21 Avqust 2024 19:21
384
SİYASƏT
A- A+

June Soomer: Bakı Təşəbbüs Qrupu müstəmləkəçilikdən əziyyət çəkənlərin yanında olduğunu hər zaman göstərir

 

Müasir dünyada hələ də müstəmləkəçilikdən əziyyət çəkən, boyunduruq altında olan ölkələr, insanlar var. Təəssüf ki, buna qaradərili insanlar daha çox məruz qalırlar. Bakı Təşəbbüs Qrupu çox mühüm platformadır və müstəmləkəçilikdən əziyyət çəkənlərin yanında olduğunu hər zaman göstərir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Niderlandın müstəmləkəçiliyi altında olan Boneyra adasının nümayəndə heyətinin üzvü, BMT yanında Afrikaəsilli Vətəndaşlar Forumunun üzvü June Soomer avqustun 21-də jurnalistlərə müsahibəsində söyləyib.

Təmsil etdiyi forumun afrikaəsilli insanların hüquqlarını müdafiə etdiyini diqqətə çatdıran nümayəndə heyətinin üzvü deyib: “Azərbaycanda olmaq, avqustun 22-də keçiriləcək beynəlxalq konfransa qatılmaq mənim üçün çox mühüm əhəmiyyətə malikdir.

Müstəmləkədən əziyyət çəkən insanların buraya gəlib öz səslərini dünyaya çatdırmaları çox yaxşı fürsətdir. Müstəmləkələrin və quldarlıq rejiminin afrikaəsilli insanlara hələ də təsir etməsindən danışmaq da vacibdir. Biz bu ölkələrin necə müstəqillik əldə edə biləcəyi haqqında müzakirələr aparmalıyıq. O cümlədən biz onların bu müstəqillik yolunda nələr etdiyinə baxmalıyıq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video