30 İyul 2025 09:31
822
Mədəniyyət
A- A+
İstedadlı rəssamın sənət dünyası

İstedadlı rəssamın sənət dünyası

  

Azərbaycan rəssamlıq aləmində onun ayrıca yeri var. Rəssamlıq sənətimizdə yarım əsrdən artıq uğurlu yaradıcılıq yolu keçib. Bu il 70 yaşı tamam olan istedadlı rəssam Fikrət İbrahimli Səttar Bəhlulzadə və Toğrul Nərimanbəyov  kimi məşhur sənətkarlardan qaynaqlanan yaradıcılıq ruhunu əxz edib.  F.İbrahimli sənətin sirlərini Neftçala şəhərində ilk müəllimi Adil Hacıyevdən mənimsəyib. Neftçala şəhərinin özünəməxsus panoramı, təbii gözəllikləri, Xəzər dənizinin füsunkar görünüşü, dalğalarının ritmik ləpələnməsindən doğan ecazkar "musiqi"si və ilahinin qüdrətindən yaranmış təbiət mənzərələri onun gələcəkdə rəssam olmasına güclü təsir göstərmişdir.

  Rəssamlıq sənətinə olan sevgi F.İbrahimlini Bakı şəhərinə gətirib çıxarır. Burada məşhur Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda peşəkar rəssamlıq təhsilinə yiyələnir, sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olur. O, peşəkar ali rəssamlıq təhsili almaqla yanaşı, tanınmış rəssamlardan sənətin sirlərini öyrənir və məşhur rəssamlar Səttar Bəhlulzadə və Toğrul Nərimanbəyovla şəxsi dostluq və yaradıcılıq əlaqələri yaratmağa başlayır.

F.İbrahimli üçün təhsil illərində əxz etdiyi sənət vərdişləri nə qədər əhəmiyyətli olmuşsa, rəssamın sənət dostları ilə yaxın münasibətləri və onlarla birgə etüdə getdikləri günlər də bir o qədər yaddaqalan və önəmli olub. Xalq rəssamı Toğrul Nərimanbəyov "Ulduz" jurnalının 1980-ci ilin 10-cu nömrəsində xeyir-dua mahiyyətli yazısında istedadlı tələbəsi Fikrət İbrahimliyə uğurlu yol arzulayıb.

Azərbaycan Rəssamlar İttifaqının üzvü F.İbrahimlinin əsərləri dəfələrlə ölkəmizdə və xaricdə təşkil olunan sərgilərdə nümayiş olunub, diplom və mükafatlara layiq görülüb. Eyni zamanda əsərləri ölkəmizdə və xaricdə muzey, qalereya və şəxsi kolleksiyalarda saxlanılır.

F.İbrahimli 70 illik həyatının yarım əsrini bədii yaradıcılıqla məşğul olub. Rəssamlığı həyatının ayrılmaz bir hissəsi hesab edən sənətkar üçün dünyaya açılan pəncərə onun emalatxanasından başlayır. O, indiyədək dəzgah rəngkarlığı sahəsində süjetli tablo, portret, mənzərə və natürmort janrlarında bir-birindən maraqlı yüzlərlə sənət əsərləri yaradıb. İstedadlı rəssam həm  də dəzgah və kitab qrafikası, keramika sahələrində də maraqlı sənət nümunələri ərsəyə gətirib. Rəssam uğurlu bədii yaradıcılıq fəaliyyəti sayəsində yaddaqalan, bədii estetik zövq mənbəyi hesab olunan çoxsaylı lirik əsərlər müəllifi kimi tanınır.

Onun rəngkarlıq sahəsində yaratdığı əsərlərin əsas mövzu dairəsi və qayəsi Azərbaycan mədəniyyətinin və təbiətinin gözəlliklərini həssas rəssam duyumu və sənətin güclü bədii ifadə vasitələri ilə kətanda əks etdirməkdir. Sənətkarın yaradıcılığında Bakı, İçərişəhər, Şuşa, Neftçala mövzusu qırmızı xətt kimi keçir. Deyir ki, onun qədim mədəniyyətimizə bağlılığı və vurğunluğu İçərişəhərlə tanışlıqdan başlayır: "Tələbəlik illərində və sonrakı bir neçə ildə mən İçərişəhərdə yaşamışam. Oradakı memarlıq abidələri, yollar, qala divarları gözlərimdə canlanan bir nağıldır". Hər bir yaradıcı sənətkar öz xalqının və mədəniyyətinin ifadəçisidir fikri ilə yanaşmış olsaq, əminliklə deyə bilərik ki, rəssam F.İbrahimli yaratmış olduğu bədii əsərləri ilə öz ölkəsinin zəngin mədəniyyətini və təbiətini incə bədii zövqlə, məxsusi rəssam təxəyyülü və inandırıcı rəng boyaları ilə kətanda əks etdirə bilmişdir.

Rəssamın süjetli tablo və mənzərə əsərlərinə nümunə olaraq "Həyat naminə", "Muğam", "İçərişəhər", "Neftçala. Limanda", "Neftçala. Balıq kombinatı", "Nişan. Rəfiqələr", "Kəndimizin qızları", "Xonça aparırlar", "Gəlin gətirməyə", "Toy", "Kür qırağında", "Kür çayı", "Fatmayı", "Bağ evi. Novxanı", "Abşeron motivi", "Abşeron günəbaxanları" və başqalarını qeyd etmək olar. Adlarından da hiss olunduğu kimi, Fikrət İbrahimlinin ilham qaynağının məhsulu olan lövhələr heç də asanlıqla kətanda öz əksini tapmamışdır. Təbii ki, bu cür sənət nümunələrinin yaradılmasının arxasında onun inamlı yaradıcılıq axtarışları, həssas müşahidələri və peşəkar sənət ustalığı dayanır.

Rəssam bir sıra portret və natürmort əsərlərinin müəllifi kimi də özünü təsdiq edən sənətkarlarımızdandır. Məlumdur ki, portret əsərində rəssamdan surətini yaradacağı şəxsin anatomik bənzəyişini əks etdirməklə yanaşı, qəhrəmanının fərdi xarakterik xüsusiyyətlərini təsvir etmək də tələb olunur. F.İbrahimlinin yaratdığı portret əsərlərində bu əsas iki istiqamətin paralel aparıldığı müşahidə edilir.

2022-ci ildə Muzey Mərkəzində F.İbrahimlinin "Ruhumun təqdimatı" adlı fərdi sərgisi təşkil olunmuşdu. Sərgidə onun 60-a yaxın əsəri nümayiş edilirdi.  Sərgidən sonra rəssamın yaradıcılığına, onun əsərlərinə maraq daha da artdı. O, Orta Asiyada - Özbəkistanda TÜRKSOY-un təşkilatçılığı ilə keçirilən festivala dəvət aldı, ölkəmizi xalq rəssamları Sakit Məmmədov, Arif Əzizlə birlikdə təmsil etdi, mükafatlarla geri döndü.

2023-cü ildə F.İbrahimlinin həyat və yaradıcılığı haqqında "Ömür səhifələrim" adlı sanballı kitabın sevincini bölüşmək və bu nəşri sənətsevərlərə təqdim etmək xoşbəxtliyi nəsib oldu. Fikrimcə, kitabın nəfis şəkildə çapı rəssama ən böyük hədiyyədir. Üç dildə nəşr edilən kitab nəsillər və əsrlərarası körpüdür.

 

Əsəd QULİYEV,

Rəssamlar İttifaqının üzvü,

sənətşünas

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib VİDEO  

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

Regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır - MÜSAHİBƏ 

17:59
16 Dekabr

Anton Leppik: AHİK təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində daim ön sıralarda olub

17:47
16 Dekabr

Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib  

17:29
16 Dekabr

Prezident Ərdoğan: Türkiyə 2026-cı ilin əvvəlindən Cənubi Qafqazla bağlı simvolik addımlar atacaq  

17:26
16 Dekabr

Biləsuvarda "44 Gün - Tarixi Zəfər" kitabının III və IV cildlərinin təqdimatı keçirilib  

17:18
16 Dekabr

Preventiv restrukturizasiya kreditorların itkilərini əhəmiyyətli dərəcədə azaldır 

17:11
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB

17:07
16 Dekabr

Ukraynalı ekspert: Sülh planı ABŞ-ın daxili qanunvericiliyinin prinsiplərini pozmamalıdır  

16:56
16 Dekabr

Nazir: Fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş xilas edilib  

16:43
16 Dekabr

İraqın Dəclə çayı yox olmaq təhlükəsi ilə üz-üzədir  

16:39
16 Dekabr

Hindistanda zəncirvari avtomobil qəzasında 15 nəfər yanaraq ölüb  

16:27
16 Dekabr

Elektron siqaretlərin və onların komponentlərinin topdan və pərakəndə satışı, istifadəsi qadağan edilir  

16:17
16 Dekabr

Siqaret tüstüsü 12 saat havada qalır  

16:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!