İşıqfor olarsa...
İllərdir taksi fəaliyyəti ilə məşğulam. Sumqayıt, Abşeron və Bakı arasında gün ərzində bir neçə dəfə dolanıram. Yolları rahat və abaddır. Tıxac olmasa, elə ciddi problem yaşamıram.
Bununla belə, arzularım da var. Məsələn, Abşerondan keçib Masazır duz gölünün yanından Sumqayıt istiqamətindəki yol ensizdir. Saray qəsəbəsinin içindən keçən həmin yolda son illər hərəkət edən maşınların sayı isə xeyli artıb. Hətta səhər və axşam həmin ərazidə tıxac da yaşanır. Hazırda həmin ərazidə yeni yüksək mərtəbəli binalar inşa edilir. Deməli, ərazidə maşınların sayı bir qədər də artacaq və nəticədə hərəkət çətinləşəcək.
Heydər Əliyev və Mirzə Ələkbər Sabir küçələrinin kəsişdiyi yer isə maşınların təhlükə ilə üzləşdiyi ərazidir. Üçtərəfli hərəkət çevrəsi yenə gündüz bir qədər görünür. Hava qaralandan sonra üç istiqamətdə hərəkətin işıqları bir-birini kəsir. İlk dəfə buradan keçən sürücü həmin dairəyə yaxınlaşıb hərəkət nişanlarını axtarana qədər ya qəza şəraiti yaradır, ya da qaydaları pozmuş olur. Hər üç hərəkət zolağında göstərici olmadığına görə ümid yalnız sürücünün təcrübəsinə qalır. Dəfələrlə həmin ərazidən keçəndə qəzadan güclə yan keçə bilmişəm, o da əraziyə bələd olduğum üçün.
Arzum budur ki, həmin yerdə hərəkəti nizamlayan işıqfor quraşdırılsın. Belə olarsa, həm təhlükə aradan qalxar, həm də piyadaların və sürücülərin işi yüngülləşər.
Ramiz İBRAHİMOV,
Abşeron rayon sakini
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zelenski: Ukraynanın əlavə hava hücumundan müdafiə vasitələrinə ehtiyacı var
30 Iyun
Hərbi institutda hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib
30 Iyun
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək
30 Iyun
Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub
30 Iyun
Azərbaycanın energetika naziri İtaliyaya səfər edib
30 Iyun
Xarici işlər nazirinin müavini Xorvatiyada işgüzar səfərdə olub
30 Iyun
Rusiyanın Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk edib
30 Iyun
Fransada növbədənkənar parlament seçkiləri üzrə səsvermə başlayıb
30 Iyun
DİN və DSX-nin birgə əməliyyatı zamanı 180 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb...
30 Iyun
Avro-2024: Daha iki komanda 1/4 final mərhələsinə vəsiqə qazanacaq
30 Iyun
DİQQƏT ÇƏKƏNLƏR
Prezident İlham Əliyev BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktorunu q...27 Iyun 2024
Prezident İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi tə...26 Iyun 2024
Azərbaycan beynəlxalq əməkdaşlıq platformasına çevrilir25 Iyun 2024
İlham Əliyevin əməkdaşlıq modeli qlobal platformaya çevrilir21 Iyun 2024
Qurtuluş missiyası15 Iyun 2024
ÇOX OXUNANLAR
Prezident növbədənkənar parlament seçkilərini təyin etdi29 Iyun 2024
Sülh uğrunda müharibə26 Iyun 2024
Davamlı inkişaf, səmərəli islahat, real nəticə25 Iyun 2024
Böyük tarixdən başlanan Zəfər yolu23 Iyun 2024
“Euronews” televiziyasında Prezident İlham Əliyevin müsahibəsi yayımlanıb22 Iyun 2024
Adın nədir - Daşdəmir...21 Iyun 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!