09 Avqust 2022 00:52
885
Səhiyyə
A- A+
Koronavirus payıza doğru aktivləşə bilər

Koronavirus payıza doğru aktivləşə bilər

 

Dünyada bu virusa yoluxanların sayı 600 milyona, ölənlərin sayı isə 6,5 milyona yaxındır

 

Görünən odur ki, iki ildən artıqdır dünyanın mübarizə apardığı COVID-19 insanlığın yaxasını hələ uzun müddət buraxmayacaq. Qonşu ölkələrin statistik məlumatlarına nəzər yetirsək, görərik ki, hazırda infeksiyaya gündəlik yoluxma sayı Gürcüstanda, Rusiyada, Türkiyədə və İranda dəfələrlə artıb.

Dünyada koronavirusa yoluxanların sayı 600 milyona, ölənlərin sayı isə 6,5 milyona yaxındır. Bu statistikanı beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib. Məlumata əsasən, bu virusa ən çox yoluxma halları ABŞ, Hindistan, Braziliya, Fransa, Almaniya və Böyük Britaniyada qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, son zamanlar dünya üzrə virusa yoluxma sayında müşahidə olunan artım, əsasən, "Omikron" ştamının mutasiya olunan yeni növləri hesabına baş verib. COVID-19-un təkamülünün istiqaməti və yeni ştamların xüsusiyyətləri tam müəyyən olunmayıb. Belə hesab edilir ki, bu ştamlar digər koronavirus ştamlarından daha az öldürücü olsalar da, yoluxma sürətinə görə birincidirlər. Virus, əsasən, yuxarı tənəffüs yollarında sürətlə çoxaldığından hava-damcı yolu yoluxmada xüsusi rol oynayır. Məhz buna görə ÜST dünyada müşahidə olunan yüksək artım fonunda qapalı məkanlarda maskalardan istifadə etməyi və gigiyena qaydalarına əməl olunmasını təkidlə tövsiyə edir.

 

Azərbaycanda epidemioloji vəziyyət qənaətbəxşdir

 

Ölkəmizdəki epidemioloji vəziyyəti dəyərləndirən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirdi ki, əksər məhdudiyyətlərin xeyli vaxtdır aradan qaldırılmasına baxmayaraq, hazırda ölkəmizdə epidemioloji vəziyyət qənaətbəxşdir, proses səhiyyə qurumları tərəfindən diqqətlə izlənilir və nəzarət altındadır.

Mütəxəssis qeyd edir ki, bu tip infeksiyalar əsasən payıza doğru aktivləşir. Unutmayaq ki, zaman keçdikcə əldə olunmuş kollektiv immunitet zəifləyir. Pandemiyanın hər yeni dalğası virusun daha sürətli və immun nəzarətindən asan yayına bilən mutant variantları törədir. Bundan əlavə, əksər qadağaların aradan qaldırılması virusun yayılması üçün münbit şərait yaradır: "Ona görə də ölkəmizdə yoluxma halının payızda yüksəlməsi istisna deyil. Pandemiya ərzində mənfi dinamikanın aradan qaldırılması ilə bağlı xeyli təcrübə toplanılıb. COVID-19-un öhdəsindən gəlmək və özümüzü qorumaq üçün birgə səy göstərməliyik".

 

Qaydalara riayət etməklə özümüzü qoruya bilərik

 

Ölkəmizdə epidemioloji vəziyyətin sabit olmasına səbəb peyvəndləmə siyasətinin ilk günlərdən yüksək səviyyədə həyata keçirilməsidir. Həm virusun mutasiyası, həm də insanların vaksinasiyadan keçməsi xəstələrdə simptomların ağırlaşmasının, habelə ölüm hallarının kəskin azalmasının səbəbidir.

Vaksinasiya ilə yanaşı, ehtiyat tədbirlərini də əldən verməməli, sanitar-gigiyenik qaydalara riayət etməliyik. İnfeksionist deyir ki, virusdan qorunma yolları yenə də dəyişməz olaraq qalır: "İlk növbədə qapalı məkanlarda, ictimai nəqliyyatda, yas yerlərində maskadan istifadə, otaqları tez-tez havalandırmaq, insanların sıx toplaşdığı yerlərdən bacardıqca uzaq olmaq, sosial məsafəni (ən azı 1,5 metr) gözləmək, əl və tənəffüs gigiyenası qaydalarına əməl etmək vacibdir".

Mütəxəssis onu da qeyd edir ki, bu sadə tövsiyələr pandemiyanın şiddətli vaxtlarında özünü dəfələrlə doğruldub. Lakin bir müddət gündəlik yoluxmada özünü göstərən ikirəqəmli göstəricilər insanlarda arxayınlıq yaratdı, sanki hər şey geridə qaldı: "Epidemiyanın alovlanma dövründə bu sadə qaydalara etinasızlığın nələrə səbəb olduğunu artıq öz acı təcrübəmizdən bilirik və bunu unutmamalıyıq".

 

Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!