15 May 2024 09:35
1938
Mədəniyyət
A- A+
İsmayıl Şıxlının anadan olmasının 105 illik yubileyi qeyd edilib

İsmayıl Şıxlının anadan olmasının 105 illik yubileyi qeyd edilib

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə  Heydər Əliyev Mərkəzində görkəmli yazıçı, pedaqoq, dramaturq, ictimai-siyasi xadim, Xalq yazıçısı İsmayıl Şıxlının 105 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə şəhid olanların əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Sonra Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru, tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova tədbiri açıq elan edərək yazıçının həyat və yaradıcılığından ətraflı danışıb. Onun Azərbaycan ədəbiyyatında böyük xidmətlərinin olduğunu vurğulayıb. İsmayıl Şıxlının "Dəli Kür" romanının onun yaradıcılığının ana xətti olduğunu bildirib. Ulu Öndər Heydər Əliyevin İsmayıl Şıxlı haqqında söylədiyi dəyərli fikirləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Milli Məclisin deputatı Aydın Mirzəzadə İsmayıl Şıxlının yaradıcılığından söz açıb. Vurğulayıb ki, yazıçı "Dəli Kür" romanı üzərində 10 il çalışıb. Sonda adı Azərbaycan ədəbiyyatı tarixinə  böyük hərflərlə yazılmış əsər yaradıb. 
Moldova Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenko tədbirə dəvətə görə təşkilatçılara öz təşəkkürünü bildirib. Çıxışında yazıçının Azərbaycan ədəbiyyatında neorealizmin yaradıcısı kimi tanındığını söyləyib. 
Əməkdar jurnalist, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli İsmayıl Şıxlının Azərbaycan ədəbiyyatına verdiyi dəyərli töhfələrdən danışıb. Professor yazıçının sonuncu əsəri olan "Ölən dünyam" romanı haqqında ətraflı söz açaraq onun müəllifin ömrünün son akkordu olduğunu nəzərə çatdırıb. 
"Qazax" Xeyriyyə Cəmiyyətinin sədri, professor İlham Pirməmmədov tədbirin təşkilatçılarına təşəkkürünü bildirib, İsmayıl Şıxlı ilə bağlı xatirələrini bölüşüb.
Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin sədr müavini Vidadi Şabanov, "Altun kitab" nəşriyyatının rəhbəri Rafiq İsmayılov, şair Zərəngiz Mansurova, dosent Cəmilə Qacarlı, yazıçılar Səbinə Yusif, Qaysın Quliyev, Sevinc Ağa Xəlilqızı, "Dədə Qorqud" vəqfinin rəhbəri, "Azərbaycan dünyası" jurnalının təsisçisi və baş redaktoru Eldar İsmayıl çıxışlarında İsmayıl Şıxlının yaradıcılığını yüksək qiymətləndiriblər.
Tədbirin bədii hissəsində muğam müsabiqələrinin iştirakçıları Oksana Aslanova "Segah",  Mətin Cəfərov  "Qatar" təsnifini oxuyublar. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, bədii qiraətçi Zülfiyyə Eldarqızı yazıçının "Ölən dünyam" romanından bir parçanı səsləndirib.
Ədibin oğlu, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı çıxış edərək tədbirin təşkilatçı və iştirakçılarına atasının xatirəsini andıqlarına görə  minnətdarlığını bildirib.

V.MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:42
17 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!