22 May 2025 17:09
648
CƏMİYYƏT
A- A+
İstanbulda “Qloballaşan dünyada ailənin qorunması və gücləndirilməsi” mövzusunda Beynəlxalq Ailə Forumu keçirilir VİDEO  

İstanbulda “Qloballaşan dünyada ailənin qorunması və gücləndirilməsi” mövzusunda Beynəlxalq Ailə Forumu keçirilir VİDEO  


Mayın 22-də İstanbulda “Qloballaşan dünyada ailənin qorunması və gücləndirilməsi” mövzusunda Beynəlxalq Ailə Forumu işə başlayıb.

AZƏRTAC xəbər verir ki, forum Türkiyənin Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaşın himayəsi, Prezident Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə 2025-ci ilin Türkiyədə “Ailə İli” elan edilməsi çərçivəsində təşkil olunub.

Tədbirdə dünyanın 27 ölkəsi təmsil olunur ki, onlardan 23-ü forumda nazirlər səviyyəsində iştirak edir.

Forumda Azərbaycanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təmsil edir.

Tədbirin açılış mərasimində çıxış edən Mahinur Özdemir Göktaş ailə dəyərlərindən danışıb və bunun əhəmiyyətinə toxunub.

Bu gün təşkil olunan nazirlər sessiyasında çıxış edən Bahar Muradova tədbirin mövzusunun həyati əhəmiyyət daşıdığını, bu məsələnin belə əhatəli beynəlxalq platformada müzakirəsinin mənəvi və ictimai baxımdan dərinləşən çağırışlara birgə cavab axtarmaq baxımından çox dəyərli olduğunu vurğulayıb.

O bildirib: “Parodoksal haldır ki, indi biz hamımız problemlərin və risklərin daha çox qloballaşdığı, həll yolları və cavabların tapılması sahəsində isə parçalandığı bir dünyada yaşayırıq. Ailə institutunun zəifləməsi, ailədaxili münasibətlərdəki mənəvi boşluqlar və sosial təcrid riski bütün ölkələrdə ortaq problemlərə çevrilib. Bu çağırışlara isə yalnız ortaq dəyərlərin müdafiəsi, birgə təşəbbüslər və beynəlxalq əməkdaşlıq sayəsində cavab tapmaq olar.

Azərbaycan dövləti ailəni cəmiyyətin əsası, milli kimliyin qoruyucusu və strateji inkişafın dayağı kimi qiymətləndirir. Bu baxış Prezident İlham Əliyevin liderliyində ailə institutunun, milli-mənəvi dəyərlərin qorunması şərti ilə dövlətin sosial siyasətinin mərkəzində dayanır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva milli və beynəlxalq miqyasda bu prosesin önündə gedərək bütün səviyyələrdə örnək fəaliyyət sərgiləyir. Eyni zamanda, hazırda “Azərbaycan Respublikasının ailə siyasətinin kompleks və strateji əsaslarını müəyyənləşdirəcək sənədin - "Ailə Konsepsiyası”nın üzərində işlər aparılır”.

Qeyd edilib ki, bu əsasda formalaşan multikultural dəyərlər ailə münasibətləri, uşaq tərbiyəsi və qadınların sosial həyatda iştirakı məsələlərində zəngin təcrübə və uzlaşma nümunələri əldə etməyə imkan yaradıb. İndi cəmiyyətin rifahı, qadınların və uşaqların reabilitasiyası, ailələrin münaqişədən sonrakı dövrdə müdafiəsi və sosial inteqrasiyası prioritet sahələrimizdəndir. Bu məqsədə çatmaq üçün Türk Dövlətləri Təşkilatı çərçivəsində, İslam ölkələri, eləcə də digər regional və beynəlxalq formatlarda qurulmaqda olan əməkdaşlıq modellərimiz ailə dəyərlərinin qorunması üçün nümunəvi istiqamət formalaşdırır.

Forum işini “Yüksək mənfəət müqabilində: Qlobal çağırışların fərdlərə, ailələrə və cəmiyyətə təsiri”, “Təsəvvür və reallıq arasında: Mədəniyyətdə, incəsənətdə və mediada ailə”, “Rəqəmsal dövrdə ailə olmaq”, “Əhali artımı – Qlobal gündəmin əhali azalmasına təsiri” mövzularında panel iclaslarla davam etdirəcək.

Tədbir çərçivəsində nazirlərin ikitərəfli görüşləri, sərgilər, yarmarkalar və təqdimatlar təşkil olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Antalya Diplomatiya Forumu başa çatıb

17:28
19 Aprel

Prezidentin Mətbuat Xidmətinin məlumatı

16:07
19 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib

15:14
19 Aprel

DİM: Bu gün keçirilən imtahanların nəticələri 6 həftədən sonra elan ediləcək  

14:48
19 Aprel

Aktoti Raimkulova: Azərbaycan regionda balanslı və sülhpərvər siyasəti ilə seçilir

14:23
19 Aprel

Antalyada Bakı Türkoloji Qurultayının türk kimliyinə təsirləri barədə danışılıb 

14:13
19 Aprel

Baş Qərargah: Ukrayna “Neptun” raketi ilə Rusiyanın hərbi zavodunu vurub

13:51
19 Aprel

Türk Dil Qurumunun sədri: Əlifba birliyi ortaq dəyərlərimizi daha aydın və hiss olunan səviyyəyə yüksəldəcək  

13:29
19 Aprel

Ramil Həsən: Biz müxtəlif millətlərin planlarının bir hissəsi deyilik, biz eyni millətin övladlarıyıq, türkük  

13:19
19 Aprel

Sultan Raev: Dünya Türk Dilləri Ailəsi Gününün təsis olunması türk irsinin qlobal səviyyədə tanınmasını gücləndirir  

12:59
19 Aprel

Sabaha olan hava proqnozu açıqlanıb

12:39
19 Aprel

Aktoti Raimkulova: Bu gün həyata keçirdiyimiz bir çox təşəbbüs bir əsr əvvəl dövrün ziyalıları tərəfindən irəli sürülən ideyalara əsaslanır  

12:16
19 Aprel

Şahin Mustafayev: Bakı Türkologiya Qurultayında Türk dünyasının gələcəyi baxımından mühüm qərarlar qəbul edilib  

11:47
19 Aprel

TDT-nin Baş katibi: Bakı Türkologiya Qurultayı Türk dünyasının inteqrasiyasının təməlini qoyan tarixi bir mərhələ idi  

11:38
19 Aprel

“Shandian” adlı robot Pekin robot-insan yarımarafonunun qalibi olub

10:57
19 Aprel

Azərbaycan ilə Meksika arasında diaspor fəaliyyətinə dair memorandum imzalanıb  

10:56
19 Aprel

Nazir Ceyhun Bayramov Tailanda işgüzar səfərə yola düşüb

10:55
19 Aprel

Rusiyanın bir sıra ərazilərinə dron hücumu olub

10:54
19 Aprel

İran: Hücumlar nəticəsində 3500 insan həlak olub

10:46
19 Aprel

Avropada inflyasiya sürətlənib

10:39
19 Aprel

Macarıstanda seçki nəticələri rəsmən elan edilib

10:29
19 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!