13 May 2023 10:30
929
Mədəniyyət
A- A+
Kinomuzun uğurlu gələcəyinə ümid var

Kinomuzun uğurlu gələcəyinə ümid var

 

Azərbaycan kinosunun 125 yaşı tamam olur. Kino deyəndə, istər-istəməz ilk yada düşən 100 yaşlı "Azərbaycanfilm" kinostudiyası olur. Bu sənət məbədində indiyə kimi 250-yə yaxın tammetrajlı bədii film, 1000-ə yaxın sənədli film, minlərlə qısametrajlı filmlər, animasiyalar, kinojurnallar, kinoalmanaxlar, xronika materialları istehsal olunaraq xalqımızın dəyərli audiovizual xəzinəsini yaradıb. 
"Azərbaycanfilm" kinostudiyasının direktoru, Əməkdar mədəniyyət işçisi Nazim Hüseynovla söhbətimiz də Azərbaycan kinosunun bu günü və gələcəyi ilə bağlı oldu. N.Hüseynov dedi ki, kinomuzun olduqca qürurverici tarixindən iftixarla danışa bilərik. Müstəqillik illərində də bir çox uğurlu filmlər istehsal olunub. Filmlərimiz müxtəlif kinofestivalların qalibi olub, müsabiqələrdə iştirak edib, televiziya və media vasitəsilə tamaşaçılara çatdırılır. Təbii ki, Azərbaycan kinosunun bu günü barədə danışanda keçmişi haqqındakı hissləri yaşaya bilmirik. Amma vəziyyətin tezliklə düzələcəyinə, Azərbaycan kinosunun daha uğurlu gələcəyi olcağına daha çox ümidliyik. Bilirik ki, dövlətimiz milli mədəniyyətimizin, o cümlədən milli kinomuzun inkişafına həmişə xüsusi diqqət göstərib, heç vaxt öz qayğısını əsirgəməyib. 
Nazim Hüseynov xüsusi vurğuladı ki, Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci ilin aprel ayında "Azərbaycan Respublikası Kino Agentliyi"nin yaradılması haqqında fərman imzalayıb. Bu fərmana görə, "Azərbaycanfilm" kinostudiyası da daxil olmaqla, nazirliyin tabeliyindəki kino qurumları bundan sonra fəaliyyətlərini agentliyin nəzdində davam etdirəcəklər. Bununla da ölkəmizdə kino strukturu köklü şəkildə dəyişəcək. Struktur formalaşdıqdan sonra kino qanunvericiliyinin yenilənməsi üzərində işlərin aparılması nəzərdə tutulur. Hazırda qüvvədə olan Kinematoqrafiya haqqında qanun 1998-ci ilin məhsuludur. Qüvvədə olan qanun müasir dövrün tələblərini özündə əks etdirmir. Müasir tələblərə cavab verən qanunun qəbul edilməsinə böyük ehtiyac var. Bundan başqa, Nazirlər Kabinetinin bir çox qərarları yenidən işlənməli və müasir dövrə uyğunlaşdırılmalıdır.
Nazim müəllim dedir ki, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası ölkəmizin ən böyük kino istehsalı şirkətidir. Mühitdəki hər hansı bir dəyişiklik, birbaşa bizdə də özünü göstərəcək: "Biz müasir kino mühitinə adaptasiya olunmaq, bu mühitdə, söhbət yerli mühitdən getmir, yaxın qonşulardan, potensial kino bazarımızdan, yəni türkdilli ölkələrdən və MDB ölkələrindən gedir, bu mühitdə bir fiqur, bir akor kimi özünü sübut etmək üçün "Azərbaycanfilm" yeni həmlələrə hazırlaşır. Klassik filmlərimizin MDB ölkələrinin televiziya kanallarında və müxtəlif video platformalarında yerləşdirilməsi üçün təklif və tələblər var. Ümumiyyətlə, filmlərimizin digər yeni kino bazarlarına, yəni yaxın Şərq ölkələrinə, Şərqi Avropaya satılması və izləyicilərə çatdırılması üzərində iş aparılır. Bilirsiniz ki, yutub kanalımızda artıq klassik və yeni filmlərimizin yüksək keyfiyyətdə yayımını həyata keçiririk ki, tamaşaçılar, xüsusilə də gənc nəsil bunları izləyib zövq ala bilsin. Əlbəttə, burada bəzi problemlərlə də qarşılaşırıq. Müxtəlif şəxslər və kanallar icazəsiz şəkildə filmləri paylaşırlar. Bizim məqsədimiz filmləri sistemləşdirilmiş, kompakt və yüksək keyfiyyətlə, həm də xarici dillərdə altyazı seçimi ilə yerləşdirməkdir. Tezliklə yeniliklərimiz, layihələrimiz mediadada da, cəmiyyətdə də öz müsbət təsirini göstərəcək".
Kinostudiyanın direktoru bizimlə söhbətində maddi-texniki bazanın yaradılmasından da danışdı: "Azərbaycanfilm"in maddi-texniki bazası 1980-ci illərə aid texniki avadanlıqlardan ibarət idi. Filmlərin istehsalı zamanı məcbur idik ki, avadanlıqları icarəyə götürək. Pandemiya dövrünə istehsalatda baş vermiş fasilədən istifadə edərək "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə müasir, ən yüksək tələblərə cavab verən avadanlıqlar aldıq. Eləcə də digər maddi-texniki bazaya - yəni səsyazma studiyası, müasir kino çəkilişi üçün tələb olunan digər texniki şərtlərlə bağlı təkliflər paketini hazırlayaraq Mədəniyyət Nazirliyinə təqdim etmişik. Ümid edirik ki, "Azərbaycanfilm" kinostudiyası tezliklə regionun öndə gedən istehsalat bazasına çevriləcək".
Söhbət əsnasında qeyd edildi ki, 2020-ci ildən kinostudiyada tammetrajlı bədii film istehsal olunmayıb. Lakin 2022-ci ildən etibarən bir çox sənədli filmlərin istehsalı prosesi davam etdirilir. "Görünməyən qəhrəmanlar" sənədli filmlər silsiləsinin ilk 5 seriyası 2021-ci ildə təhvil verilib və İTV-də yayımlanıb. Növbəti 7 film isə 2022-ci ildə təhvil verilib. Xatırladaq ki, "Görünməyən qəhrəmanlar" sənədli filmlər silsiləsi Vətən müharibəsi dövründə müxtəlif qoşun növlərinin, onların qəhrəman əsgər və zabitlərinin keçdiyi şərəfli döyüş yolundan bəhs edir.
"ANAMA" adlı digər bir film isə işğaldan azad olunmuş ərazilərdə minaların təmizlənməsi prosesini həyata keçirən fədakar oğullarımızın həyatından bəhs edir. Filmin rejissoru və ssenari müəllifi Murad İbrahimbəyovdur. Digər bir film isə Mehmandarovlar sülaləsindən bəhs edir. "Millət naminə" adlanan sənədli filmin rejissoru Əməkdar incəsənət xadimi Yavər Rzayevdir. Çəkilişlər kinostudiyanın pavilyonunda və Şuşa şəhərində aparılıb. Mehmandarovlar nəslinin davamçıları çəkiliş prosesi zamanı Şuşada Mehmandarovlar malikanəsini də ziyarət etdilər.
Növbəti filmi Xalq artisti Vaqif Mustafayev ekranlaşdırıb. "Fikrət Əmirov" adlanan film 2022-ci ilin son ayında nümayiş olunub.
Bədii film istehsalı barədə nəzərdə tutulan planlardan danışan müsahibimiz vurğuladı ki, keçən il Qarabağ mövzusunda tammetrajlı bədii film ssenari müsabiqəsi elan edilmişdi. Bu müsabiqənin üç qalibi oldu: Mirsadıq Ağazadənin "Supəri", Türkan Hüseynin "Axırıncı palata" və Nicat Dadaşovun "Zirzəmi" ssenariləri. Nəzərdə tutmuşuq ki, ən qısa müddətdə hər üç filmi kinostudyanın istehsal planına daxil edək. 
Kinostudiyanın direktoru onu da əlavə etdi ki, bu yaxınlarda "Start-2023" adlı layihə müsabiqəsinin qaliblərinin adları açıqlanıb. Adından da göründüyü kimi, tammetrajlı, qısametrajlı bədii filmlər və qısametrajlı animasiya filmi kateqoriyasında debüt filmlər çəkəcək yaradıcı şəxslərin də layihələri reallaşdırılacaq. Gələcək uğurlu ümid vəd edir. İnanırıq ki, Azərbaycan kinosu yeni mərhələyə qədəm qoyacaq.

 

 Elşən QƏNİYEV,
 "Azərbaycan" 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib VİDEO  

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

Regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır - MÜSAHİBƏ 

17:59
16 Dekabr

Anton Leppik: AHİK təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində daim ön sıralarda olub

17:47
16 Dekabr

Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib  

17:29
16 Dekabr

Prezident Ərdoğan: Türkiyə 2026-cı ilin əvvəlindən Cənubi Qafqazla bağlı simvolik addımlar atacaq  

17:26
16 Dekabr

Biləsuvarda "44 Gün - Tarixi Zəfər" kitabının III və IV cildlərinin təqdimatı keçirilib  

17:18
16 Dekabr

Preventiv restrukturizasiya kreditorların itkilərini əhəmiyyətli dərəcədə azaldır 

17:11
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB

17:07
16 Dekabr

Ukraynalı ekspert: Sülh planı ABŞ-ın daxili qanunvericiliyinin prinsiplərini pozmamalıdır  

16:56
16 Dekabr

Nazir: Fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş xilas edilib  

16:43
16 Dekabr

İraqın Dəclə çayı yox olmaq təhlükəsi ilə üz-üzədir  

16:39
16 Dekabr

Hindistanda zəncirvari avtomobil qəzasında 15 nəfər yanaraq ölüb  

16:27
16 Dekabr

Elektron siqaretlərin və onların komponentlərinin topdan və pərakəndə satışı, istifadəsi qadağan edilir  

16:17
16 Dekabr

Siqaret tüstüsü 12 saat havada qalır  

16:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!