18 İyul 2026 08:30
978
CƏMİYYƏT
A- A+
"Kəssə hər kim tökülən qan izini"

"Kəssə hər kim tökülən qan izini"


Ölkəmizin bu missiyanı yerinə yetirmək istəyi IV Şuşa Forumunda bir daha bəyan olundu


"Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr olunmuş IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin beynəlxalq media qurumlarına, jurnalistlərə, ekspertlərə və dünya liderlərinə etdiyi mühüm çağırışlar, verdiyi dəyərli açıqlamalar və qarşılıqlı əməkdaşlıq haqqında mesajlar beynəlxalq  mediada geniş işıqlandırılaraq böyük əks-səda doğurub.

Nüfuzlu qəzetlər, informasiya agentlikləri və xəbər portalları Azərbaycan liderinin sülh və beynəlxalq hüquqla bağlı çağırışlarını, ədalətli sülh, regional sabitlik və dezinformasiya ilə mübarizə haqqında mesajlarını gündəmin əsas xəbəri kimi yayımladılar. Dövlətimizin başçısının dünyamızda narahatlıqlar yaradan müxtəlif mövzuları əhatə edən suallara cavabları bütün dünyada böyük marağa səbəb oldu, dünyada gedən qlobal proseslərə münasibəti, eləcə də Rusiya, ABŞ, Pakistan, İran və Avropa İttifaqı ilə əlaqələrə dair səsləndirdiyi fikirlər beynəlxalq mediada manşet kimi yayıldı. 

Forumda Prezident İlham Əliyevə verilən suallardan biri də dünyada islam həmrəyliyinin möhkəmləndirilməsi və gücləndirilməsi istiqamətində Azərbaycanın göstərdiyi səylər, atdığı addımlar və gördüyü işlər barədə idi. Dövlətimizin başçısı  bildirdi ki, biz gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə toplantısına evsahibliyi edəcəyik: "Xüsusilə indiki təlatümlü dövrdə bu, bizim üçün böyük məsuliyyətdir. Azərbaycan hər zaman müsəlman ölkələri arasında həmrəyliyi güclü təşviq edib. Azərbaycanda keçirilən çoxsaylı tədbirlər və irəli sürdüyümüz təşəbbüslər həmrəylik, qarşılıqlı anlaşma və birliyə xidmət edib". 

Azərbaycan həmişə qarşılıqlı əməkdaşlığa, əmin-amanlıq şəraitində yaşamağa üstünlük verib. Buna görə də demək olar ki, ötən illər ərzində dünyanın bir çox ölkəsi ilə iqtisadi, siyasi və mədəni əlaqələr qurulub. İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət sayəsində Azərbaycan yalnız xarici ölkələrlə deyil, nüfuzlu beynəlxalq təşkilatlarla da sıx əlaqələr yaradıb. 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına uğurla sədrlik edib. Bu gün Azərbaycan dünyada böyük nüfuza malik olan dövlətlərdən biri kimi tanınır. Məhz elə buna görədir ki, bir çox nüfuzlu ölkə Azərbaycanla qurulmuş qarşılıqlı əməkdaşlığı genişləndirməyə və şaxələndirməyə çalışır.

Azərbaycan 2001-ci ildən Avropa Şurasının Parlament Assambleyası (AŞPA) ilə də əməkdaşlıq edir. Bu əməkdaşlıq qarşılıqlı hörmətə, daxili işlərə qarışmamaq prinsipinə və bərabərhüquqlu əməkdaşlığa əsaslanır. Bir qayda olaraq ölkəmiz həmişə üzərinə götürdüyü öhdəlikləri yüksək səviyyədə yerinə yetirir. Amma təəssüflər olsun ki, bu beynəlxalq təşkilatda uzun illərdən bəri kök salmış erməni lobbisinin diktəsi ilə oturub-duran bəzi qüvvələr ölkəmizin əleyhinə ədalətsiz qətnamələrin qəbul olunmasına çalışırlar. Hər addımda işğalçı Ermənistanı dəstəkləyirlər. Zərərçəkənin yox, işğalçının yanında olurlar. Uzun illərdən bəri işğaldan əziyyət çəkmiş Azərbaycan haqqında həqiqəti dillərinə gətirmirlər. Bu ədalətsizliklər isə sonda AŞPA ilə Azərbaycan arasındakı qarşılıqlı əlaqələrdə müəyyən çatlar əmələ gətirir, soyuqluq yaradır. Prezident İlham Əliyev forumda sualları cavablandırarkən bu barədə demişdir: "Biz toqquşma axtarmırıq və xüsusən də bir vaxtda ki, nəinki Avropa Şurası Parlament Assambleyası, o cümlədən Avropa Parlamenti dövri olaraq bizə yenə də hər hansı əsas olmadan hücum çəkir. Düşünürəm ki, onların Azərbaycana bir növ qərəzi var. Beş il ərzində onlar Azərbaycanı hədəfləyən 13 qətnamə qəbul ediblər və onlardan heç biri bizim üçün vacib deyil, onlardan heç biri burada hər hansı məsələyə təsir etmir".  Dövlətimizin başçısı çıxışının sonunda onu da xüsusi olaraq qeyd etdi ki, biz normallaşmaya hazırıq və ilk addımı onlar atmalıdırlar. Çünki qarşılıqlı münasibətlərə soyuqluq gətirən Azərbaycan tərəfi deyil, AŞPA-dır. 

Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevə ünvanlanan suallardan biri də ABŞ Konqresi tərəfindən 1992-ci ildə Azərbaycana qarşı qəbul edilmiş Azadlığa Dəstək Aktına 907-ci düzəlişlə bağlı oldu. Dövlətimizin başçısı ona ünvanlanan bu suala cavab verərək ABŞ-Azərbaycan münasibətlərinin indiki vəziyyətindən və 907-ci düzəlişin ləğv edilməsi istiqamətində aparılan işlərdən danışdı. Vurğuladı ki, həmin düzəliş Konqres tərəfindən nə qədər tez tam ləğv edilərsə, hamımız üçün, Azərbaycan üçün bir o qədər yaxşı olar: "Çünki biz artıq ayrı-seçkiliyə məruz qalmayacağıq və ABŞ Konqresi isə məsuliyyəti, səhvləri etiraf etmək bacarığını, cari geosiyasi vəziyyətə uyğun hərəkət etdiyini göstərə biləcək". 

Göründüyü kimi, IV Şuşa Qlobal Media Forumunda daha çox dünyada, beynəlxalq aləmdə  baş verən hadisələr, gedən siyasi və iqtisadi proseslər müzakirə olunub. Geosiyasi ziddiyyətlərin dərinləşdiyi, qlobal qarşıdurmaların dünyanı böyük problemlər qarşısında qoyduğu belə bir vaxtda Azərbaycan qazandığı zəngin təcrübəsinə əsaslanaraq sülh gündəliyini uğurla davam etdirir və bu prosesin həm də medianın aparıcı missiyası olduğunu təkrar-təkrar dünyaya göstərir, narahatlıqlar məngənəsində sıxılan dünyanı və insanları sülhə, əmin-amanlığa çağırır.

 

Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hörmüz boğazının bağlanmasına görə Almaniyanın nəhəng gəmiçilik şirkəti 600 milyon dollar itirib

15:30
13 Avqust

Zəngəzur dəhlizinin təşəbbüskarı Prezident İlham Əliyevdir

15:25
13 Avqust

Geostrateji yüksəliş və yenilməz hərbi qüdrət

15:20
13 Avqust

Naxçıvanın sosial-iqtisadi inkişafında yeni mərhələ başlayır

15:15
13 Avqust

MAQATE rəhbəri BMT strukturunun sadələşdirilməsini təklif edib

15:10
13 Avqust

UEFA Superkubokunu "PSJ" qazandı

15:05
13 Avqust

Zəngəzur dəhlizi ölkəmizin tranzit imkanlarına əlavə güc qatacaq

15:00
13 Avqust

Dövlət başçısının muxtar respublikaya səfəri regionun inkişaf istiqamətlərini müəyyənləşdirdi

14:55
13 Avqust

Naxçıvan Avrasiyanın yeni enerji və logistika mərkəzinə çevrilir

14:50
13 Avqust

Qlobal güclərin maraqları fonunda Azərbaycanın balanslaşdırılmış xarici siyasət modeli

14:45
13 Avqust

Naxçıvan enerji strategiyamızın vacib həlqəsi olacaq  

14:40
13 Avqust

Astronomlar “qara dəlik ulduzu” kəşf ediblər

14:35
13 Avqust

Dövlət Agentliyi: 101 çeşiddə qeyri-qida malında Azərbaycan dilində etiket məlumatlarının olmadığı aşkarlanıb

14:30
13 Avqust

Odessada sərnişin qatarına dron hücumu nəticəsində iki maşinist həlak olub

14:25
13 Avqust

İkinci rübdə Hörmüzdən daşınan neft və neft məhsullarının həcmi sutkada 4,9 milyon barelə enib

14:20
13 Avqust

Azərbaycan dilinin qorunması ilə bağlı məsuliyyət yalnız vikipediyanın üzərinə qoyulmamalıdır  

14:15
13 Avqust

Azərbaycan regionların inkişafını paytaxt mərkəzli iqtisadi modelin alternativi kimi formalaşdırmağa çalışır 

14:10
13 Avqust

“Avroviziya” müharibə edən ölkələr üçün qaydaları dəyişib

14:05
13 Avqust

Qusarda Respublika Şahmat Olimpiadası başa çatıb

14:00
13 Avqust

Salyanda təhsildə fərqlənən məzunlarla görüş keçirilib

13:55
13 Avqust

Yaponiya süni intellektə keçidə ehtiyatla yanaşır

13:53
13 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!