16 İyun 2026 19:29
196
İQTİSADİYYAT
A- A+
İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib  

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib  

İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində İİB-nin Halal İqtisadiyyat Liderlik Forumu (HELF) və Azərbaycan Halal Biznes Forumu 2026 (AZHAB Forum) birgə təşkil olunub.

AZƏRTAC xəbər verir ki, “Davamlı regional inteqrasiya üçün halal iqtisadiyyat” mövzusuna həsr olunmuş HELF/AZHAB Forumu İİB Qrupunun İllik Toplantılarının tərkib hissəsi olan Özəl Sektor Forumu (PSF 2026) çərçivəsində təşkil edilib.

Forum Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İİB-nin Kuala Lumpur Mükəmməllik Mərkəzi (KLCoE), Malayziyanın Halal İnkişaf Korporasiyası (HDC) və Səudiyyə Ərəbistanı Krallığının Halal Məhsulların İnkişafı Şirkətinin (HPDC) əməkdaşlığı, “Paşa Holdinq”in maliyyə dəstəyi ilə təşkil olunub.

Tədbirin məqsədi daha dayanıqlı, davamlı və qlobal əlaqələrə malik halal ekosistemlərin inkişafına töhfə verəcək praktiki tərəfdaşlıqların, investisiya imkanlarının, texniki əməkdaşlıq təşəbbüslərinin və bilik mübadiləsinin təşviq edilməsidir.

Forumda İİB Qrupuna üzv və digər ölkələrdən yüksəksəviyyəli dövlət rəsmiləri, siyasətçilər, sənaye liderləri, maliyyə institutları, inkişaf təşkilatları, investorlar və özəl sektor nümayəndələri iştirak ediblər.

Tədbirin açılış mərasimində çıxış edən İİB-nin Kuala Lumpur Mükəmməllik Mərkəzinin (KLCoE) rəhbəri Samer Elesavi və KOBİA-nın İdarə Heyətinin və AZHAB Forumunun sədri Orxan Məmmədov dayanıqlı və inklüziv iqtisadi inkişafda özəl sektorun, xüsusilə KOB-ların rolu, halal iqtisadiyyatın qlobal dəyər zəncirlərində artan payı və bu sahədə əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüblər.

Forum panel müzakirələrlə öz işini davam etdirib. “Strateji liderlik dialoqu: Etik halal biznes modelləri və risklərə dayanıqlı maliyyələşmə” mövzusundakı panel iclasda İslam Əməkdaşlıq Təşkilatının Statistika, İqtisadi və Sosial Tədqiqatlar və Təlim Mərkəzinin (SESRIC) Baş direktoru Zehra Zümrüt Selçuk, Səudiyyə Ərəbistanının Halal Məhsulların İnkişafı Şirkətinin Baş investisiya direktoru Ameen Alsaadi, Malayziyanın Halal İnkişaf Korporasiyasının sədri Hadi Hamzah və İslam Ticarət və Maliyyə Korporasiyasının Baş əməliyyat direktoru Nazeem Noordali tərəfindən halal ekosistemin maliyyələşdirilməsi, tənzimləmə, sertifikatlaşdırma və bazara çıxış mexanizmləri üzrə institusional modellərin gücləndirilməsi, eləcə də qlobal halal bazarlarda etimadın və innovasiyanın artırılması istiqamətində fikirlər səsləndirilib.

“Halal sənayesinin liderləri: İnnovasiya, etimad və qlobal artım” mövzusunda panel iclasda “Pladis Group” şirkətinin icraçı direktoru Ali Masraie, “OneAgrix” şirkətinin baş icraçı direktoru Diana Sabrain, Malayziyanın Xarici Ticarətin İnkişafı Korporasiyasının (MATRADE) direktoru Raja Badulnizam və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) sektor müdiri Amira El Fadil halal sənayesində rəqabət qabiliyyətinin gücləndirilməsi, rəqəmsallaşma, məhsul innovasiyası, keyfiyyət təminatı və sertifikatlaşdırma standartlarının inkişafı, beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi barədə fikirlərini bölüşüblər.

Forumun “Halal KOB-lar və davamlılıq: Yaşıl keçid, halal dəyər zəncirləri və inklüziv inkişaf” mövzusunda paneli KOB-ların dayanıqlı inkişaf və yaşıl iqtisadiyyata inteqrasiyasına həsr olunub. “ACWA” şirkətinin Azərbaycan və Türkiyə üzrə baş direktoru Selim Güven, Qazaxıstanın “Damu” Sahibkarlığın İnkişafı Fondunun sədr müavini Murat Bapayev, KOBİA-nın İdarə Heyəti sədrinin müşaviri Elnur Əliyev və Nigeriya Halal İqtisadiyyatı Strategiyasının İcra Komitəsinin həmsədri İbrahim Hassan Hadejianın iştirakı ilə paneldə KOB-ların maliyyəyə çıxış imkanları, yaşıl maliyyələşmə, ESG və dayanıqlılıq tələbləri, eləcə də regional halal dəyər zəncirlərinə inteqrasiya məsələləri müzakirə edilib.

“Halal sənaye zonaları: Qabaqcıl halal ekosistemlərin inkişafı” panel iclasında Səudiyyə Ərəbistanı Sənaye Şəhərləri və Texnologiya Zonaları İdarəsinin (MODON) icraçı vitse-prezidenti Mamdooh Al-Drees, Nigeriyanın “Dar Al Halal Group”un baş icraçı direktoru Muhammadu Dikko Ladan, Malayziyanın “ENSTEK” Halal Parkının operatoru olan “Tabung Haji Properties” şirkətinin icraçı direktoru Mohd İsmadi İshak halal sənaye zonalarının inkişaf modelləri, beynəlxalq təcrübələr və praktiki yanaşmalar, həmçinin inteqrasiya olunmuş halal ekosistemlərin qurulması məsələləri barədə fikir və təcrübələrini bölüşüblər.

HELF/AZHAB Forumu çərçivəsində “Dayanıqlı regional inteqrasiya üçün halal iqtisadiyyat” mövzusunda Nazirlər Sessiyası keçirilib. Tədbirdə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Nigeriya Federativ Respublikasının büdcə və iqtisadi planlaşdırma naziri Abubakar Atiku Bagudu, Azərbaycan Respublikasının maliyyə nazirinin birinci müavini Anar Kərimov, İİB-nin ICIEC şirkətinin baş icraçı direktoru və ICD-nin əvəzedici baş icraçı direktoru Khalid Khalafallanın iştirakı ilə halal iqtisadi inteqrasiyanın inkişafı, siyasət prioritetləri, regional əməkdaşlıq imkanları və strateji tərəfdaşlıqların gücləndirilməsi məsələləri müzakirə olunub. Tədbirin məqsədi İİB qrupuna üzv ölkələr arasında koordinasiyalı siyasət yanaşmaları və institusional əməkdaşlığın gücləndirilməsi vasitəsilə halal iqtisadiyyat inteqrasiyasını, ticarət əlaqələrini və dayanıqlı inkişafı təşviq etməkdir.

Tədbir çərçivəsində, həmçinin HELF/AZHAB Forumunun təşkilinə göstərdikləri dəstək üçün könüllülərə sertifikatlar təqdim edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qlobal tərəfdaşlıq Bakıda bir araya gəlir

21:03
16 İyun

Günəş şüalarını ölçən ağıllı boyunbağı təqdim edilib  

20:53
16 İyun

Sənaye və texnologiya parkları üçün yeni güzəştlər təsdiqlənib

20:41
16 İyun

 “Motorola”nın yenilənmiş smartfonu təqdim edilib  

20:36
16 İyun

 Erve Renar Tunis milli komandasının baş məşqçisi oldu

20:28
16 İyun

 Gilyermo Oçoa Dünya Kubokundan sonra futboldan ayrılacaq

20:23
16 İyun

İnstaqramdan növbəti yenilik

20:17
16 İyun

“Logitech”in qatlanan cihazı təqdim edilib

20:01
16 İyun

Neymar Haiti ilə matçı da buraxacaq

19:58
16 İyun

Saxta IMEI kodlarla qeydiyyata qarşı mübarizə gücləndirilir

19:54
16 İyun

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib  

19:29
16 İyun

Dövlət Baxçalı: Zəngəzur dəhlizi Türk dünyasının Qərbi ilə Şərqini birləşdirən strateji həlqədir

19:01
16 İyun

Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər

18:57
16 İyun

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir  

18:48
16 İyun

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

18:39
16 İyun

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək 

18:31
16 İyun

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək  

18:23
16 İyun

Sərginin kuratoru: Ortaq sənət növlərimiz Azərbaycan-Türkiyə qardaşlığının mühüm təzahürüdür  

18:13
16 İyun

Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edib  

18:08
16 İyun

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib  

18:03
16 İyun

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir

18:02
16 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!