isə odur ki, evimizə bu şəraitdə satılan məhsulları alıb aparmağımız vəziyyətimizi yüngülləşdirməkdən çox ağırlaşdırır. Səkilərin küçə alverçiləri tərəfindən zəbt olunaraq gigiyenik qaydalara əməl etmədən ərzaq məhsulları satmaları bizi ciddi narahat edir. A.Şərifzadə küçəsi gediş-gəlişin sıx olduğu yerdir. Hər gün buradan keçən saysız-hesabsız insanın ayaqaltından qalxan toz-torpaq, yaxınlıqdan keçən maşınlardan çıxan zəhərli qazlar küçədə satılan  ərzaqların üstünə hopur. Hələ küçə ticarətinin hərəkətə mane olması, antisanitar vəziyyət yaratmasını demirik.  Dəfələrlə əraziyə nəzarət edən polislərlə satıcılar arasında mübahisələrin də şahidi olmuşuq. Müəyyən vaxta piştaxtalar götürülsə də, bir müddət sonra yenidən işlərinə davam edirlər. Küçə ticarətinin qarşısının alınması sanki qarşısıalınmaz problemə çevrilib. Xahiş edirik, bu məsələnin həllini tapmasında bizə komək edəsiniz.

Xaliq FEYZİYEV,
Bakı şəhər sakini  

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video