12 İyun 2026 11:34
161
DÜNYA
A- A+
Körfəzdə davam edən gərginlik neft qiymətlərini yüksək həddə saxlayır

Körfəzdə davam edən gərginlik neft qiymətlərini yüksək həddə saxlayır


ABŞ Prezidenti Donld Trampın “İran irəli sürülən təklifləri qəbul etməsə, yenidən bombalanacaq” bəyanatından sonra dünya bazarından neftin qiyməti bir gün ərzində 1 faiz bahalaşdı. Lakin iyunun 12-də ABŞ Prezidenti fikrindən daşındığını və İrana qarşı hərbi əməliyyatları təxirə salındığını bildirdi ki, bu da neftin qiymətinin düşməsinə səbəb oldu. Bu gün London birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 2,19 dollar azalaraq 88,19 dollar olub. Nyu-Yorkun birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,97 dollar azalaraq 85,74 dollar təşkil edib. Azərbaycanın “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,51 faiz artaraq 96,85 dollara çatıb.

AZƏRTAC-ın məlumatına görə, ABŞ ilə İran arasında Pakistan və Qətərdə aparılan danışıqlarda razılaşma əldə olunub və yaxın günlərdə Jenevada tərəflər arasında anlaşma memorandumu imzalanacaq.

Körfəzdə hərbi əməliyyatlar başlayan zaman neftin bir barelinin qiyməti 150 dollara çatmışdı. Bu dəfə ABŞ Prezidentinin kəskin bəyanatı qiymətlərdə artıma səbəb olmadı. Bu məsələyə elə Trampın özü münasibət bildirərək diqqətə çatdırdı ki, ABŞ-nin Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından 100 milyon barel nefti keçirərək dünya bazarına çatdırıblar. Onun sözlərinə görə, neftlə dolu tankerlər Yaxın Şərq ölkələrindən (Qətər, Səudiyyə Ərəbistanı, Küveyt) ABŞ dənizçilərinin köməyi ilə Hörmüzdən keçirilərək dünya bazarına çıxarılıb ki, bu da qiymətlərin artmasının qarşısını alıb.

Bazarda qiymətlərin yüksək həddə qalmasının səbəblərindən biri də Rusiyada hasilatın aşağı düşməsidir. Ukrayna dron hücumları ilə Rusiyanın 10-a yaxın neftayırma zavodunu sıradan çıxarıb. Bununla əlaqədar olaraq Rusiyada hasilat sutkada 10 milyon bareldən 8,8 milyon barelə düşüb. Eyni zamanda, Rusiya nefti istehsal edib daxili bazarın tələbatını ödəyə bilmir. Rusiya neftayırma zavodlarında benzin, dizel və digər neft məhsulları istehsal edib nə daxildə, nə də xaricdə sata bilir. Lakin sanksiyalar və digər məhdudiyyətlərə baxmayaraq, hazırda Rusiya Körfəzdə yaranmış geosiyasi gərginlikdən səmərəli istifadə edərək gündəlik 3,36 milyon barel neft ixracını həyata keçirir. Rusiya neftini əsasən Asiya bazarına çıxarır və əsas alıcıları Çin ilə Hindistandır.

Ötən gecə isə ABŞ dənizçiləri sanksiyaları pozaraq Qvineya-Bisau bayrağı altında üzən tankeri Oman dənizində zərərləşdiriblər. Beləliklə, Körfəzdə davam edən gərginlik və onun yaratdığı fəsadlar hələlik dünya bazarında neftin qiymətini yüksək həddə saxlayır.

Treyderlərlə yanaşı, dünya ictimaiyyəti də ABŞ ilə İranın nəhayət ki, razılığa gəlib Jenevada memorandum imzalamasını gözləyirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Agentlik: Ölkə üzrə 4 min 194 ümumtəhsil məktəbi fəaliyyət göstərir

13:01
12 İyun

Sahil Babayev: Beynəlxalq əməkdaşlıq və diplomatik fəaliyyətə 655 milyon manat xərclənib  

12:51
12 İyun

İndoneziyada üç vulkan eyni vaxtda aktivləşib

12:47
12 İyun

Nazir: İşğaldan azad olunmuş ərazilərdə infrastruktura 4,5 milyard manat vəsait yönəldilib

12:46
12 İyun

Maliyyə naziri: Dövlət borcu ÜDM-in 18,4 faizinədək azalıb

12:37
12 İyun

İran XİN: ABŞ ilə razılaşmanın əsas bəndləri artıq təsdiqlənib

12:36
12 İyun

Pakistanda polisə hücum olub: ölənlər var

12:33
12 İyun

Maliyyə naziri: Məcmu valyuta ehtiyatlarının səviyyəsi makroiqtisadi sabitliyin mühüm təminatıdır

12:31
12 İyun

“Mehr”: İran və ABŞ arasında memorandum 14 bənddən ibarətdir  

12:29
12 İyun

Nazir: 2025-ci ildə dövlət büdcəsi ölkənin inkişaf prioritetlərinə uyğun şəkildə icra edilib  

12:26
12 İyun

Koordinasiya Şurası ölkə risk qiymətləndirilməsi hesabatını təsdiqləyib

12:23
12 İyun

Qızılın qiyməti həftəni 3,5 faizlik itki ilə tamamlayır

12:19
12 İyun

Əli Əhmədov: Qurtuluş məfkurəsi Azərbaycanın gələcəyinə istiqamət verir

12:16
12 İyun

Yaponiya yeni nəsil H3 raketini uğurla orbitə çıxarıb  

12:13
12 İyun

İcra başçısı: Ötən il İsmayıllıda 31 min hektar əkin sahəsindən 96 min ton taxıl məhsulu əldə olunub

12:11
12 İyun

Sədr müavini: Qərb regionunda 32 subartezian quyusunun təmiri nəzərdə tutulur

12:07
12 İyun

Qurban Qurbanov dünya çempionatındakı favoritini açıqlayıb

12:03
12 İyun

Nazir müavini: 2030-cu ilə qədər qoyun əti istehsalının 21 faiz artırılması nəzərdə tutulur  

12:01
12 İyun

Sahibə Qafarova: Ulu Öndərin dövlətçilik konsepsiyası xalqın uzunmüddətli strateji maraqlarına əsaslanır  

11:59
12 İyun

ADSEA sədri görülən və planlaşdırılan işləri açıqlayıb

11:57
12 İyun

Heydər Əliyev Beynəlxalq Aeroportundan 40-a yaxın aviaşirkət tərəfindən aviareyslər həyata keçirilir

11:54
12 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!