09 Fevral 2025 09:05
717
Mədəniyyət
A- A+
Könül dünyamıza açılan qapılar

Könül dünyamıza açılan qapılar


Qapılar. Bütün ünvanlar giriş qapılarından başlayır. Çıxışlar da qapılardan  keçir. Hər gün neçə-neçə ünvana üz tuturuq, neçə-neçə qapı döyürük. Bu qapıların arxasında neçə-neçə üz, çöhrə görürük.

Ölçüsü ilə, boy-buxunu ilə, üstünün cizgiləri, təsvirləri, naxışları, baxışları, qıfılları və tutacaqları ilə bir-birinə bənzəməyən, bir-birindən fərqlənən qapılar. Müxtəlif istiqamətlərə, müxtəlif səmtlərə, müxtəlif yollara açılan və bağlanan qapılar. Köhnəlib əldən, gözdən düşəndə doğranan, üstünü toz basan, sınan, yandırılan qapılar. 

Adıyla, ünvanıyla bir-birindən seçilirlər onlar. Keçilən və keçilməyən olurlar. Dost qapıları, düşmən qapıları, yad qapılar, əlçatan qapılar, əlçatmayan, ünyetməyən, səs keçirən, səs keçirməyən, bəzən danışan, bəzən də susub sakit qalan, bəzən zəhər, bəzən də bal dadan qapılar, hansını deyəsən, hansını yazasan...

Onlar bizə bəzən kədər, bəzən də sevinc gətirirlər. Evlərdən uzaqda qalmış, qəmli fikirlərə dalmış köksü, qəlbi yaralı olurlar. İnsanları həm qaranlıq, həm də işıqlı dünyaya aparırlar. Ağ günlərə, qara günlərə açılırlar. Hərdən sakit dayanır, hərdən də tufan qoparırlar. Xeyir qüvvələr sevinə-sevinə, gülə-gülə döyürlər, şər qüvvələr acı qəhqəhə ilə, irişə-irişə taqqıldadırlar onları. O qapıları ki nə satılır, nə də alınır.

Ümidli qapılar, inamlı qapılar, inamsız və ümidsiz qapılar. İşıqlı, qaranlıq qapılar. Yaraşıqlı, yaraşıqsız qapılar. Dünyaya açılan və dünyaya bağlanan qapılar. Həmişə açıq olan və heç vaxt açılmayan, döyülməyən qapılar. Bəzən insanları xoşbəxtliyə, bəzən də bədbəxtliyə qovuşduran qapılar.

Hamımızın könül dünyamıza açılan qapılar var. Ürək, qəlb, göz və söz qapıları. Onları biz yerindən çıxarıb nə sata, nə də ata bilərik. Çünki bu qapılarsız biz yaşaya bilmərik, həyatda qala bilmərik. Bir-birimizə həyan ola bilmərik. Ömür sürə-sürə yaşa dola bilmərik.  

Arzu edək ki, könül dünyamıza gedən ürək, qəlb, göz və söz qapıları heç vaxt bağlanmasın. Bu qapılar heç zaman yerindən çıxarılıb sındırılmasın, yandırılmasın, doğranmasın. Qoy həmişə açıq olsun, daim gəlimli olsun, heç vaxt gedimli olmasın, qalımlı olsun, işlək olsun, davamlı olsun. Bu qapılardan gələn duyğulardan, hisslərdən qəlbimiz cuşa gəlsin, könül dünyamız sevinclə, fərəhlə dolsun. Qəmdən, kədərdən, ürəklərə əzab verən ağrılardan həmişə uzaq olsun. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın İrana göndərdiyi humanitar yardımı daşıyan yük maşınları sərhəddən keçib 

13:59
10 Mart

Daha bir qrup Azərbaycan vətəndaşının münaqişə bölgəsindən təxliyəsi başa çatıb

13:58
10 Mart

Dünya bazarında qazın qiyməti artır

13:57
10 Mart

Nazir Məcnun Məmmədov Xızı və Abşeronda quşçuluq müəssisələrinin fəaliyyəti ilə tanış olub  

13:55
10 Mart

Azərbaycan Avropaya enerji tədarükündə strateji rolunu gücləndirir  

13:51
10 Mart

Böyük Britaniyada uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulmasını nəzərdə tutan təklif qəbul olunmayıb  

13:44
10 Mart

WSJ: Tramp 2028-ci il üçün xələfini müəyyənləşdirir

13:32
10 Mart

Kardinal: Romadakı iftar mərasimi daha məqbul dünya qurmaq istəyən insanları bir araya gətirib 

13:18
10 Mart

Dövlət büdcəsinin ötən iki ay üzrə icrasında profisit qeydə alınıb

13:12
10 Mart

Romada üç monoteist dinin nümayəndələrinin iştirakı ilə iftar süfrəsi açılıb 

13:08
10 Mart

Bölgələrdə yağıntılar sabah gündüz tədricən kəsiləcək  

12:52
10 Mart

Alimlər qlobal temperatur artımının sürətlənməsi prosesini qeydə alıblar

12:45
10 Mart

Dünya bazarında neftin 1 barelinin qiyməti 100 dolları ötdü

12:43
10 Mart

FHN əhalini Yel çərşənbəsində yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə çağırıb 

12:41
10 Mart

Bakıda orta aylıq əməkhaqqı 8 faizdən çox artıb

12:38
10 Mart

Bir qrup Çin vətəndaşı İrandan təxliyə olunub 

12:23
10 Mart

NATO Türkiyənin Malatya vilayətində “Patriot” kompleksləri yerləşdirir

12:12
10 Mart

Azərbaycanın humanitar təşəbbüsü: Suriyada iftar tədbirləri və yardım aksiyası

12:08
10 Mart

Avropa İttifaqı enerji qiymətlərinin artmasından narahatdır

11:43
10 Mart

Yaxın Şərqdəki vəziyyətlə bağlı BƏƏ-dən azərbaycanlıların təxliyəsi davam edir

11:31
10 Mart

Yanvarda paytaxt əhalisi ödənişli xidmətlər üçün 740 milyon manat xərcləyib  

11:30
10 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!