İstixana qazları tullantılarının izlənilməsi üzrə qlobal mexanizm yaradılıb
Yüz doxsan üç ölkə istixana qazları tullantılarının monitorinqi üzrə qlobal mexanizminin yaradılmasını yekdilliklə təsdiq ediblər. AZƏRTAC BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) bildirib.
Tarixi qərar onunla bağlı qəbul olunub ki, istini özündə saxlayan istixana qazlarının konsentrasiyası rekord səviyyəyə çatıb. Bu, son 800 min ilin hər hansı dövründən daha yüksəkdir”.
İstixana qazları tullantılarının izlənilməsi üzrə yeni qlobal mexanizm Yerdən və kosmosdan alınan müşahidə məlumatlarını modelləşdirmə ilə birləşdirəcək. Ekspertlər hesab edirlər ki, bu cür yanaşma baş verənlərin daha dolğun mənzərəsini çəkməyə imkan verəcək. Layihənin həyata keçirilməsi zaman havanın proqnozlaşdırılmasında ÜMT-nin beynəlxalq əməkdaşlığın koordinasiyası sahəsindəki təcrübəsindən istifadə olunacaq.
ÜMT nümayəndələri qeyd edirlər ki, İqlim üzrə Paris sazişinin dəstəklənməsi çərçivəsində həyata keçirilən məlumat mübadiləsi “azad və məhdudiyyətsiz” olacaq.
ÜMT-nin məlumatına əsasən, 1990-2021-ci illər ərzində əsas istixana qazları olan karbon qazı, metan və azot oksidinin iqlimə təsiri təxminən 50 faiz artıb. “Tədqiqatların nəticələrinə görə, istixana qazlarının konsentrasiyası rekord səviyyədədir”, – deyə ÜMT-nin baş katibi Petteri Taalas bildirib. O əlavə edib ki, 2020-2021-ci illərdə karbon qazının səviyyəsinin artması son onilliyin orta artım templəri ilə müqayisədə daha yüksək olub, metan isə ölçmələr başlayandan bəri ən yüksək illik sıçrayış nümayiş etdirib”.
“Qeyri-müəyyənlik, xüsusilə də okean dövrəsi, qurunun biosferası və daimi donuşluq ərazilərinə gəldikdə, hələ də mövcuddur. Buna görə də biz birləşdirilmiş sistem çərçivəsində istixana qazları tullantılarını izləməliyik ki, təbii mənbələri və uducuları həm onların hazırda fəaliyyət göstərdiyi, həm də iqlim dəyişikliyi nəticəsində necə dəyişəcəkləri tərzdə nəzərə almağa imkanımız olsun. Bu məlumat İqlim üzrə Paris sazişinin reallaşdırılması üçün vacibdir”, -deyə Taalas qeyd edib.
ÜMT-nin infrastruktur üzrə direktor müavini Lars Peter Riyşoyqaard BMT-nin İqlim dəyişməsi nəticələrinin yumşaldılması problemi üzrə meteorologiya agentliyinin qərarını “tarixi addım” adlandırıb. “Hamı üçün açıq olan və ÜMT-nin azad və məhdudiyyətsiz məlumat mübadiləsi üzrə siyasətinə uyğun fəaliyyət göstərən beynəlxalq səviyyədə koordinasiya olunan istixana qazlarının qlobal monitorinqi BMT-nin İqlim Dəyişməsi üzrə Çərçivə Konvensiyası (BMT-nin İqlim Dəyişməsi barədə Konvensiyanın Katibliyi) tərəfdaşlarına istixana qazlarının axınları barədə dəyərli, vaxtında və etibarlı məlumatı təqdim edəcək, bu da iqlim dəyişməsi nəticələrinin yumşaldılması üzrə onların səylərində yardım olacaq”, – deyə o əlavə edib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ukrayna Aİ-yə üzv olacağı təqdirdə 186 milyard avro alacaq
04 Oktyabr
Vətən müharibəsinin xronikası: 4 oktyabr
04 Oktyabr
Oktyabrın 6-da Bakı, Sumqayıt və Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub ...
04 Oktyabr
Azərbaycan və İran HDQ-ləri arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunu...
04 Oktyabr
Bu gün Ümumdünya Heyvanlar Günüdür
04 Oktyabr
Gürcüstanda zəlzələ olub
04 Oktyabr
“Əl-Cəzirə”: Ermənilər Qarabağın şəhər və kəndlərini talan edib
04 Oktyabr
İcma: Fransanın XİN başçısının son açıqlamaları rəsmi Parisin Ermənistanı revanşizmə sövq etdiyini g...
04 Oktyabr
Dünyada COVID-19-a yoluxma artır
04 Oktyabr
Çempionlar Liqası: “Qalatasaray” İngiltərədə “Mançester Yunayted”ə qalib gəlib
04 Oktyabr
DİQQƏT ÇƏKƏNLƏR
Azərbaycan şərtlərini elan etdi04 Oktyabr 2023

O, müasir dünya siyasətini gözəl bilir03 Oktyabr 2023

Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi keçirilib Prezid...02 Oktyabr 2023

Böyük inamın 20 illik təntənəsi01 Oktyabr 2023

Naxçıvandan türk dünyasına: Səmimi qardaşlıq, strateji müttəfiqlik, dinamik inkişaf29 Sentyabr 2023

ÇOX OXUNANLAR
Böyük liderlik missiyası03 Oktyabr 2023

Ümummilli savaş01 Oktyabr 2023

İLHAM ƏLİYEVİN "DƏMİR YUMRUĞU" VƏ İFLASA UĞRAYAN LAYİHƏ30 Sentyabr 2023

Sonsuz təşəkkürlər, CƏNAB PREZİDENT!29 Sentyabr 2023

İKİ GÖZ YAŞI27 Sentyabr 2023

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...25 Sentyabr 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!