14 Sentyabr 2023 23:58
1847
PARLAMENT
A- A+
Katalin Novak: Macar xalqı kimi, Azərbaycan xalqı da ailə dəyərlərinə çox böyük önəm verir

Katalin Novak: Macar xalqı kimi, Azərbaycan xalqı da ailə dəyərlərinə çox böyük önəm verir

 

Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 14-də Macarıstan Prezidenti Katalin Novak ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Katalin Novak ailə dəyərlərinə böyük önəm verən Macarıstanın təşəbbüsü ilə keçirilən 5-ci Budapeşt Demoqrafik Sammitində Azərbaycanın iştirakının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirən Katalin Novak qarşılıqlı səfərlərin bu əlaqələrin daha da inkişafına təkan verdiyini diqqətə çatdırıb. O, ölkələrimizin müxtəlif istiqamətlərdə uğurlu əməkdaşlığını qeyd edib.

Prezident Novak xalqımızın zəngin milli-mənəvi dəyərlərə malik olduğunu vurğulayaraq qeyd edib ki, macar xalqı kimi, Azərbaycan xalqı da ailə dəyərlərinə çox böyük önəm verir.

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Macarıstan Prezidentinə çatdırıb.

Sammitin çox mühüm beynəlxalq forum olduğunu bildirən S.Qafarova əlavə edib ki, Azərbaycan Macarıstanın cəmiyyətin əsas vahidi kimi ailələri qorumaq və dəstəkləmək səylərini yüksək qiymətləndirir.

Milli Məclisin sədri həm dövlət başçısının, həm də Baş nazir Viktor Orbanın ailə dəyərləri haqqında fikirlərinə toxunaraq bildirib ki, Azərbaycanın və Macarıstanın bu mövzuda mövqeləri üst-üstə düşür, bu məsələlərdə birlikdə fəaliyyət göstərmək vacibdir. “Ailə dəyərləri Azərbaycan cəmiyyəti üçün çox önəmlidir və dövlətin himayəsindədir. Azərbaycan və Macarıstanın dövlət başçıları arasında ailə dəyərlərinin qorunması sahəsində beynəlxalq əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparıldığı da xatırlanıb. Görüşdə diqqətə çatdırılıb ki, Azərbaycan və macar xalqları oxşar ailə dəyərlərini bölüşür”, - deyə o qeyd edib.

Görüşdə, həmçinin ölkələrimiz arasında əməkdaşlıq gündəliyinin kifayət qədər zəngin olduğu ifadə olunub. Vurğulanıb ki, ölkələrimiz arasında iqtisadi, enerji, nəqliyyat, kənd təsərrüfatı, turizm, təhsil və digər sahələrdə fəal əməkdaşlıq mövcuddur. Sahibə Qafarova ölkələrimiz arasında strateji tərəfdaşlıq və dostluq əlaqələrinin inkişaf etdiyini bildirib. Eyni zamanda, qeyd olunub ki, parlamentlərimiz bir çox beynəlxalq parlament təşkilatları çərçivəsində yaxşı səviyyədə əməkdaşlıq edir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

YAP Gənclər Birliyi hesabat verib  

18:51
18 Dekabr

MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 74-cü iclası keçirilib  

18:48
18 Dekabr

Kreml Amerika tərəfi ilə Mayamidə görüşə hazırlığı təsdiqləyib  

18:41
18 Dekabr

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub  

18:33
18 Dekabr

Ekspert: Azərbaycandan Ermənistana neft yükünün tədarükü Vaşinqtonda sülhə dair əldə edilmiş razılığı təsdiqləyir  

18:23
18 Dekabr

Rəqəmsal inkişaf və nəqliyyat naziri Naxçıvanda səfərdədir  

18:18
18 Dekabr

Laçın və Xocavənd rayonlarının meşə örtüyü və relyefinin 3D modelləri hazırlanıb  

18:02
18 Dekabr

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!