19 Fevral 2026 09:40
745
Mədəniyyət
A- A+
İslam aləminə on bir ayın sultanı gəlib

İslam aləminə on bir ayın sultanı gəlib


Bu gündən Ramazan ayı başlayır. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı 2026-cı il üzrə Ramazan təqviminə əsasən, orucluğun ilk günü fevralın 19-na təsadüf edir. Martın 8-i, 10-u, 12-si və 16-sı Qədr gecələrinə təsadüf edir. Ramazan bayramı isə martın 19-da qeyd ediləcək.

İslam aləmində on bir ayın sultanı adlandırılan Ramazan ayı müsəlmanlar üçün əziz və müqəddəsdir. Səbəbi bu ayda baş vermiş mühüm dini hadisələrlə izah edilir. Onlardan biri islam dininin müqəddəs kitabı "Qurani-Kərim"in Həzrəti Peyğəmbərimizə (s.a.v.) Ramazan ayının gecələrinin birində nazil olmağa başlamasıdır. Həmin gecə "Qədr" və ya "Əhyə" gecələri adlanır.

İslamın ibadətlərindən biri olan oruc Allah-Təala tərəfindən müsəlmanlar üçün Ramazan ayında fərz buyurulub. Ona görə bu ibadətə həm də "Ramazan orucu" deyilir.

Oruc ibadəti islamın beş sütunundan biridir və  Ramazan ayı ərzində müsəlmanlar sübh azanından məğrib azanınadək oruc tuturlar. Orucluğun məqsədi nəfsi tərbiyələndirmək və Allaha yaxınlaşmaqdır. Bu mübarək ay hər bir müsəlman üçün yalnız ibadət deyil, eyni zamanda xeyirxahlıq, mərhəmət, paylaşma və yardımlaşma ruhunun daha da gücləndiyi bir dövrdür.

Azərbaycan xalqı tarixinin ayrı-ayrı dövrlərində çox böyük məşəqqətlərə məruz qalıb. Yadellilərin məmləkətimizə hücumu, torpaqlarımızı işğal etmələri xalqımızı ağır sınaqlarla üz-üzə qoyub. İşğalçıların qəsdi yalnız Azərbaycanın ərazilərində hökmranlıq etmək olmayıb. Onlar həm də xalqımızı milli-mənəvi köklərindən ayırmağa, adət-ənənələrini unutdurmağa cəhd göstəriblər.  Azərbaycan 1920-ci ildə bolşevik Rusiyası tərəfindən işğal edildikdən sonra da belə olub. Azərbaycan ötən əsrin yetmiş ilini Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) tərkibində qalmalı olub. O böyük imperiyanın əsas məqsədlərindən biri Azərbaycan xalqının milli yaddaşını zəiflətmək, tarixinin bir sıra mühüm səhifələrini kölgədə qoymaq və dini dəyərlərini arxa plana keçirmək idi. Bu məqsədyönlü siyasətin içində xalqımızı dini inanclarından uzaqlaşdırmaq səyləri də vardı. 

Lakin həyata keçirilən siyasət və ideoloji təzyiqlər istədikləri nəticəni vermədi. Uzun illər boyu sovet hökumətinin davamlı olaraq həyata keçirdiyi qadağalara rəğmən, xalqımız öz milli-mənəvi irsini və dini inanclarını qoruyub saxlaya bilib. Ramazan bayramını da heç bir antitəbliğatla, qorxu, xof yaratmaqla yaddaşlardan silə, unutdura bilməyiblər. Müsəlman aləminin müqəddəs bayramlarından olan Ramazan bayramı həmin illərdə bütün məhdudiyyətlərə baxmayaraq hər il qeyd edilib. 

1990-cı illərdə SSRİ adlı nəhəng imperiyanın çökməsi, sovet ittifaqının tərkibindəki respublikaların müstəqilliyə qovuşması yeni bir tarixi mərhələnin başlanğıcı olub. Yetmiş ildən sonra azadlığına qovuşan Azərbaycan da artıq müqəddəratını özü müəyyənləşdirməyə başlayıb. Keçmişdə qalan sovet hökumətinin qoyduğu qaydalar, qanunlar, qadağalar aradan qalxıb. Azərbaycan xalqı artıq azad nəfəs alıb. Öz adət-ənənələrini, dini inanclarını sərbəst şəkildə yerinə yetirməyə başlayıb. Ramazan bayramı da 1993-cü ildən Azərbaycanda dövlət səviyyəsində qeyd olunur.

İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanda dini bayram və mərasimlər hər il qeyd olunmağa başlasa da, bir müddət xalqımızın qəlbindən qubar, könlündən qüssə silinmədi. Çünki bu mübarək ayı, müqəddəs Ramazan bayramını ölkəmizin bütün ərazilərində qeyd edə bilmirdik. 1990-cı illərdə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur əraziləri Ermənistanın işğalına məruz qaldı. İşğal otuz ilə yaxın davam etdi. Düşmən o torpaqlarda maddi-mədəni və dini irsimizə divan tutdu. Rəsmi məlumatlara əsasən, Qarabağ və Şərqi Zəngəzur bölgəsində fəaliyyət göstərmiş 67 məsciddən 63-ü tamamilə, 4-ü isə qismən dağıdılıb. İşğal müddətində erməni vandalları məscidlərimizdə mal-heyvan saxlamaqla bütövlükdə müsəlman aləmini təhqir etməkdən, öz nifrətlərini açıq şəkildə nümayiş etdirməkdən çəkinməyiblər.

2020-ci ilin payızında baş verən 44 günlük Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini məğlubiyyətə uğradaraq torpaqlarımızın işğalına son qoydu. Müharibə başa çatdıqdan qısa müddət sonra Prezident İlham Əliyevin göstərişi ilə işğaldan azad olunmuş ərazilərimizdə quruculuq işlərinə başlanıldı.

2023-cü ilin sentyabrında aparılan uğurlu antiterror tədbirlərindən sonra Azərbaycanın suverenliyi tam bərpa olundu. Bu gün Qarabağda və Şərqi Zəngəzurda həyat yenidən canlanır. Keçmiş məcburi köçkünlər mərhələli şəkildə abad edilmiş yurdlarına qayıdırlar. Artıq Azərbaycanın bütün bölgələrində olduğu kimi, Qarabağda və Şərqi Zəngəzurda da azan səsləri ucalır.

Müsəlmanlar üçün vacib ibadətlərdən biri olan orucun müddəti Ramazan təqvimləri, sübh və şamda azan vaxtları ilə müəyyənləşdirilir. Bu ibadətə əməl edənlər ay ərzində hər gün səhər dan yeri söküləndən axşam günəşin qürubunadək yemək yemir, su içmirlər. Ancaq oruc ibadəti, sadəcə, ac qalmaq deyil. Oruc tutanlar yalnız qidadan, sudan deyil, nalayiq davranışlardan, riyakarlıqdan, yalandan, qeybətdən, başqalarına zərər verməkdən, harama əl uzatmaqdan da çəkinməlidirlər.

Oruc ibadətinin məqsədi insanı pis əməllərdən çəkindirmək, doğru yola sövq etmək, xeyirxah işlərə yönəltməkdir. "Qurani-Kərim"in "əl-Bəqərə" surəsinin 183-cü ayəsində buyurulub: "Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz".

Həzrət Məhəmmədin (s.a.v.) hədislərində bu barədə bildirilib: "Kim yalan danışmağı və yalanla iş görməyi tərk etməzsə, Allah həmin şəxsin yemək-içməyi buraxmasına (ac qalmasına) qiymət verməz".

Ramazan ayı həm də birlik, bərabərlik, mehribanlıq ayıdır. Sübh açılan sahur və gün batımında qurulan iftar süfrələri bərəkət rəmzidir. 


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

12:48
04 Aprel

Hulusi Kılıç: Prezident İlham Əliyevin TDT-nin inkişafına dair sözləri Türk dünyasında böyük əks-səda doğurub  

12:08
04 Aprel

Türkiyənin Van vilayətində 5,1 maqnitudalı zəlzələ

12:01
04 Aprel

Müharibə vəziyyətində olan Ukraynada minatəmizləmə təcrübəsi  

11:42
04 Aprel

Səfir: Humanitar yardım karvanı əslində Azərbaycanın həmrəyliyini və mənəvi dəstəyini İrana çatdırır 

11:38
04 Aprel

Seneqal Respublikasının Prezidenti Zati-aliləri cənab Bassiru Diomaye Fayeyə

11:18
04 Aprel

DYP dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

11:06
04 Aprel

Xəzərdə zəlzələ olub

11:01
04 Aprel

FHN-dən gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət

10:49
04 Aprel

İndoneziya sahillərində güclü zəlzələ qeydə alınıb

10:42
04 Aprel

Tehranın şimalındakı dağlıq ərazidə partlayışlar baş verib  

10:36
04 Aprel

Pentaqon: İranda əməliyyat başlayandan bəri 365 ABŞ hərbçisi yaralanıb  

10:23
04 Aprel

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınıb  

10:13
04 Aprel

Prezident İlham Əliyev: Həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik  

10:01
04 Aprel

Madaqaskarda dövlət çevrilişi və Prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

09:40
04 Aprel

Bilmək istəyirəm

09:35
04 Aprel

Mina terrorçuluğu bütün bəşəriyyət üçün ağrılı problemdir

09:30
04 Aprel

Zivər bəy Əhmədbəyov - qaranlıq dövrün işıqlı memarı

09:25
04 Aprel

ABŞ Bəhreyn bazasından 1500 əsgəri təxliyə edir

09:21
04 Aprel

Bakı - Şərqlə Qərbin ortaq şəhəri

09:20
04 Aprel

Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması davam edir

09:15
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!