08 Oktyabr 2025 08:45
658
İQTİSADİYYAT
A- A+
Köhnə neft-qaz yataqlarının təzə həyatı başlayır

Köhnə neft-qaz yataqlarının təzə həyatı başlayır


"Bahar" və "Qum-dəniz"in  yenidən işlənməsini sürətləndirmək üçün tərəfdaşlıq sazişi  imzalanıb


Xəzərin Azərbaycan sektorundakı "Bahar" və "Qum-dəniz" yataqlarının yenidən işlənməsini sürətləndirmək üçün SOCAR və SLB şirkətləri tərəfdaşlıq edəcəklər. Bu şirkətlərin cari ayın əvvəlində imzaladıqları sənəd həmin məqsədi daşıyır. 

Bu tərəfdaşlıq perspektivli hasilat zonalarının müəyyənləşdirilməsini, hərtərəfli rezervuar modelləşdirməsinin işlənib hazırlanmasını və yataqlarda Erkən Hasilat Sxemini (EPS) dəstəkləmək üçün quyu və qazma qurğuları proqramlarının layihələndirilməsini nəzərdə tutur.

Layihə SOCAR-ın neft hasilatını artırmaq və yetkin dəniz aktivlərinin istismar müddətini uzatmaq üzrə uzunmüddətli strategiyasında mühüm rol oynayacaq. Bu təşəbbüs əməliyyat səmərəliliyini və davamlılığı təmin etməklə yanaşı, hasilatı sürətləndirmək üçün praktik inkişaf ssenarilərini hazırlayacaq.

Əvvəla qeyd edək ki, sözügedən hər iki yataq  Azərbaycan neftçiləri tərəfindən kəşf olunub və keçən əsrdən fəaliyyətdədir. Bakı şəhərindən cənub-şərq istiqamətdə 21 kilometr məsafədə yerləşən "Qum-dəniz" neft yatağının dərinliyi 1-2 metrdən 14-15 metr intervalında dəyişir. 1961-ci ildə kəşf olunmuş bu yataq 120 kvadratkilometr sahəni əhatə edir. Uzun illərdir istismar olunmasına baxmayaraq, burada hələ xeyli neft və  qaz ehtiyatının olduğu proqnozlaşdırılır.

İşlənməyə başlandığı vaxtdan indiyədək  "Qum-dəniz" yatağında 500-ə yaxın quyu qazılıb, 29 milyon tondan artıq neft və 128 milyard kubmetrə qədər  qaz hasil edilib. 

"Bahar" yatağı isə dənizdə paytaxtımızdan 40 kilometr cənub-şərqə doğru yerləşir. Bu yataq  digərindən ehtiyatlarının qaz-kondensat olması  ilə seçilir. Yataq 1968-ci il mart ayının 21-də kəşf olunub və növbəti ildən sənaye işlənməsinə verilib. "Bahar" yatağında indiyədək 200-dən artıq quyu qazılıb və onlar  13 milyon ton kondensat,  milyardlarla  kubmetr qaz  verib. Bu yatağın da qalan ehtiyatları barədə proqnozlar nikbindir.

Onu da deyək ki,  hazırda hər iki yataqda hasilat müasir texnologiyalara və ekoloji standartlara uyğun həyata keçirilir. Bu yanaşma həm hasilatın səmərəliliyini artırır, həm də Xəzər dənizinin təbii mühitinin qorunmasına şərait yaradır. Gələcəkdə  hasilatın artırılması və yeni texnologiyaların tətbiqi ilə bu yataqların ölkə iqtisadiyyatına töhfəsinin daha da artacağı gözlənilir.

Qaldı ki, sözügedən  yataqların işlənməsinin sürətlənməsində SOCAR-la tərəfdaşlıq edən şirkətə, bu, əvvəllər "Schlumberger" adlanan və Azərbaycanda yaxşı tanınan SLB-dir.  SLB neft və qaz hasilatı sahəsində dünyanın ən böyük xidmət şirkətlərindən biridir. ABŞ-nin  bu neft nəhənginin əsas əməliyyat mərkəzləri Hyuston, Paris, London və Haaqada yerləşir. Qurum neft və qaz sektoruna texnologiyalar, layihə menecmenti və digər xidmətlər sahəsində ixtisaslaşıb. 

Layların inteqrasiya olunmuş qiymətləndirilməsi, quyuların tikintisi, hasilatın idarə edilməsi və karbohidrogen emalı üzrə aparıcı qlobal texnoloji təchizatçı olan şirkət Azərbaycanla yanaşı, dünyanın 100-dən çox ölkəsində fəaliyyət göstərir. SLB enerji dekarbonizasiyasının gələcəyinə baxışını vurğulayaraq dünyanın ən böyük neft-mədən xidmətləri şirkətindən qlobal texnoloji şirkətinə çevrilməyi hədəfləyir.

Təsadüfi deyil ki, sözügedən imzalanma mərasimində  SOCAR-ın İşlənmə və Hasilat Əməliyyatları seqmenti üzrə vitse-prezidenti Babək Hüseynov bu iki şirkət  arasındakı uğurlu əməkdaşlıq əlaqələrindən bəhs edib. Layihənin qabaqcıl üsullardan istifadə etməklə yetkin yataqlarda hasilatı optimallaşdırmaq istiqamətində atılan mühüm addım olduğunu diqqətə çatdırıb,  "Bahar" və "Qum-dəniz" yataqlarının yenidən qurulmasının növbəti mərhələlərinin texniki əsasının qoyulacağına inam bəsləndiyini bildirib.

 Mütəxəssislərin  fikrincə, SOCAR ilə SLB şirkəti arasında Xəzər dənizindəki "Bahar" və "Qum-dəniz" yataqlarının yenidən işlənməsini sürətləndirməklə bağlı imzalanmış tərəfdaşlıq sazişi  aktivində olan dəniz yataqlarının istismar müddətini uzatmaq və karbohidrogen hasilatını artırmaqla bağlı SOCAR-ın uzunmüddətli strategiyasının tərkib hissəsidir. Saziş  qarşıdakı illərdə qoyulacaq sərmayələr qarşılığında hər iki yataqda perspektivli hasilat zonalarının müəyyənləşdirilməsinə və aktiv quyu fondunun artırılmasına səbəb olacaq. Bu da  hasilat göstəricilərinin artması ilə nəticələnəcək.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident: Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir  

14:40
09 Oktyabr

Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur

14:40
09 Oktyabr

Prezident: Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir  

14:39
09 Oktyabr

Azərbaycan Prezidenti: Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər  

14:38
09 Oktyabr

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib YENİLƏNƏCƏK

14:36
09 Oktyabr

Prezident: Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir  

14:35
09 Oktyabr

BMTMM-də Prezidentin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn məsələlər müzakirə olunub  

14:33
09 Oktyabr

Prezident İlham Əliyev: Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir  

14:32
09 Oktyabr

Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar 

14:31
09 Oktyabr

İlin birinci yarısında Türk dövlətlərinin ÜDM-i 1,33 trilyon dollara çatıb  

14:29
09 Oktyabr

Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi: siyasi, diplomatik və iqtisadi perspektivlər  

14:23
09 Oktyabr

Hava sabah axşamadək yağıntılı olacaq 

14:22
09 Oktyabr

Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub  

14:01
09 Oktyabr

Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib YENİLƏNİB

13:59
09 Oktyabr

Bakıda NATO-nun təlim kursu keçirilir

13:57
09 Oktyabr

Beynəlxalq konfransın iştirakçıları Xocalı Soyqırımı Memorialı ilə tanış olublar YENİLƏNİB  

13:55
09 Oktyabr

Fərid Qayıbov: Milli-mənəvi dəyərlərə bağlı gənclik cəmiyyətin gələcəyinin təminatçısıdır  

13:44
09 Oktyabr

Azad edilmiş ərazilərdə vergi və gömrük güzəştlərinin tətbiq dairəsi genişləndirilib  

12:57
09 Oktyabr

Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb  

12:53
09 Oktyabr

Paşinyan: Azərbaycan dəmir yolları yüklərin Ermənistana daşınması üçün istifadə olunur, qarşıda TRIPP layihəsinin reallaşdırılması var  

12:52
09 Oktyabr

Azərbaycanın xarici dövlət borcu azalıb

12:41
09 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!