19 İyun 2024 22:22
449
DÜNYA
A- A+
Keniyanın dövlət televiziyası neokolonializmə qarşı Bakı Təşəbbüs Qrupunun fəaliyyətindən bəhs edən reportaj hazırlayıb

Keniyanın dövlət televiziyası neokolonializmə qarşı Bakı Təşəbbüs Qrupunun fəaliyyətindən bəhs edən reportaj hazırlayıb

 

Keniyanın dövlət televiziyası Bakı Təşəbbüs Qrupunun (BTQ) fəaliyyətinə, Yeni Kaledoniyada və digər müstəmləkələrdə müstəmləkəsizləşdirmə və insan haqlarına qarşı mübarizə üzrə təşəbbüs qrupunun qaldırdığı məsələlərə dair reportaj hazırlayıb.

AZƏRTAC xəbər verir ki, reportajda BTQ-nin Fransanı neokolonializm siyasətini dayandırmağa və kanak xalqının öz müqəddəratını təyin etmək hüququnu təmin etməyə çağırışından bəhs olunur. Eyni zamanda, bildirilir ki, QHT nümayəndələri bu məsələlərlə bağlı real vəziyyəti beynəlxalq ictimaiyyətə çatdırmaqda davam edirlər.

“BTQ artıq Yeni Kaledoniyada və Fransanın digər müstəmləkələrində müstəmləkəçiliyin siyasi, iqtisadi və mədəni nəticələri ilə bağlı bir sıra beynəlxalq tədbirlər keçirib. Müzakirələr zamanı təbii ehtiyatların ədalətsiz bölüşdürülməsi məsələsi qaldırılıb”, - Keniya dövlət televiziyasının reportajında deyilir.

Bundan əvvəl BTQ-nin dəstəyi ilə Keniyanın paytaxtı Nayrobidə “Dekolonizasiya, beynəlxalq diplomatiya və müasir dünyada kommunikasiyanın rolu” adlı hibrid konfrans keçirilib. Konfransda Azərbaycan və Keniya mətbuatının 30-a yaxın nümayəndəsi, Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Yeni Kaledoniya və Fransa Qvianasının milli müstəqillik hərəkatı və siyasi partiyalarının rəhbər heyəti və üzvləri iştirak ediblər.

Konfransda Yeni Kaledoniyanın xarici işlər naziri Mikael Forrest, Fransa Qvianasının sosial azadlıq və dekolonizasiya naminə Hərəkatının prezidenti Moris Pindar, Fransa Qvianasından MDES hərəkatının beynəlxalq bölməsinin üzvü Dominik Montet Kaledoniyada baş verən son hadisələrlə bağlı fikirlərini bildirib və jurnalistlərin suallarını cavablandırıblar.

Tədbirdə BTQ-nin icraçı direktoru Abbas Abbasov çıxış edərək bildirib ki, Azərbaycan 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına (QH) sədrlik etdiyi, hazırda isə “Troyka”nın üzvü olduğu Qoşulmama Hərəkatı çərçivəsində fəaliyyətini QH-nin müvafiq sənədlərində öz əksini tapmış prinsiplər üzərində quraraq, XXI əsrdə dünyada kolonializmə son qoymaq üçün fəal iş aparır, dekolonizasiya prosesinə töhfələr verir: “Hərəkat çərçivəsində müstəmləkəçilikdən əziyyət çəkən xalqların nümayəndələrinin iştirakı ilə yaradılmış qeyri-hökumət təşkilatı olan BTQ beynəlxalq hüququn norma və prinsipləri əsasında müstəmləkədən azad olmaq arzusunda olan xalqların ədalətli mübarizəsini dəstəkləyir. Təşkilatımız BMT-nin müvafiq qurumları, o cümlədən İnsan Hüquqları Şurası, eləcə də BTQ-nin təmsil olunduğu Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və digər aidiyyəti təşkilatlarda beynəlxalq platformalar vasitəsilə müstəmləkələrdəki mövcud vəziyyəti dünya ictimaiyyətinin daim diqqətinə çatdırır və bu fəaliyyət yüksələn xətlə inkişaf edir”.

BTQ 2023-cü il iyulun 6-da Bakıda Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun Azərbaycan Respublikasının sədrliyi ilə keçirilən nazirlər iclası çərçivəsində “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılması” konfransının iştirakçıları tərəfindən yaradılıb.

BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif regionlarında yaşayan xalqların azadlıq mübarizəsini dəstəkləyir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Meksikada narkokartelin 19 üzvü öldürüldü

14:40
23 Oktyabr

ABŞ və Yaponiya genişmiqyaslı təlimlərə başladı

14:39
23 Oktyabr

Qurban Qurbanov: "Ayaks"la matçda çəkinmədən mübarizə aparacağıq

14:36
23 Oktyabr

Pərviz Şahbazov çinli və iranlı həmkarları ilə enerji əməkdaşlığını müzakirə edib

14:35
23 Oktyabr

BRICS-in tərəfdaşları siyahısına 13 dövlət daxil olub

14:34
23 Oktyabr

Türkiyə Prezidenti BRICS sammitində iştirak etmək üçün Kazana yola düşüb

14:32
23 Oktyabr

Azərbaycan dəmir yollarında üztanıma ilə ödənişlərə başlanılacaq

14:31
23 Oktyabr

Azərbaycan ilə Qırğızıstanın Müdafiə nazirlikləri arasında 2025-ci il üçün hərbi əməkdaşlıq planı imzalanıb

14:22
23 Oktyabr

Almaniya səfiri Rusiya XİN-ə çağırıldı

14:21
23 Oktyabr

Kvaratsxeliya mövsümə 6 milyon avro qazanacaq

14:13
23 Oktyabr

Ukraynanın baş prokuroru istefa verdi

14:06
23 Oktyabr

Xavi "Mançester Yunayted"də?

13:57
23 Oktyabr

Böyük Britaniya və Almaniya arasında saziş imzalanacaq

13:47
23 Oktyabr

Oktyabrın 24-də ölkə ərazisində hava əsasən yağmursuz olacaq

13:42
23 Oktyabr

Emin Mahmudov: "Açıq deyim ki, fiziki baxımdan çox zəifik”  

13:31
23 Oktyabr

BMT-nin baş katibi BRİCS sammitinə getdi 

13:22
23 Oktyabr

Paşinyan BRİKS sammitində iştirak edəcək

13:16
23 Oktyabr

Baydendən hərbi xərclərlə bağlı açıqlama

13:04
23 Oktyabr

Braziliyada qırıcı qəzaya uğradı

13:02
23 Oktyabr

Azərbaycan Prezidenti İlham Əliyevin Kazanda Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi ilə görüşü olub YENİLƏNƏCƏK

13:01
23 Oktyabr

DİN “ASAN xidmət” mərkəzlərində göstərdiyi xidmətlər üzrə vəzifələrə müsabiqə elan edir  

12:57
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!