23 Avqust 2025 14:52
527
SİYASƏT
A- A+
Kəlbəcərin dağlarında dalğalanan üçrəngli bayrağımız həm Zəfərin, həm də yeni həyatın simvoludur  

Kəlbəcərin dağlarında dalğalanan üçrəngli bayrağımız həm Zəfərin, həm də yeni həyatın simvoludur  


Cənab Prezident İlham Əliyevin 21 avqust 2025-ci ildə Kəlbəcərə səfəri və səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan xalqının milli iradəsi, dövlətimizin gücü və Ali Baş Komandanımızın siyasi qətiyyəti sayəsində bu gün doğma torpaqlarımıza həyat qayıdır. Kəlbəcərlilərin 32 ildən sonra öz doğma yurdlarına dönməsi sadəcə qayıdış deyil, milli ədalətin bərpasıdır. Azərbaycan xalqı işğal illərində bütün çətinliklərə baxmayaraq, inamını itirmədi və bu müqəddəs günü yaxınlaşdırmaq üçün həm siyasi, həm də iqtisadi müstəvidə əzmlə çalışdı. 

Bu fikirləri «Azərbaycan» qəzetinə açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib. Onun sözlərinə görə bu gün Kəlbəcərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri dövlətimizin gücünü və vətəndaşına qayğısını nümayiş etdirir: «Yeni yaşayış kompleksləri, məktəblər, yollar, işıq, su və qaz təminatı – bütün bunlar dövlətimizin Kəlbəcəri müasir şəhərsalma nümunəsinə çevirmək iradəsindən xəbər verir. Uzun illər ağır şəraitdə yaşamış soydaşlarımız artıq doğma torpaqlarında ən gözəl şəraitdə məskunlaşırlar ki, bu da milli dirçəlişin ən bariz göstəricisidir». 

Deputat həmçinin bildirib ki, tarixi faktlar da unudulmamalıdır: 1990-cı illərin əvvəllərində Şuşa, Laçın və Kəlbəcərin işğalı xəyanətkar qüvvələrin satqın siyasətinin nəticəsi idi. Həmin faciələr Azərbaycan üçün həm strateji, həm də mənəvi baxımdan ağır nəticələr yaratdı. «Lakin cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan xalqı bu taleylə heç vaxt barışmadı. 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror əməliyyatı nəticəsində Azərbaycan Ordusu düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi, ərazi bütövlüyümüz tam bərpa olundu. Kəlbəcərin bir güllə atılmadan azad edilməsi isə bu tarixi qələbənin ən parlaq səhifələrindən biridir. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan sülhün tərəfdarıdır, lakin tarixi dərslər heç vaxt unudulmamalıdır. Biz qonşularımızla normal münasibətlərin tərəfdarıyıq, amma hər hansı təhlükə yaranacağı təqdirdə “dəmir yumruq” iradəsi yenidən öz sözünü deyəcək. Bu gün güclü ordumuz, ən müasir silahlarla təchiz olunmuş Silahlı Qüvvələrimiz və milli birliyimiz Azərbaycanın təhlükəsizliyinin əsas qarantıdır» - deyə Fatma Yıldırım qeyd edib. 

Deputat vurğulayıb ki, beynəlxalq müstəvidə də Azərbaycanın mövqeyi tamamilə qəbul olunmuşdur: «Dünya birliyi artıq ölkəmizin yaratdığı yeni reallıqları qəbul edir, çünki biz heç bir dövlətin torpağına göz dikmədik, öz ərazilərimizi azad etdik və bunu beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq etdik. Ermənistanın havadarlarının bütün cəhdlərinə baxmayaraq, Azərbaycan haqlı mövqeyini qəbul etdirdi. Ermənistanla sülh müqaviləsinin paraflanması isə regionda yeni mərhələnin başlanğıcıdır. Xüsusilə Naxçıvanla quru bağlantısının təmin edilməsi tarixi qələbəmizin mühüm strateji uğurlarından biridir və Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində rolunu daha da artırır».

Fatma Yıldırımın sözlərinə görə, Prezident İlham Əliyevin Kəlbəcərdəki çıxışı bir daha göstərdi ki, Azərbaycan bu gün qalib xalq və qalib dövlət kimi yaşayır: «Cənab Prezidentin vurğuladı kimi, son 80 il ərzində dünyada Azərbaycan qədər tam və mütləq qələbə qazanan ikinci ölkə olmamışdır. Bu qələbə yalnız hərbi uğur deyil, həm də siyasi iradənin, xalq birliyinin və strateji diplomatiyanın nəticəsidir. 30 ilə yaxın işğal altında olan ərazilərin azad edilməsi, ərazi bütövlüyünün bərpa olunması və beynəlxalq səviyyədə tanınmış sərhədlərin təmin olunması tarixi ədalətin bərpası deməkdir. Məhz bu səbəbdən Azərbaycanın qazandığı Qələbə bənzərsizdir və çağdaş dövrün ən parlaq nümunələrindən biri kimi tarixə düşüb. Ermənistanın törətdiyi vəhşiliklər, Kəlbəcərdə və digər bölgələrdə törədilmiş dağıntılar heç vaxt yaddaşımızdan silinməyəcək, lakin Azərbaycan düşməndən qisasını döyüş meydanında aldı və indi quruculuq, inkişaf, sülh yaratmaqla fərqlənir. Bu gün Kəlbəcərin dağlarında dalğalanan üçrəngli bayrağımız həm Zəfərin, həm də yeni həyatın simvoludur».


Rəşad CƏFƏRLİ,

«Azərbaycan»



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağlıq ərazilərə qar yağıb, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA  

10:31
16 Dekabr

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

10:07
16 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:07
16 Dekabr

Azərbaycan nefti ucuzlaşıb  

10:01
16 Dekabr

Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq edib  

10:00
16 Dekabr

Xocavənd sakini: Torpaqlarımıza qayıtmaq bizə yeni ümid verir  

09:56
16 Dekabr

Keçmiş məcburi köçkün: Övladlarım mənim yaşaya bilmədiyim günləri yaşayacaqlar

09:47
16 Dekabr

Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb  

09:40
16 Dekabr

İsti ürəklərin qış nağılı

08:55
16 Dekabr

Suverenliyin zəfər yolu: reallaşmış ideyalar

08:50
16 Dekabr

Sənət yolunda fədakarlıq

08:45
16 Dekabr

Dənizdən güclü...

08:40
16 Dekabr

Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb

08:35
16 Dekabr

Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları

08:30
16 Dekabr

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!