24 Avqust 2025 09:10
594
İQTİSADİYYAT
A- A+
Kəlbəcərin "yaşıl işığ"ı

Kəlbəcərin "yaşıl işığ"ı


Rayonun ərazisindəki su-elektrik stansiyalarının sırasına daha üçü əlavə olundu

 

 Kəlbəcərdə istifadəyə verilən üç yeni kiçik su-elektrik stansiyasının (KSES) açılışı ilə Qarabağ və Şərqi Zəngəzurda bu cür enerji obyektlərinin sayı ümumilikdə 38-ə, ümumi gücü isə 307 MVt-a çatdı. Həmin stansiyaların əksəriyyətinin açılışında Prezident İlham Əliyevin iştirak etməsi onların önəminə bir daha diqqət çəkir.

Dövlətimizin başçısı bu günlərdə Kəlbəcər rayonunun Vəng kəndində "AzərEnerji" ASC-nin "Aşağı Vəng", "Nadirxanlı" və "Çaykənd" kiçik su-elektrik stansiyalarının da açılışını etdi. Bir gündə bu üç stansiyanın istifadəyə verilməsi bir daha göstərdi ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının "yaşıl enerji" zonasına çevrilməsi hədəfinə doğru inamlı addımlar atılır.

Kəlbəcərdə tikilən 8,6 meqavatlıq "Aşağı Vəng" və 8,8 meqavatlıq "Nadirxanlı" stansiyalarında il ərzində 48 milyon kilovat-saat elektrik enerjisinin istehsal edilməsi nəzərdə tutulur. Müasir avadanlıqlarla təchiz edilmiş stansiyalar ölkə enerjisisteminin mərkəzləşdirilmiş SCADA sisteminə inteqrasiya olunub. Burada istehsal olunan ekoloji təmiz "yaşıl enerji" ilə təxminən 25 min nəfər elektrik enerjisi ilə təmin ediləcək.

Stansiyaları su ilə təmin etmək üçün isə Lev çayının Tərtər çayına qovuşmasından sonra baş suqəbuledici, eyni zamanda Tutqu çayının Tərtər çayına qovuşan hissəsində ikinci suqəbuledici yaradılıb. Kaskad su-elektrik stansiyaları silsiləsinə daxil olan bu stansiyalar üçün çətin relyefdə ümumilikdə 9300 metr uzunluğunda derivasiya borusu çəkilib. Çay balıqlarının derivasiya borusuna daxil olmasının qarşısının alınması və onların çay ekosistemində saxlanılması üçün xüsusi hidrotexniki qurğularla təchiz olunan suqəbuledicilərdə bütün ekoloji normalara riayət edilib. Hər iki stansiyada quraşdırılmış hidroaqreqatlar zərərli maddələrin suya qarışmasının qarşısını almaqla yanaşı, onun keyfiyyət göstəricilərində heç bir dəyişiklik etmədən suyu aşağı axarda yenidən çaya qaytarır.

"Aşağı Vəng" və "Nadirxanlı" stansiyalarında qənaət edilən təbii qazın həcmi 12,5 milyon kubmetr təşkil edəcək. Bununla da il ərzində 23 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınacaq.

"Çaykənd" kiçik su-elektrik stansiyasının gücü isə 5 MVt-dır. Bu, "AzərEnerji" tərəfindən Kəlbəcərdə istismara verilən sayca on birinci "yaşıl enerji" obyektidir.

"Hər bir ölkənin energetika sistemi onun döyünən ürəyidir, əsas motorudur. Bu olmasa, heç nə olan deyil. Bu olmasa, heç bir inkişafdan, heç bir investisiya qoyuluşundan söhbət gedə bilməz. Ona görə enerji olmayan yerdə inkişaf yoxdur". 2020-ci il iyunun 25-də Mingəçevir şəhərində yenidən qurulmuş "Azərbaycan" İES-in açılış mərasimində Prezident İlham Əliyevin dediyi bu sözlər Qarabağda və Şərqi Zəngəzurda həmin istiqamətdə gedən işləri də xarakterizə edir. Burada istifadəyə verilən müasir elektrik stansiya və yarımstansiyalar bir çox digər sahələrin inkişafını təmin edir, nəticə etibarilə insanların doğma yurd-yuvalarına qayıtmasını tezləşdirir.

Budur, Kəlbəcərdə istifadəyə verilən "yaşıl enerji" obyektlərinin sayı 11-ə çatdı. İşğaldan azad edilmiş bütün ərazilər kimi, əsrarəngiz təbiəti ilə zəngin olan Kəlbəcər rayonunda da genişmiqyaslı abadlıq-quruculuq işləri davam edir. Artıq bu dağlar, meşələr yurdu uzun illərin ayrılığından sonra doğma övladlarını yenidən qoynuna alır. İndiyədək rayonun enerji təminatı sahəsində də xeyli iş görülüb. "Soyuqbulaq", "Çıraq-1", "Çıraq-2", "Kəlbəcər-1", "Qamışlı", "Meydan" və digər stansiyalar istifadəyə verilib. Bu da bir daha onu göstərir ki, Kəlbəcərin zəngin enerji ehtiyatları var.

Rayonun yeni KSES-i olan "Çaykənd" də bunu təsdiqləyir. Stansiya ölkənin ən böyük bolsulu çaylarından birinin - Tərtər çayının üzərində yeni yaradılmış baş suqəbuledicidən 8 min 500 metrlik derivasiya borusu ilə gələn su ilə təchiz edilir . Təxminən 7 min nəfəri ekoloji təmiz "yaşıl enerji" ilə təmin edəcək stansiyada "ətraf mühitə dost texnologiyalar" tətbiq olunur. Rəqəmsal qaydada açılıb-qoşulma, intellektual idarəetmə, operativ monitorinq və təhlil aparılması ilə yanaşı, stansiyaya Bakıdan nəzarət etmək də mümkündür.

"Çaykənd"in enerjisistemə inteqrasiyası üçün 5 kilometr uzunluğunda 10 kV-luq elektrik xətti çəkilib. Stansiya ölkə enerjisisteminin mərkəzləşdirilmiş SCADA sisteminə inteqrasiya edilib. Burada il ərzində 15 milyon kilovat-saat elektrik enerjisinin istehsalı, bununla da 3,2 milyon kubmetr təbii qaza qənaət edilməsi və 6 min ton karbon qazının atmosferə atılmasının qarşısının alınması nəzərdə tutulur.

Bir sözlə, Kəlbəcərdə sistemli şəkildə tikilib istismar olunan stansiyalar artıq iqtisadiyyata, "yaşıl enerji"nin genişlənməsinə, ətraf mühitin qorunmasına öz töhfəsini verir. İndiyədək rayonun KSES-lərində 1,5 milyard kVts "yaşıl enerji" istehsal olunub, 335 milyon kubmetr qaza qənaət edilib, 620 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb. Su-elektrik stansiyaları azsulu dövrdə

80 MVt, bolsulu dövrdə isə 200 MVt-dan artıq gücdə gecəli-gündüzlü fasiləsiz olaraq "yaşıl enerji" istehsal edir.

Daha bir önəmli fakt odur ki, yeni stansiyalarda bir qrup Kəlbəcər sakini işlə təmin olunub.

 

Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İsveçdə mümkün hücum səbəbindən 20-dən çox məktəb bağlanıb 

18:32
22 Aprel

Kapital Bank 2025-ci ili 274,6 milyon manat xalis mənfəətlə başa vurub

18:21
22 Aprel

 Tramp danışıqlar naminə İranla atəşkəs rejimini uzadır

18:14
22 Aprel

Azərbaycan Astanada keçirilən “RES 2026 EXPO” sərgisində öz pavilyonunu təqdim edib  

18:09
22 Aprel

Komitə rəsmisi: Rəqəmsal mühitdə məlumatlı uşaqlar yalnız bu günün deyil, gələcəyin də əsas təminatıdır  

18:06
22 Aprel

“Brent” neftinin qiyməti 100 dolları ötüb

17:59
22 Aprel

“Sabah” - “Qarabağ” oyununa bütün biletlər satılıb

17:47
22 Aprel

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yenilənmiş internet saytı təqdim olunub  

17:36
22 Aprel

Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB 

17:32
22 Aprel

“Bakı Metropoliteni”ndəki texniki insidentlə bağlı avtobusların sayı artırılıb  

17:25
22 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:23
22 Aprel

Nazir: Azərbaycan və İndoneziya arasında sosial sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar var

17:14
22 Aprel

Ötən il Azərbaycandan İrlandiyaya 532 min ton xam neft ixrac olunub

16:51
22 Aprel

Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir - konfrans  

16:46
22 Aprel

Cəbrayılda keçirilən əmək yarmarkasında 100-ə yaxın vakansiya təqdim olunub  

16:39
22 Aprel

Bakıda Azərbaycan-Latviya biznes-forumu keçirilib YENİLƏNƏCƏK  

16:23
22 Aprel

Aprelin 24-25-də bəzi rayonlarda hava yağıntılı olacaq - XƏBƏRDARLIQ

16:09
22 Aprel

Avropalılar 2026-cı ildə daha çox səyahət etmək istəyir

16:07
22 Aprel

Mikroneziya və Marşal Adalarının nümayəndələri Bakı Mərkəzi ilə əməkdaşlıq etmək məqsədilə müraciət ünvanlayıblar

16:03
22 Aprel

Professor: Azərbaycan tarixinin mühüm istiqamətlərindən biri albanşünaslıqdır  

16:01
22 Aprel

Astanadakı “RES 2026 EXPO” 30 ölkədən 300-dən çox şirkəti bir araya gətirib

15:56
22 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!