19 Dekabr 2024 22:27
163
SİYASƏT
A- A+
Kolumbiya hökuməti Azərbaycana təşəkkür edib 

Kolumbiya hökuməti Azərbaycana təşəkkür edib 

İki ölkə arasında mövcud olan dostluq əlaqələrinin təcəssümü kimi Azərbaycan Hökuməti Kolumbiyaya yüz min ABŞ dolları məbləğində humanitar maliyyə yardımı ayırmağa qərar verib. Bu yardım Kolumbiyanın Duitama şəhər bələdiyyəsinin ərazisində yerləşən nadir ekosistemlərdən hesab olunan paramo qoruqlarının üzləşdiyi ekoloji problemlərin həlli üçün nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan tərəfindən bu humanitar yardımın rəsmi təqdimatı üçün və Duitama şəhərinin meri Xose Luis Borkezin dəvəti əsasında iqamətgahı Mexiko şəhərində olmaqla, ölkəmizin Kolumbiyadakı səfiri Məmməd Talıbov həmin şəhərə səfər edib. Şəhər meri və səfirin başçılığı ilə, Kolumbiyanın Milli Təbiət Parkları və yerli aidiyyəti qurumlarının nümayəndələri, fəallar və KİV təmsilçilərindən ibarət heyət 4000 metrə qədər yüksəkliklərdə yerləşən paramoları ziyarət edib, onların zəngin fauna və flora aləmi ilə yerində tanış olub. Səfər zamanı azərbaycanlı qonaqlar paramoların əhəmiyyəti, eləcə də bu özünəməxsus ekosistemlərin qarşılaşdığı problemlər və onların həlli istiqamətində görülən işlər barədə ətraflı məlumatlandırılıb, ekosistemlərin bərpası üçün yaradılmış laboratoriyaların işi ilə tanış olublar.

Məlumat üçün bildiririk ki, paramolar And dağlarının yüksək yamaclarında yerləşməklə susaxlayıcı, iqlimtənzimləyici, sanitar-estetik və s. əhəmiyyətə malik olan ekoloji sistemlərdir. Planetimizin mühafizəsi baxımından Amazon hövzəsi qədər əhəmiyyətli olan bu ekosistemlər Kolumbiyanın şirin su ehtiyatlarının 70 faizini təşkil edir.

Daha sonra Duitama şəhərinin “Azadlıq Meydanı”nda media təmsilçilərinin iştirakı ilə brifinq keçirilib. Mer X.L.Borkez Azərbaycan hökuməti tərəfindən göstərilən yüksək diqqətə və maliyyə yardımına görə şəhər adından minnətdarlığını çatdırıb, ayrılan vəsaitin paramoların bərpası və mühafizəsi baxımından çox əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Səfir M.Talıbov öz növbəsində Azərbaycan və Kolumbiyanın iqlim dəyişikliyinin təsirlərindən əziyyət çəkən tərəflər olaraq, təkcə milli səviyyədə deyil, eləcə də beynəlxalq müstəvidə bu çağırışlara ciddi əhəmiyyət verdiyini vurğulayıb. Ölkəmizin COP29-a müvəffəqiyyətlə ev sahibliyi etməsinə toxunan diplomat sözügedən tədbirin iqlim danışıqları tarixində ən uğurlu COP-lardan biri hesab olunduğunu vurğulayıb və onun yekun nəticələrindən bəhs edib. Eyni zamanda, diplomat Azərbaycan, Kolumbiya və Səudiyyə Ərəbistanı Krallığı hökumətlərinin yeni tərəfdaşlığı çərçivəsində həyata keçirilən “Rio Trio” təşəbbüsünün mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.

Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi vasitəsilə ayrılan maliyyə yardımı, eləcə də ölkəmizin səfirinin Duitama şəhərinə səfəri Kolumbiyanın aparıcı mediasında geniş işıqlandırılıb, Kolumbiya hökumətini və parlamentini təmsil edən şəxslər bu yöndə paylaşımlar ediblər. Sosial şəbəkələrdəki aidiyyəti xəbərlər yerli sakinlər tərəfindən rəğbətlə qarşılanıb.

Yerli mediada məsələ ilə əlaqədar dərc edilmiş bəzi məqalələrlə aşağıdakı linklər vasitəsilə tanış olmaq mümkündür:


https://caracol.com.co/2024/12/16/azerbaiyan-aporta-usd-100000-para-proteger-los-paramos-de-duitama/

https://www.wradio.com.co/2024/12/17/aporte-de-azerbaiyan-de-usd-100000-impulsa-la-proteccion-de-los-paramos-en-boyaca/

https://boyaca7dias.com.co/2024/12/16/azerbaiyan-donara-mas-de-400-millones-de-pesos-para-la-proteccion-de-los-paramos-en-duitama/

https://eldiarioboyaca.com/cien-mil-dolares-de-la-republica-de-azerbaiyan-para-conservacion-de-paramos-en-duitama/

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İlk şəffaf ekranlı naqilsiz televizor satışa çıxıb

15:01
20 Dekabr

Məntiqli süni intellekt təqdim edilib

14:55
20 Dekabr

2025-ci ildə Çin tranzit daşımaları üçün Azərbaycana daha əlverişli şərait yaradacaq

14:34
20 Dekabr

Braziliya məktəblərində mobil telefondan istifadə qadağan edilib

14:15
20 Dekabr

“Kitabxana işi haqqında” və “Muzeylər haqqında” qanunlarda mühüm yeniliklər tətbiq edilir  

14:13
20 Dekabr

Baş Prokurorluğa yeni səlahiyyət verilir

14:12
20 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq - Proqnoz

13:41
20 Dekabr

Gürcüstanda etiraz aksiyaları zamanı 171 polis əməkdaşı xəsarət alıb

13:40
20 Dekabr

Yunanıstan Türkiyəyə 1000-dən çox qədim sikkə qaytarıb

13:37
20 Dekabr

İlin əvvəlindən Darien Gap bölgəsində 55 nəfər həlak olub

13:24
20 Dekabr

Aİ Suriyadakı siyasi dəyişikliklərə yanaşmasını formalaşdırıb

13:24
20 Dekabr

Ankara ABŞ-nin “Qazprombank”a qarşı sanksiyalarından zərər çəkməyəcək

13:23
20 Dekabr

WSJ: Cozef Baydenin müşavirləri dörd il ərzində ona “nəzarət ediblər”

13:09
20 Dekabr

Səfir: Çin və Azərbaycan arasında ikitərəfli ticarətin həcmi 3,1 milyard ABŞ dollarına çatıb

12:47
20 Dekabr

Müdafiə naziri Türkiyə nümayəndə heyəti ilə görüşüb

12:25
20 Dekabr

İşğaldan azad olunmuş ərazilərə avtobus reyslərinə yanvar ayı üçün biletlər satışa çıxarılacaq  

11:58
20 Dekabr

Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçiriləcək - EKSKLÜZİV

11:56
20 Dekabr

Bu ilin 11 ayında 174 min pensiya, müavinət və təqaüd proaktiv qaydada təyin olunub

11:52
20 Dekabr

Şəkidə “Yaşıl dünya naminə həmrəylik” düşərgəsi 

11:45
20 Dekabr

“Sülh quruculuğu təşəbbüsünə dair Beynəlxalq Gənclər Forumu”

11:42
20 Dekabr

IV Azərbaycan karyera inkişaf forumu keçirilib

11:33
20 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!