20 Sentyabr 2025 17:08
600
CƏMİYYƏT
A- A+
Keniya Dövlət Prokurorluğunun direktorunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir  

Keniya Dövlət Prokurorluğunun direktorunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir  


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquqi və institusional islahatlar, xüsusilə şəffaflıq, hesabatlılıq və korrupsiyaya qarşı mübarizə sahəsində atılan məqsədyönlü addımlar beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, həmin kontekstdə Azərbaycan Prokurorluğu beynəlxalq əməkdaşlığın genişləndirilməsi və qabaqcıl təcrübə mübadiləsinin təşviqi istiqamətində fəal siyasət həyata keçirir.

Bu çərçivədə Keniya Respublikasının Dövlət Prokurorluğunun Direktoru Renson Mulele İnqonqanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Sentyabrın 20-də Baş prokuror Kamran Əliyev Renson Mulele İnqonqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Görüşdə Baş prokuror Azərbaycan və Keniya arasında əməkdaşlığın yüksək səviyyəyə çatdırıldığını, hər iki ölkənin dövlət başçılarının səyləri nəticəsində ortaq prinsiplərə və əməkdaşlığa əsaslanan güclü siyasi əlaqələrin yüksələn xətlə inkişaf etməkdə olduğu xüsusi qeyd edərək, ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən prokurorluq orqanları arasında dinamik inkişaf edən əlaqələri vurğulayıb.

Bundan başqa, Azərbaycan Prokurorluğunun beynəlxalq və regional təşkilatlarla, habelə digər ölkələrin prokurorluq və hüquq-mühafizə orqanları ilə səmərəli əməkdaşlığına toxunan Baş prokuror hüquqi dialoqun intensivləşdirilməsi, təcrübə mübadiləsi sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri barədə danışıb.

Baş prokuror, həmçinin bu ilin iyununda Millətlər Birliyinə (Commonwealth of Nations) üzv ölkələrin Baş prokurorlarının 23-cü Konfransında iştirak etməkdən məmnunluğunu ifadə edərək, rəhbərlik etdiyi nümayəndə heyətinin Nayrobi və Mombasa şəhərində işgüzar səfəri zamanı göstərilən yüksək qonaqpərvərliyə və səmimi qəbula görə təşəkkürünü bildirib.

Keniya Respublikasının Dövlət Prokurorluğunun Direktoru Renson İnqonqa çıxışında ötən il ərzində Azərbaycana həyata keçirdiyi işgüzar səfərləri qeyd edərək, Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransının, həmçinin COP29 çərçivəsində hüquq-mühafizə orqanlarının iqlim dəyişiklikləri ilə mübarizədə səfərbər olunmasına həsr olunmuş plenar iclasın yüksək səviyyədə təşkil edilməsini vurğulayaraq Azərbaycan dövlətini və prokurorluğunu təbrik edib. Təmsil etdiyi qurumun Azərbaycan Prokurorluğu ilə əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edərək, qurumlarımız arasında əməkdaşlığın genişlənəcəyinə əminliyini ifadə edib.

Görüşdə hüquqi sahədə əməkdaşlığın genişləndirilməsi, 2024-cü ildə Bakıda imzalanmış Anlaşma Memorandumunun icrası, cinayətkarlığa qarşı mübarizədə bilik və təcrübə mübadiləsi kimi məsələlər diqqət mərkəzində olub.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İranla müharibənin başlamasından bu yana 28 mindən çox amerikalı ABŞ-yə qayıdıb

19:14
07 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

19:12
07 Mart

Livana hava zərbələri nəticəsində 41 nəfər ölüb

19:10
07 Mart

Avstriyanın İrandakı səfiri: Sərhəddə göstərilən əla münasibətə görə Azərbaycana minnətdarıq

19:08
07 Mart

Müharibələrə və fəlakətlərə hazırlıq: Türkiyədə 16 yeni idarə rəhbəri təyin edilib

19:06
07 Mart

XİN: Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində zəruri planlaşdırma işləri aparılır

17:59
07 Mart

Dubay beynəlxalq hava limanında bəzi uçuşlar bərpa olunub

17:28
07 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

17:14
07 Mart

Səudiyyə Ərəbistanından təxliyə olunan vətəndaş: Bizə dedilər ki, artıq Azərbaycandan göstəriş gəlib və bu plan üzrə işlər görülür

17:01
07 Mart

BƏƏ bu gün 15 ballistik raketin zərərsizləşdirildiyini açıqlayıb

16:41
07 Mart

Xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokunda təhlükəsizlik yüksək səviyyədə təşkil olunur

16:32
07 Mart

İrandan təxliyə prosesi davam edir: Avstriya səfirliyi və səfir Friedrich Stift təxliyə olunub

16:11
07 Mart

Yaxın Şərqdə qalan Azərbaycan vətəndaşlarının ölkəyə növbəti təxliyəsi həyata keçirilib

16:07
07 Mart

Türkiyənin “Kızılelma” pilotsuz döyüş təyyarəsi 2026-cı ildə istifadəyə veriləcək

15:43
07 Mart

Qadınlar cəmiyyətin aparıcı qüvvəsidir

14:29
07 Mart

“Sabah” qəzeti: “Bayraktar” şirkəti Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin hazırlığına töhfə verir

14:26
07 Mart

Təxliyə davam edir: Çin, ABŞ və Pakistan vətəndaşlarının təhlükəsiz keçidi təmin edilib

14:24
07 Mart

Şahbuz rayonunun Kükü kəndində qar örtüyünün hündürlüyü 54 santimetrə çatıb

14:22
07 Mart

Ölkə ərazisində dumanlı, əsasən yağmursuz hava şəraiti gözlənilir

14:20
07 Mart

Naxçıvanla İğdır arasında sərnişindaşıma xüsusi ayrılmış avtobuslarla davam etdirilir

14:19
07 Mart

Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi

14:18
07 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!